Əskərəyn (ə) hərəminə hörmətsizlik edilməsi ilə bağlı bəyanat
Bismillahir-rəhmanir-rəhim
İnna lillahi və inna iləyhi raciun
Ə`zəməllahu ucurəna və ucurəkum bimusibəti əsabəl-islam və əhlihi
Rəsuli-Əkrəmə (s) olunan ihanət ilə əlaqədar müsəlmanların göz yaşı və ürək yanğısı sakitləşməmiş, faciə xarakterli yeni bir cinayət müsəlmanların ürək yanğılarını daha şölələndirdi.
Mən, ürəkağrıdıcı faciə, böyük müsibət ilə əlaqədar İmam Zamana (ruhum ona fəda olsun), müsəlmanlara, İmamlara (ə) məhəbbət bəsləyənlərə və dünyadakı bütün azadə insanlara başsağlığı verirəm. Dünya müsəlmanlarından xüsusilə İraq müsəlmanlarından xaricilərin fitnələri qarşısında ayıq olmalarını istəyirəm. Düşmənin onların dini hisslərindən sui-istifadə etmələrinə imkan yaratmamalıdırlar. Müsəlmanlar özlərini düşməndən ayırmaq üçün inkişaf etməlidirlər. Çünki düşmənlər bu nifrətəlayiq əməlləri ilə müsəlmanları bir-birinin canına salmağa, bihudə təriqətlər arası çaxnaşma yaratmağa çalışırlar. Bunun vasitəsilə də təfriqə salan siyasətlərini icra edirlər. Səbr, dözüm göstərməyin və emosiya kontrolunun düşmən planlarını pozacağı aydındır.
“Və səyə`ləmulləzinə zələmu əyyə munqələbi yənqəlibun”
Hacı Yədullah Duzduzani
Hicri qəməri təqvimlə: ۲۴ məhərrəm 1427 – ci il.