Kateqoriyalar : Xəbər

Qədir-Xum bayramı təbriki

Ayətullahul-üzma Duzduzani Təbrizinin “Qədir-Xum” bayramı ilə bağlı 2008 – ci il tarixli mesajı

Bismillahir-rəhmanir-rəhim

Ayətullahul-üzma Duzduzani Təbrizinin “Qədir-Xum” bayramı ilə bağlı bir qrup İsfahan möminlərinə cavab mesajı

Əlhəmdulillahilləzi cə`ləna minəl-mütəməssikinə bi vilayəti Əli bin Əbi Talib Əmirül-möminin və əvladihil-məsumin ələyhimus-salam

Sizlərə və bütün möminlərə salam, müvəffəqiyyət arzuladıqdan sonra diqqətinizi bir neçə mövzuya cəlb etmək istərdim:

1٫ Məbəs və Qədir-Xum bayramları bəşəriyyətdə iki dönüş nöqtəsi olmasına baxmayaraq, təəssüflər olsun ki, bu iki bayram layiqincə əziz tutulmur. Peyğəmbərin (s) Məbəs və Qədir-Xum bayramlarının yalnız müsəlmanlar arasında deyil, bəlkə dünya miqyasında keçirilməsinə səy göstərməliyik. Sözügedən bayramlar dünya çapında yayılmalıdır. Necə ki, Milad bayramı baxmayaraq ki, milad gününün təyinində xristianlar arasında ixtilaf mövcuddur xristianlar tərəfindən dünya miqyasına çıxdı və hətta İslam ölkələrinin prezident və nazirləri xristianları milad münasibətilə təbrik edir və ya təbrik məktubu göndərirlər. Belə olduqda, bizim həmin zəmində nöqsanımızın olduğu, səhlənkarlıq etdiyimiz birbaşa deyilməlidir. Hətta İranımızda da iki böyük bayram layiqincə qeyd edilmir və bu cəmiyyətimiz üçün xəsarət və nöqsandır. Şiə məmləkətində camaatın Novruz bayramını geniş və təntənəli keçirməsi, gündəlik planlarını dəyişməsi, işlərini bir neçə günlük tətil etməsi, Qədir-xum bayramını isə bir neçə dəqiqədə xülasələşdirməsi eyib və nöqsan deyilmi?!

2٫ Dinləyici və mövcud şəxslərin mərifət dəryasından su içib sirab olmaları üçün bu münasibətlə təşkil edilən məclis və toplantılara, həzrət Əlinin tarix, sünnə və maarifi ilə yaxından tanış olan etimadlı təbliğçilər dəvət edilməlidir.

3٫ Bu və ya digər münasibətlə təşkil olunan məclislərdə mədh və şeirdən və s. çox maarif və həqiqətlərin bəyanına və dinlənilməsinə daha çox vaxt ayırmanızı sizə təkidlə tövsiyə edirəm. Hörmətli məddah və şairlər də o həzrətin həyat və maarifini düzgün bəyan edən şeirlərdən istifadə etsinlər. Ona görə ki, öz dəyərli vaxtlarını ixtiyarımızda qoyan şəxslərin vaxtı anbəan bizdən soruşulacaqdır. Ümid edirəm, sizin, bütün şiələrin və Əmirəl-möminin Əlinin (ə) dostlarının sonsuz səyi nəticəsində böyük bayram daha əzəmətli şəkildə qeyd ediləcək və daha artıq diqqət mərkəzində olacaqdır.

Hicri qəməri: Zilhiccə, 1428٫

Hicri şəmsi: Dey, 1386.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
You need to agree with the terms to proceed

Menyu