ORUCUN HÖKMLƏRİ
Ayın əvvəlinin sübut oluma yolları
Ayın əvvəli beş yolla sübut olunur:
1-İnsanın özü ayı görsün.
2-Sözlərindən yəqin hasil olan bir neçə nəfər, adi gözümüzlə “Ayı gördük” desələr, həmçinin, yəqinlik hasil olan hər şey vastəsi ilə.
3-İki adil kişi, “gecə ayı görmüşük” deyə xəbər versələr, amma ayın xüsusiyyətlərini bir-birinin əksinə deməsinlər. Əgər Ayın xüsusiyyətlərini bir-birinin əksinə desələr, ayın əvvəli sübut olmur.
4-Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa; bunun vasitəsi ilə Ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud, Ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda Şəvval ayının olması sübut olunur.
5-Şəri hakim, ayın əvvəli olmasına dair hökm versə.
Qeyd:
Ayın ilk gününün olmasını bilmək insan üçün təqlidi məsələ deyil, amma ayı görməyin üsul və yolları müctəhidin rəyinə əsaslanmalıdır, ona görə də ayı görməyin üsul və yollarına əməl etmək təqlidi məsələdir.
Əgər şəriət hakiminin və ya iki ədalətli şəxsin yaxud başqa şəxslərin göstərişləri, ayı görmə üsul və yollarında şəxsin təqlid etdiyi müçtəhidin üsul və yollarında fərqli olarsa, o hökmə və digər şəxslərin göstərişinə əməl edə bilməz.
Ayətullahul-uzma Duzduzani Təbrizi ayı görməkdə iki şeyi əsas və meyar götürür:
- Ayın gözlə görünməsi.
- Üfüqlərin eyni olması.
Məsələ 1740: Əgər cameüş-şərait müctehid, ayın əvvəli olmasını hökm etsə, hətta ona təqlid etməyən şəxslər də, onun hökmünə əməl etməlidirlər. Amma cameüş-şərait müctehidin səhv etdiyini bilən bir şəxs, onun hökmünə əməl edə bilməz. Yaxud cameüş-şərait müctehidin məbnası onun təqlid etdiyi müctehidin məbnası ilə fərqli olsa onun hökmünə əməl edə bilməz.
Məsələ 1741: Ayın əvvəli, astronomların qabaqcadan verdikləri xəbərə əsasən, sübuta yetmir. Amma bir şəxs üçün onların dediklərindən yəqin hasil olsa, gərək ona əməl etsin.
Məsələ 1744: Əgər bir şəhərdə ayın əvvəli olması sübuta yetsə, onun başqa şəhər camaatı üçün faydası yoxdur. Amma o iki şəhər bir-birinə çox yaxın olarsa, yaxud insan, o şəhərlərin üfüqlərinin bir olmasını bilsə və ya şərqdə sabit olsa, onunla kifayətlənmək olar. Üfüqlərinin bir olmasından məqsəd budur ki, əgər birinci şəhərdə ay görünsə ikincə şəhərdə də bulud kimi maneə olmasa görünsün. Bu o vaxt ola bilər ki, ikinci şəhər birinci şəhərin qərb tərəfində yerləşsin və ekvator xətti üstə ona yaxın olsun. Əgər onun şərq tərəfində yerləşsə belə sübut olunur ki, üfüqlərin bir olması bilinsin. Baxmayaraq birinci şəhərin üfüqündə Ayın qalma müddəti ikinci şəhərdən çox olmasına görə iki şəhərin qürubu müxtəlif olsun.
Məsələ 1746: Ramazan ayının axırı, yaxud Şəvvalın əvvəli olmasını bilməyən bir şəxs, oruc tutmalıdır. Amma məğribdən qabaq, Şəvvalın əvvəli olduğunu bilsə, gərək orucunu açsın.
Məsələ 1559: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn: “sabahın orucunu tuturam” deməsi, lazım deyildir. Aləmlərin Rəbbinin əmrini yerinə yetirmək üçün, sübh azanından məğrib azanına qədər orucu batil edən əməllərdən çəkinməsi, kifayətdir. Bütün müddəti oruc olduğunu yəqin etmək üçün, gərək bir az sübh azanından qabaq və bir az da məğrib azanından sonra orucu batil edən əməllərdən qorunsun.
Məsələ 1560: İnsan Ramazan ayının hər gecəsi, sabahkı günün orucu üçün niyyət edə bilər. Amma daha yaxşı olar ayın birinci gecəsi, bütün ayın orucunu niyyət etsin.
Məsələ 1561: Ramazan ayının orucunun niyyəti, gecənin əvvəlindən sübh azanına qədərdir.
Məsələ 1563: Bır şəxs sübh azanından qabaq orucu niyyət etmədən yatmışsa, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, onun orucu istər vacib olsun istərsə də müstəhəb, səhihdir. Əgər zöhrdən sonra oyanarsa, vacib orucu niyyət edə bilməz. Amma vacibin vaxtı az olarsa Ramazan ayının orucu kimi, ehtiyat-vacib budur ki, rəcaən oruc niyyəti etsin və onu tamamlasın sonra isə onun qəzasını tutsun.
Məsələ 1572: Meyyitin orucunu tutmaq üçün əcir olan bir şəxs, müstəhəb bir oruc tutarsa, eybi yoxdur. Amma boynunda qəza orucu olan bir şəxs, müstəhəb oruc tuta bilməz. Ehtiyat-vacibə görə əgər boynunda başqa vacib oruc olsa unudaraq müstəhəb bir oruc niyyəti edərsə və zöhrdən qabaq xatırlayarsa, müstəhəb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Əgər zöhrdən sonra anlayarsa, orucu batildir. Əgər məğrib azanından sonra xatırlayarsa, orucu səhihdir. Əlbəttə qəza və ya digər vacib orucu olan şəxs meyyitin orucunu tutmaq üçün əcir ola bilər.
Məsələ 1577: İnsan, Şəbanın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etsə, oruc tutması vacib deyil. Amma oruc tutmaq istəsə, Ramazan ayının orucunun niyyətini edə bilməz; həmçinin, əgər Ramazandırsa, onu Ramazan ayının orucu və əgər Ramazan deyilsə, qəza orucu və onun kimi oruc hesab edə bilməz. Əgər bu iki niyyətdən bir üçün oruc (Ramazan ayının olmasına baxmayaraq), tutsa batildir. Gərək qəza orucu və onun kimi orucların yaxud müstəhəbbi oruc niyyətini etsin. Əgər sonradan Ramazan ayı olduğu məlum olsa, Ramazan ayının orucundan hesab olunur.
Məsələ 1578: Şəbanın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etdiyi halda qəza, müstəhəb və bu kimi sair oruc tutub, gün əsnasında Ramazan olduğunu başa düşsə, gərək Ramazan ayının orucunu niyyət etsin.
Məsələ 1579: Əgər, Ramazan ayının orucu kimi vacib olan müəyyən bir orucda, orucunu batil etməsində tərəddüddə olsa və ya orucunu batil etmək niyyətini etsə, orucu batil olur. Gərək yeyib içməkdən çəkinsin, sonra da qəzasını tutsun. Etdiyi qəstində görə tövbə etməsinə və orucu batil edən işlərdən etməməsinə baxmayaraq (orucu batil olur).
Məsələ 1581: Doqquz şey orucu batil edir:
1-Yemək və içmək.
2-Cima.
3-İstimna; yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə.
4-Allah, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və onun canişinlərinin (ələyhimus-səlam) adından yalan demək.
5-Qəliz tozu boğaza çatdırmaq.
6-Ehtiyat-vacibə əsasən başın hər yerini suya batırmaq.
7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq.
8-Axıcı (maye) şeylərlə imalə etmək.
9-Qusmaq.
Məsələ 1582: Əgər oruc tutan şəxs qəsdən bir şey yesə və ya içsə, orucu batil olur. İstər adətən yeyilib-içilənlərdən olsun (çörək və su kimi), istərsə də adət olmasın (torpaq, ağacın şirəsi kimi); istər az olsun, istərsə də çox. Hətta, əgər diş fırçasını ağzının suyu ilə isladaraq ağzından çıxarsa və yenidən ağzına qoyaraq onun rütubətini udsa, orucu batil olur. Amma fırçanın rütubəti, ağzının suyunda ona, ağız suyundan sayılmayan rütubət deyilməyəcək şəkildə aradan getsə, (batil etmir).
Məsələ 1583: Əgər bir şəxs yemək əsnasında sübhün açıldığını başa düşsə, ağzındakı tikələri çıxarmalıdır. Əgər qəsdən udsa, orucu batildir və sonrakı deyləcək göstərişlərə əsasən kəffarə də vacibdir.
Məsələ 1584: Əgər oruc tutan şəxs səhvən bir şey yesə və ya içsə, orucu batil olmaz.
Məsələ 1586: Əgər oruc olan şəxs, dişinin dibində qalan şeyi bilərəkdən udsa, orucu batil olar.
Məsələ 1588: Ağız suyunu udmaq, hətta əgər turşluq və s.-ni xəyala gətirməklə ağıza yığılsa da, orucu batil etmir.
Məsələ 1591: Uşaqlar və ya quş üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq və bunun kimi işlərdə ki, adətən boğaza çatmayır, təsadüfən boğaza çatsa da, oruc batil etmir. Amma insan əvvəldən onun, boğaza çatacağını bilsə, orucu batil olur. Onun qəzasını tutmalıdır, kəffarə də verməlidir.
Məsələ 1593: Cima, orucu batil edir. (Hərçənd ki, xütnəyədək daxil olub və məni xaric olmasın).
Məsələ 1596: Əgər bir şəxs oruc olduğunu unudub cima etsə və ya ixtiyarsız onun ilə cima etsələr, orucu batil olmaz. Amma cima əsnasında yadına düşsə, yaxud daha bu işə məcbur olmasa, gərək dərhal cima halından xaric olsun; əgər xaric olmasa, orucu batildir. Həmçinin qorxusundan cima etsə orucu batil olur.
Məsələ 1597: Əgər oruc tutan şəxs istimna etsə, yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə, orucu batildir.
Məsələ 1598: Əgər məni ixtiyarsız olaraq gəlsə, oruc batil deyil. Lakin bir iş görsə və məni ixtiyarsız xaric olsa, orucu batildir.
Məsələ 1605: Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (s) və o həzrətin canişinlərinin (ə) adından demək, yazmaq, işarə etmək və s. kimi vasitələrlə yalan desə, hətta əgər dərhal “yalan deyirəm” desə və ya tövbə etsə də, ehtiyata əsasən orucu batildir. Həzrət Zəhra (ə), digər peyğəmbərlər və onların canişinləri də bu hökmdədirlər.
Məsələ 1612: Qatı tozu boğaza çatdırmaq (böğazda çöküntü olarsa) orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.
Məsələ 1613: Külək vasitəsi ilə qatı toz yaranarsa və insan bildiyi halda, qorumasa və boğazına getsə, (keçən məsələdə şərh olunduğu kimi ) orucu batildir.
Məsələ 1614: Ehtiyat-vacib budur ki, oruc tutan, siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın. Amma hamam buxar olsada, hamama getməyin eybi yoxdur.
Məsələ 1617: Əgər oruc tutan şəxs başının hər yerini qəsdən suya batırsa, hətta bədəni sudan çöldə olsa da, ehtiyat-vacibə görə, orucu batil olur. Amma bədəninin hamısı suyun altında, başının bir qədəri isə çöldə olsa, oruc batil olmaz.
Məsələ 1620: Əgər başın hamısı suyun altına batsa, amma tüklərin bir miqdarı çöldə qalsa, oruc batildir.
Məsələ 1622: Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə və başı bütövlüklə suya batsa; yaxud oruc olduğunu unudub başını suya batırsa, orucu batil olmaz.
Məsələ 1628: Əgər cünub şəxs, Ramazan ayında və ya onun qəzasında, qəsdən sübh azanına qədər qüsl etməsə, yaxud vəzifəsi təyəmmüm olduğu halda qəsdən təyəmmüm etməsə, orucu batildir.
Məsələ 1630: Ramazan ayında cünub olan şəxs oruc tutmaq istəsə qəsdən qüsl etməsə və vaxtı azalsa, gərək təyəmmüm edib oruc tutsun. Orucu səhihdir, qəzası da yoxdur. Amma qüslu təxirə salmasına görə günah etmişdir.
Məsələ 1634: Bir şəxs, Ramazan ayının gecəsində cünub olsa və yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə, yatmaq ona haramdır gərək yatmasın. Əgər yatsa və sübhə qədər oyanmasa, orucu batildir. Qəza və kəffarə də vacibdir.
Məsələ 1654: Maye şeylərlə imalə etmək, hətta məcburiyyət üzündən və ya müalicə üçün olsa da, orucu batil edir.
Məsələ 1655: Əgər oruc tutan şəxs qəsdən qussa, hətta xəstəlik və s. səbəb üzündən qusmağa naçar olsa, orucu batildir. Amma səhvən, yaxud ixtiyarsız olaraq qussa, eybi yoxdur.
Məsələ 1661: Əgər gəyirsə və ixtiyarsız olaraq bir şey boğazına və ya ağzına gəlsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız olaraq udulsa, orucu səhihdir.
Məsələ 1666: Bir neçə şey oruc tutana məkruhdur:
1-Gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı, iyi boğaza çatarsa).
2-Zəifliyə səbəb olan iş görmək (qan almaq, hamama getmək kimi).
3-Burunotu çəkmək (əgər boğaza çatacağını bilməsə; amma əgər bilsə, caiz deyildir).
4-Ətirli gülləri, bitkiləri iyləmək.
5-Qadının suda oturması.
6-Qeyri-maye şeylərlə imalə etmək.
7-Bədəndəki paltarları islatmaq.
8-Diş çəkdirmək və ağızdan qan gəlməsinə səbəb olan bütün işlər.
9-Yaş çubuqdan diş fırçası kimi istifadə etmək.
10-Mənasız yerə su və ya bir şeyi ağıza qoymaq. Həmçinin, insan məninin çölə gəlməsi qəsdi olmadan öz həyat yoldaşını öpsə, yaxud şəhvətini təhrik edən bir iş görsə; Amma məninin çölə gəlməsi qəsdi ilə olsa, orucu batildir.
Oucun qəzası və kəffarəsi vacib olan yerlər
Məsələ 1667: Əgər bir şəxs Ramazan ayının orucunda qəsdən başını suya salsa yaxud Allah və Peyğəmbərə yalan nisbət versə və ya əgər gecə cünub olub 1639-cu məsələdə deyildiyi kimi, oyanıb ikinci dəfə yatsa və sübh azanına qədər oyanmasa, təkcə o günün orucunu tutmalıdır. Amma bunlardan başqa, orucu batil edən sair işləri qəsdən etsə, o işin orucu batil etdiyini bilsə və ya o işin istimna kimi haram olduğunu bilsə amma orucu batil etdiyini bilməsə həm qəza, həm də kəffarə vacibdir. Ehtiyat-vacibə əsasən bu hökm qusmaq və maye şeylərlə imalə etməkdə də icra olunur.
Məsələ 1668: Əgər məsələni bilməməzlik üzündən orucu batil edən işlərdən birini etsə, bu halda məsələni öyrənə bilərdisə, ehtiyat-müstəhəb görə kəffarə verməlidir. Əgər məsələni öyrənə bilməzdisə onun kəffarə verməsi lazım deyil.
Məsələ 1669: Ramazan ayının orucunun kəffarəsi vacib olan bir şəxs, bir qul azad etməli və ya sonrakı məsələdə deyilən göstərişə uyğun olaraq iki ay oruc tutmalı, yaxud da 60 fəqiri doyuzdurmalı, yaxud onların hər birinə bir müdd təqribən 10 sir təqribən 750 qram təam, yəni buğda, arpa və bu kimi şeylər versin. Əgər bir şəxs üçün bunlar mümkün olmasa, ehtiyat-vacib budur ki, on səkkiz gün ardıcıl oruc tutsun və ya mümkün olan miqdarda, fəqirə təam versin. Əgər oruc tuta bilməsə və yaxud bir neçə müd təam verə bilməsə, gərək istiğfar etsin. Hətta bir dəfə “əstəğfirullah” deməklə də olsa, istiğfar etməlidir, hər vaxt imkanı olsa, kəffarəni versin.
Məsələ 1670: Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs, gərək bir ayı bütün və sonrakı ayın bir gününü ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur.
Oucun təkcə qəzası vacib olan yerlər
Məsələ 1697: Bir neçə halda orucun təkcə qəzası vacib olur və kəffarə vacib deyil:
1-Oruc tutan şəxs, Ramazan ayının günündə bilərəkdən başını suya batırarsa və ya Allah və Peyğəmbərə yalan nisbət verərsə.
2-Əgər Ramazan ayının gecəsində cunub olub, 1639-cu məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci və ya üçüncü yuxudan oyanmasa.
3-Orucu batil edən əməllərdən görməsə, amma oruc niyyəti etməsə və ya riya etsə, yaxud oruc olmamasını qəsd etsə; yaxud da orucu batil edən bir şeyi niyyət etsə.
4-Ramazan ayında cənabət qüslünu unudub bir və ya bir neçə gün cənabətli halda oruc tutsa.
5-Ramazan ayında sübhün açılıb-açılmamasını təhqiq etmədən, orucu batil edən işlərdən etsə və sonradan sübh olduğu məlum olsa; həmçinin, əgər təhqiq etdikdən sonra, sübh olmasını güman etdiyi halda, orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, o günün qəzası ona vacibdir. Əgər təhqiq etdikdən sonra, sübh olub-olmamasında şəkk etsə və orucu batil edən işlərdən görsə, sonra da sübh olması məlum olsa, gərək o günün qəzasını yerinə yetirsin.
6-Bir şəxs sübhün açılmaması barədə xəbər versə və başqası da onun dediyinə əsasən, orucu batil edən işlərdən görsə, sonradan sübhün daxil olduğu məlum olsa.
7-Bir şəxs “sübh olmuşdur” desə və insan onun sözünə yəqini olmasa, yaxud zarafat etdiyini güman edərək orucu batil edən işlərdən etsə və sonra sübhün açıldığı məlum olsa.
8-Kor və s. kimi şəxslər, başqa şəxsin dediyinə istinad edərək iftar etsə və sonradan hələ iftar vaxtı olmadığı məlum olsa.
9-Bir şəxs, açıq havada qaranlıq səbəbi ilə məğrib olmasını yəqin edib iftar etsə, sonradan məğrib olmaması məlum olsa; amma buludlu havada məğrib olmasını güman edərək iftarını açsa və sonradan məğrib olmadığı məlum olsa, qəzası lazım deyildir.
10-Sərinləmək və ya heç bir səbəb olmadan suyu ağzında qar-qara etsə və ixtiyarsız olaraq udsa, ehtiyata əsasən qəzasını tutmalıdır; amma oruc olduğunu unudub suyu udsa, yaxud dəstəmaz üçün suyu məzməzə edəndə, ixtiyarsız olaraq udsa, onun qəzası vacib deyil.
11- Bir kəs ikrah, zərurət və ya təqiyyə üzündən iftar etsə.
ORUCU BATİL EDƏN İŞLƏRDƏN ÇƏKİNMƏYİN MÜSTƏHƏB OLDUĞU YERLƏR
Məsələ 1758: Altı nəfər üçün Ramazan ayında oruc tutmamalarına baxmayaraq, müstəhəbdir ki, orucu batil edən işlərdən çəkinsinlər.
1-Səfərdə orucu batil edən işlərdən görüb zöhrdən qabaq vətəninə və ya 10 gün qalmaq istədiyi yerə çatan şəxs.
2-Zöhrdən sonra vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatan müsafir.
3-Zöhrdən qabaq sağalan və orucu batil edən işlərdən birini görən xəstə.
4-Zöhrdən sonra sağalan xəstə.
5-Gün əsnasında heyz və ya nifas qanından pak olan qadın.
6-Kafir günortadan sonra və ya günortadan qabaq müsəlman olsa, müsəlman olmamışdan qabaq orucu batil edən əməllərdən etsə. Amma günortadan qabaq kafir müsəlman olsa və orucu batil edən işlərdən etməzsə ehtiyat-vacib budur ki, oruc niyyəti etsin.
Məsələ: 1759 Müstəhəbdir ki, oruc tutan şəxs, məğrib və işa namazını iftardan qabaq qılsın. Amma bir şəxs onu gözləyirsə, yaxud yeməyə daha çox meyli varsa və nəticədə hüzuri-qəlb ilə namaz qıla bilməzsə, yaxşı olar ki, əvvəl iftar etsin. Sonra, mümkün olduqca, namazı onun fəzilətli vaxtında qılsın.
Oruc vacib olmayan şəxslər
Məsələ 1734: Əgər bir şəxs, qocalıq səbəbi ilə oruc tuta bilməsə, yaxud ona məşəqqətli olsa, oruc ona vacib deyil. Amma ikinci halda, (məşəqqəti olan halda) hər gün üçün bir müdd təam (təqribən 750 qram) buğda, arpa və bu kimi şeylər fəqirə verməlidir. Ehtiyata əsasən birini surətdə sə kəffarə versin.
Məsələ 1735: Qocalıq səbəbi ilə oruc tuta bilməyən bir şəxs, Ramazan ayından sonra oruc tuta bilərsə, ehtiyat-müstəhəb budur ki, gərək tutmadığı günlərin qəzasını tutsun.
Məsələ 1736: Çox susamaq xəstəliyi olan və bu susuzluğa dözə bilməyənə və ya (buna dözmək) məşəqqətli olarsa, oruc tutmaq ona vacib deyil. Amma ikinci halda (məşəqqətli olan halda) hər gün üçün bir müdd təam fəqirə verməlidir. Ehtiyat-müstəhəb budur ki, ehtiyacı olduğu miqdardan artıq su içməsin. Əgər sonradan oruc tuta bilərsə, tutmadıqlarının qəzasını tutması müstəhəbdir.
Məsələ 1723: Dörd rəkətli namazları səfərdə iki rəkət qılmalı olan müsafir, oruc tutmamalıdır. Amma namazını bütöv qılan müsafir; məsələn: işi səfər olan, yaxud səfəri haram olan şəxs səfərdə orucunu tutmalıdır.
Məsələ 1724: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur. Amma orucdan boyun qaçırmaq üçün səfər etmək məkruhdur.
Məsələ 1730: Əgər oruc tutan şəxs, zöhrdən sonra səfər etsə, orucunu axıra çatdırmalıdır. Əgər zöhrdən qabaq səfər etsə, tərəxxüs həddinə çatanda, öz orucunu batil etməlidir. Əgər o həddə çatmamışdan qabaq batil etsə, kəffarə ona vacib olur.
Məsələ 1731: Əgər müsafir, zöhrdən qabaq öz vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, bu halda orucu batil edən işlərdən görməyibsə, o günü oruc tutmalıdır; əgər orucu batil edən işlərdən birini edibsə, o günün orucu ona vacib deyil. İstər fəcrdən əvvəl səfərə çıxsın istərsədə oruc tutub səfərə çıxsın sonra öz vətəninə və ya on gün qalmaq istədiyi yerə çatsın, bunlar arasında heç bir fərq yoxdur.
Məsələ 1732: Əgər müsafir zöhrdən sonra vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, gərək o günü oruc tutmasın. Bu və bundan qabaqkı məsələdə milak həddi-tərəxxüs deil milak şəhərin özüdür.
Məsələ 1999: Fitr bayramı gecəsinin qürubunda baliğ, aqil və fəqir olmayan şəxs, özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən bir sa (Təqribən 3 kq) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayətdir.
Məsələ 2000: Əgər bir şəxs özünün və ailəsinin illik qazancını təmin edə bilməsə və təmin etmək üçün də bir şəxs olmazsa fəqirdir və fitrə zəkatı vermək ona vacib deyil.
Məsələ 2001: Hər şəxs, Fitr bayramı gecəsində qürub vaxtı, gərək onun çörək yeyənləri hesab olunanların fitrəsini versin; istər böyük olsunlar, istərsə də kiçik; istər müsəlman olsunlar istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.
Məsələ 2013: Fitrəsini başqası verməli olan bir şəxsin, öz fitrəsini verməsi vacib deyil. Hətta verməsi, düzgün deyil.
Məsələ 2032: İnsan fitrə zəkatını qürbət qəsdi ilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək məqsədilə verməlidir. Onu verdiyi vaxt, fitrə niyyəti etməlidir.
Məsələ 2033: Əgər mübarək Ramazan ayından qabaq fitrəni versə, səhih deyil. Ehtiyat-vacib budur ki, Ramazan ayında da fitrəni verməsinlər. Amma Ramazandan əvvəl, yaxud Ramazan ayında fəqirə borc versə və fitrə vacib olandan sonra öz borcunu fitrədən hesab etsə, maneəsi yoxdur.
Məsələ 2037: Fitrə zəkatının vacib vaxtı, fitr bayramı gecəsinin əvvəlindən o günün günortasına qədərdir. Amma ehtiyat-vacib budur ki, fitrəni ayırmaq və vermək gərək fəcrdən sonra olsun. Həmçinin fitr bayramının namazını qılan şəxs gərək fitrəni namazdan qabaq ayırsın.
Məsələ 2040: Əgər fitrəni ayırıb bir tərəfə qoysa, onu özü üçün götürüb yerinə başqa mal qoya bilməz.
Məsələ 2022: Fitrə zəkatı ehtiyat-vacibə əsasən, yalnız fəqirə verilməlidir. Məqsəd budur ki, fitrə zəkatı mal zəkatına müstəhəqq olanların şərtlərini özündə cəm edən şiə fəqirlərə verilməlidir. Amma əgər onun şəhərində şiə fəqir yoxdursa, başqa müsəlmanların fəqirlərinə də verə bilər. Amma hər təqdirdə gərək nasibiyə (Əhli-Beytlə düşmənlik edənə) verilməsin.
Məsələ 1525: Fitr və Qurban bayramı namazları İmamın (ələyhis-səlam) hazır olduğu vaxt vacibdir və camaatla qılınmalıdır. İmamın (ələyhis-səlam) qaib olduğu (bizim zəmanəmizdə) isə müstəhəbdir. Onu camaatla da, fürada da qılmaq olar.
Məsələ 1526: Fitr və Qurban bayramı namazlarının vaxtı, gün çıxan vaxtdan zöhrə qədərdir.
Məsələ 1527: Müstəhəbdir ki, Qurban bayramı namazını günəş qalxandan sonra qılsınlar; Fitr bayramında isə, müstəhəbdir ki, gün qalxandan sonra iftar edib fitrə zəkatı verəndən və yaxud ayırandan sonra, bayram namazı qılsınlar.
Məsələ 1535: Fitr bayramının gecəsi, məğrib və işa namazından sonra; bayram günü, sübh namazından sonra; həmçinin, Fitr bayramının namazından sonra, müstəhəbidir ki, bu təkbirləri desinlər:
Əllahu əkbəru Əllahu əkbəru la ilahə illəllahu vəllahu əkbəru əllahu əkbəru və lillahil həmdu əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əvləyna.
Məsələ 1528: Fitr və Qurban bayramı namazları iki rəkətir. Birinci rəkətdə, Həmd və surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə, bir təkbir deyib rüku və iki səcdəni yerinə yetirib ayağa qalxmalı, ikinci rəkətdə isə (Həmd və surədən sonra) dörd təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra rüku, səcdəni yerinə yetirib, təşəhüd və namazın salamını desin.
Məsələ 1531: Bayram namazının xüsusi surəsi yoxdur. Amma daha yaxşı olar ki, birinci rəkətdə “Şəms” (91-ci surə), ikinci rəkətdə isə “Ğaşiyə” surəsini (88-ci surə) oxunsunlar. Yaxud birinci rəkətdə “Əla” surəsi (87-ci surə) və ikinci rəkətdə isə “Şəms” surəsini oxunsunlar.
Məsələ 1529: Fitr və Qurban bayramı namazlarının qunutunda hər dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:
“Əllahummə əhləl-kibriyai vəl-əzəməh və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh. Əsəlukə bihəqqi hazəl-yəvm əlləzi cəəltəhu lil-musliminə iydən və li-Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və məziyda, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs’əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməs-təazə minhu ibadukəl-muxləsun.
«اَللَّهُمَّ أَهْلَ الکِبْرِیاءِ وَالعَظَمَهِ وَ أهَلَ الجُودِ وَالجَبَرُوتِ وَ أَهْلَ العَفْوِ وَالرَّحْمَهِ وَ أَهْلَ التَّقْوى وَ المَغْفِرَهِ أَسْأَلُکَ بِحَقِّ هذاَ الیَوْمِ الَّذِى جَعَلْتَهُ لِلْمُسْلِمِینَ عِیداً وَ لِمُحَمَّدٍ صَلَّىَ اللَّهُ عَلَیْهِ و آلِهِ ذُخْراً وَ شَرَفاً وَ کَرامَهً وَ مَزِیداً أَنْ تُصَلِّیَ عَلى مُحَمَّدٍ و آلِ مُحَمَّدٍ وَ أَنْ تُدْخِلَنِی فِى کُلِّ خَیْرٍ أَدْخَلْتَ فِیهِ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ وَ أَنْ تُخْرِجَنِى مِنْ کُلِّ سُوءٍ أَخْرَجْتَ مِنْهُ مُحَمَّداًوَ آلَ مُحَمَّدٍ صَلَواتُکَ عَلَیْهِ وَ عَلَیْهِمْ أَللَّهُمَّ إِنِّى أَسْأءلُکَ خَیْرَ ما سَأَلَکَ بِهِ عِبادُکَ الصَّالِحُونَ وَ أَعُوذُ بِکَ مِمّاَ اسْتَعاذَ مِنْهُ عِبادُکَ المُخْلَصُونَ».