Türkiyəli Şiə qadınların

Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizi ,İmam Zamanın (ə.f) təvəllüdü mərasimində iştirak üçün Türkiyə və Almaniya ölkələrindən müqəddəs Qum şəhırinə gələn türk şiə qadınlardan bir qrupunu qəbul etdilər.Həzrətlərinin ofisində baş tutan qəbulda Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizi bəşəriyyət dünyasının yeganə xilaskarının(ə.c) mövludu münasibətilə iştirakçıları təbrik edərək,buyurdular:

”Həzrəti Fatimeyi-Məsumənin(salamullahi-əleyh) və müqəddəs Cəmkəran məscidinin ziyarətinə nail olmaq üçün bu qədər uzun yolu arxada buraxdığınəza görə sizə təşəkkür edirəm.Allah sizə feyz və bu mənəvi səfər proqramının icraçılarına əcr versin.Allah-Taladan saleh əməlləri yerinə yetirməkdə sizin hamınıza tövfiq mərhəmət etməsini diləyirəm”.

Aliməqam dini mərcə əlavə etdilər:

”Xoşbaxt o adamdır ki,dini vəzifələrini yerinə yetirmiş olsun.Biz sadəcə yemək,içmək,yatmaq və əylənmək üçün və sonra da hər bir şeyi irs olaraq buraxıb getmək üçün bu dünyaya gəlməmişik.Gəlmişik ki axirətə doğru gedək,bu dünya sankı bir tarladır, səadət məsələsi ortadadır.Axirətin səadətini və xoşbaxtlığını əldə etməliyik.Bu isə dinimizə diqqət etmədən mümkün olan deyil”.

Həzrətləri sözlərinin davamı olaraq buyurdular:

”İlk növbədə din usuluna inamımızı gücləndirməliyik.İnsan öləndən sonra sual olunacağına inanarsa,xeyirə təşəbbüs etsə cənnətə və şərrə  təşəbbüs etsə cəhənnəmə gedəcəyini bilərsə,dünyanın bəzək-düzəyinə aldanmaz”.

Həzrət Ayətullahul-üzma Duzduzani, Allah Rəsulunun(s) “Əvəlcə Allaha inanın” deyə Yəmən əhalisinə nəsihətini xatırladaraq ,Allaha imanın və davamında da əmələ doğru yönəlməyin insan səadətinin əsası və kökü olduğunu bildirdilər.

Həzrətləri  Rəsullullahdan bir hədisi nəql edərək namaza diqqət etməyi insan səadətinin ikinci əsası bildirməklə xatırlatdılar:” Rəsullullahdan nəql olunan bir hədisə görə,kimsə namz qılmazsa küfr həddinə çatmış olub və əsla səadəti əldə etməz.Rivayətlərdə deyilir ki,kimsə bilərəkdən bir rükət namazını qılmasa o cəhnnəm əhalisindən olacaqdır.Öz vətəninizdə övladlarınızın,ailənizin namaz qılmasında diqqətli olun.Bu isə elə bir ibadətdir ki,o qəbul olnsa sizin digər ibadətləniz də qəbul olunar.Qələbə ilə sonuclanmış müharibərin birindən sonra müsəlmanlardan bir iddəsi  “Ey Allahın Rəsulu namaz vəzifəsini üzərimizədən götürün” deyə İslam peyğəmbərinə müraciət etdilər.Həzrət onların cavabında buyurdular:

لا خیر فی دین لاصلاه فیه

Yəni namazı olmayan dində xeyir yoxdur.

Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizi sözlərinin sonunda “انذر عشیرتک الاقربین ” deyən Quran ayəsinə toxunaraq görüşdə iştirak edən xanımlara qohum-əqrəbalarını inzar (xəbərdarlıq edib və Allahın əzabından qorxutmaq) və onları haq yoluna çağırmalarını tövsiyə edərək buyurdular:”Müxtəlif təbliğatların insanları günaha və fəsada çağırdığı hazırkı vaxtda siz qadınların və anaların üzərinə düşən budur ki,halal süd,pakizə qida,əxlaqiyyat,namaz,iffət,hicab və ictimai münasibtlər məsələsinə diqqət edəsiniz ki pakizə övladlarınız olsun.

Həzrətləri çıxışının sonunda iştirakçıların sağlığı və gündən-günə artan tövfiq qazanmaları üçün dua etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
You need to agree with the terms to proceed

Menyu