Kateqoriyalar : Xəbər

Niyə Bütün məzhəblər arasında Şiə məzhəbi haqdır ?

ÜÇÜNCÜ SUAL:Niyə Bütün məzhəblər arasında Şiə məzhəbi haqdır ?

İnamımızca bütün dinlər təsdiq olumağa layiqdir və “Xatəm” dini isə dinlərin heç birini təkzib etmir,lakin məzhəblərə gəlincə bu kimi əqidə nə doğru və nə də təsəvvür olunandır.Dinlərlə məzhəblər arasında bu baxış fərqi ona görədir ki,məzhəblər ilahi din və müraciətlərlə bağlı fərqli yorumları və qavrayışları ehtiva edirlər,halbuki din haqqında vahid bir yorumdan başqası doğru olabilməz. İndi sizin sualınıza gələk ki,nəyə görə islam məzhəbləri arasında Şiə məzhəbi haqlı məzhəbdir?.

Təbiidir ki ,bu kimi müxtəsər söhbətdə bir məzhəbin haqllığın isbat etmək olmaz,lakin iki düşündürücü məqamı qeyd edirik ki bir çox həddə məsələnin perspektivini bizə aydınlaşdırabilər.

Birinci məqam budur ki,Şiə məzhəbi elə bir məzhəbdir ki “Xəmsey-i-aliəba” kimi məşhur olan peyğəmbərin(s) əmioğlusu, Əmirəl-möminin və Rəsulluahın qızı Fatimə Zəhra və onların övladlarından ibarət olan peyğəmbərin  Əhli-Beyti(ə) peyğəmbərin (s) özü ilə yanaşı bu məzhəbin təmsilçiləridirlər. Dost və düşmənin də etirafına görə bu ailə elm,təqva,iffət və paklıq aıiləsidir.İndi sizə bir sual verim: İslam peyğəmbərinin dinlə bağlı yorumunu düşünmədən bir kənara buraxmaq olar mi?

“اهل البیت أدری بما فی البیت”

İkinci məqam bundan ibarətdir ki,Şiəliyin cövhəri və təməli dinin nəzəri qavrayışınd və Allahın rizası istiqamətində olan əməlin tanınmasında peyğəmbərin əhli-beytinin(ə)vilayətinə və mərcəyyitinə inanmaq və nəzrdə və əməldə onlara itaət etməkdir.Quranda ən azı ۲۰۰ ayədə müxtəlif şəkillərdə,Əmirəl-möminin (ə) və Əhli-Beytin(ə) vilayəti və onların fəzilətləri haqqında bəhs olunmuşdur.Bəzi digər məzhəb sahiblərinin bu ayələrin dəlalətini və nazil olmalarının şənini inkar etsələr də,lakin tarix baxımından bu ayələrdən çoxunun dəlalətini və nazil olmaları şənlərini inkar etmək imkansızdır.Bunu peyğəmbərin əhli-beytinin(s) dini tanımaq üzrə mərcəyiti və hətta onların vilayəti haqqında ayrı-ayrı firqələrin də mütəffiqən qəbul etdikləri rivayətlərə əlavə ediniz.

Bu rivayətlərdən biri “Səqəleyn” hədisidir,Allahın Rəsulu bu hıdisdə buyurmuşdur:

“انّی تارک فیکم الثقلین ،کتاب ا… و عترتی اهل بیتی”.

Şiənin inamınca bu əhli-beyt(ə) üçün həm təfsir şənini və həm də vilayət şəninin olduğuna dəldlət edir,əhli-sünnə isə bu rivayətin əhli-beyt(ə) üçün təfsir şəninin olduğunu göstərir.Bu iki rəyin ortaq vəchinə istinadla ən azından Quran təfsir etmək şəni əhli-beyt üçün isbat edilmiş şəndir.Belə isə məsəla əhli-beyt (ə) özü (انما ولیکم الله و رسوله و الذین یؤتون الزکوه و هم راکعون)ayəsinin Əmirəl-Möminin vilayətinə dalalət etdiyini dedikdə mübahisəyə nə luzum vardır? Və yaxud (اطیعوالله و اطیعوالرسول و اولی الامر منکم) şərifə ayənin əhli-beytin(ə) isməti və təharətinə dəlalət etdiyini desələr də onu inkar etmək olmaz və qeyd olunduğu kimi bu mövzu əhli-beytin(ə)şənində təqribən 200 ayə ilə əlaqədardır.

Başqa misal isə Qədir rivayətidir ki,Allahın Rəsulu(s) buyurdu:

“من کنت مولاه فهذا علی مولاه اللهم وال من والاه و عاد من عاداه و انصر من نصره و اخذل من خذله”

Bu rivayət isə bütün islami məzhəblərin üzərində müttəfiq olduqları təvatürlə nəql ilunmuş hədislərdəndir.Bu mütavatir rivayətdən çixarılan ən az nəticə budur ki,əgər Əmirəl-Möminin möminlərin vəlisidirsə deməli onun tələbi,rizası və izni olmadan heç bir əmələ təşəbbüs olunmamalıdır.

Görəsən bu rivayətlərin məzmunu Şiəlik əsasının isbatı deyil mi?.Bunlar bu mövzuda ilkin sözlərdür lakin sizi düşündürmək üçün bu qədər də kifayət edər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
You need to agree with the terms to proceed

Menyu