Orucu Suallari
Sual: İynə orucu batil edir, ya yox?
Cavab: Üç növ ampula var:
1-ci növ: Ağrıları aradan qaldıran və ya bədən üzvərini uyuşduran ampulalar; bu növ ampulaları vurmağın heç bir eybi yoxdur. Müalicə üçün olan ampulalarda bu növə aiddir.
2-ci növ: Bədənin güclənməsi üçün istifadə olunan ampulalar; insanın bu ampulaları iynə ilə vuranda bədənində zəiflik hiss etmir. Oruc tutanın şəxsin bu növ iynələri istifadə etməsinin heç bir maneəsi yoxdur, ancaq ehtiyat-vacib budur ki, bu növ ampulaları vurmaqdan çəkinsin.
Tip 3: Qida əvəzinə olan ampulalar; ehtiyat-vacibə görə belə ampulalardan istifadə etmək qadağandır və oruc tutan şəxs belə ampulaları vurdura bilməz.
Sual: Vacib qəza orucu olan şəxs müstəhəbb orucu tuta bilərmi?
Cavab: Vacib qəza orucu olan şəxs müstəhəbb oruc tuta bilməz.
Sual: Astma kimi xəstəlikləri müalicə etmək və ya aradan qaldırmaq üçün xəstələrə təyin olunan spreylərdən istifadə orucu batil edirmi?
Cavab: Orucu batil etmir.
Sual: Yeməli olmayan bəzi şeyləri, məsələn, tibbi alətlər kimi əşyaları ağıza salamq orucu batil edirmi? Onları boğazdan və ya tənəffüs orqanlarından (məsələn, endoskopiya və bronkoskopiya kimi) udmaq olarmı?
Cavab: Belə bir əşyaları ağıza salmağın, boğazdan aşağı keçməmək şərti ilə, heç bir eybi yoxdur, əgər boğazdan aşağı keçərsə orucu batildir və qəzasını tutmaq lazımdır.
Sual: Əgər qadın hamiləlik və ya körpəsini əmizdirmə səbəbi ilə oruc tuta bilmirsə:
- A) Oruc tutmaq ona vacibdirmi?
- B) Kəffarə ona vacibdirmi?
- C) Əgər ilin ortasında tutmadığı orucunu tuta bilsə və tutmamış olsa, başqa kəffarə ona vacib olarmı?
Cavab:
- A) Bəli, vacibdir.
B: Əgər oruc dölə və ya körpəyə zərər verərsə, kəffarə lazımdır, süd verən anaya zərər verərsə, kəffarə lazım deyil.
Cavab: Ehtiyata əsasən, üzrsüz olaraq qəzanı təxirə salarsa, təxirə saldığına görə də, kəffarə verməlidir.
Sual: Oruc tutanın günortadan əvvəl səfərə çıxmasının hökmü nədir? Və gecə səfər etmək niyyəti ilə başqası arasında fərq varmı?
Cavab: Əgər günortadan əvvəl səfərə çıxsa, orucunu açmalıdır və gecə səfəri niyyəti ilə başqa niyyət arasında fərq yoxdur.
Sual: Şübhə günündə tərəddüd niyyəti ilə oruc tutmaq olarmı (yəni, Ramazan olarsa vacib oruc hesb olsun əks halda isə müstəhəb oruc hesab olunsun)?
Cavab: İcazəli deyil.
Sual: Mübarək Ramazan ayında bir şəxs dörd fərsəx uzaqlıqdakı bir yerə getmək niyyətində olarsa və on gündən əvvəl qayıtmaq istəyərsə, onun orucu düzgündürmü?
Cavab: Orucunu açmalıdır.
Sual: Hər on gündə bir neçə dəfə xəstələri görmək və ya ziyarət, təbabət və təhsil almaq yaxud əsgər olduğuna görə hərbi hissəyə gedən şəxs yolda və yaxud gedəcəyi yerdə namazını kamil şəkildə qıla bilərmi?
Cavab: Bəli, əgər on gündə iki dəfə səfərə çıxarsa, namazını tamam qılıb orucunu isə tutmalıdır.
Sual: Əgər bir yerə səfər edib səkkiz fərsəx olduğunu bilməsə, bir qədər məsafədən sonra bilsə ki, səkkiz fərsəx və ya gediş-gəliş səkkiz fərsəxdir, bu şəxsin namazını qəsr qılıb, orucunu isə açmalıdırmı?
Cavab: Bəli, harada başa düşsə, namazını qəsr qılıb, orucunu isə aşmalıdır. Əgər namazını qılmışdırsa yenidən qılmalıdır, əgər namazın vaxtı bitəndən sonra başa düşsə, qəzasını tutmalıdır.
Sual: Əgər oruc tutan sübh azanından sonra səfər edib günorta azanından əvvəl vətəninə daxil olsa, səfərdə heç bir şey yemədiyini nəzərə alaraq həmin günü oruc tuta bilərmi?
Cavab: Bəli, həmin günü oruc tutmaq vacibdir. Şəhərinə daxil olduqdan sonra orucunu açması icazəli deyil. Əgər bu deyilən surətdə orucunu açarsa, kəffarə verməlidir.
Sual: İnsan öz malından ata-ana, övlad və arvad kimi başqasının fidyəsini verə bilərmi?
Cavab: Fidyə bir ibadətdir, ibadət olduğuna görə mükəlləfin malından çıxardılmalı və Allaha yaxınlaşmaq niyyəti ilə olmalıdır, ona görə də başqalarının pulunu verməklə insanın öhdəsindən götürülməz. Fidyəni digər bir şəxs vermək istəsə gərək pulu sualda qeyd olunan şəxslərin mülküyyətinə keçirsin, sonra isə onlar tərəfindən vəkalət alıb fidyə ünvanında ödəsin.
Sual: Hər bir noxudun kəffarəsi qızılın hansı növünə əsasən hesablanmalıdır? eyni dəyərini ödəyə bilərikmi?
Cavab: Qızılın əyarı şərt deyil. Ənənəvi olaraq qızıl deyilirsə, kifayətdir. Dəyərini də ödəmək olar.
Sual: Ramazan ayının son günü ev sahibi bir dəstə insanı iftara dəvət edib və qonaqlar məğrib azanından əvvəl gəliblər, onların fitrəsi ev sahibinə vacibdirmi?
Cavab: Belə məclislərə dəvət olunanların zəkatı ev sahibinə vacib deyil və onlar ailə üzvləri hesab olunmurlar.
Sual: Fitrə zəkatının istifadəsi mal zəkatının istifadəsi kimidir, yoxsa yalnız kasıblar üçündür?
Cavab: Ehtiyat-vacibə görə fitrə zəkatını kasıb şiələrə vermək lazımdır.
Sual: Ramazanda başqasının qonağı olan şəxs ev sahibinə deyir: mənim zəkatımı verməyin, fitrə zəkatını özüm verəcəm, bu düzgündürmü və ev sahibinin öhdəsindən götürülürmü?
Cavab: Düzgün deyil. Bu halda düzgün olar ki, fitrə zəkatının miqdarını ev sahibinə versin və sonra ondan alıb və fitrə zəkatnı versin.
Sual: Fitrə zəkatı Fitr bayramı gecəsi huşsuz olan şəxsin öhdəsindən götürülürmü?
Cavab: Ehtiyat-vacib budur ki, o şəxsin fitrəsi verilsin.
Sual: Fitrə zəkatı dövlət yeməklərini yeyən əsgərlərə, dövlət yataqxanalarında yaşayanlara və bu kimi şəxslərə vacibdirmi? Əgər vacibdirsə kimin öhdəsinədir?
Cavab: Əgər o, ənənəvi olaraq ailə üzvü deyilsə və özünün fitrə zəkatını verməyə imkanı varsa, özü fitrəsini verməlidir. Bu cür şəxslərin fitrəsi hökumətə vacib deyildir.
Sual: Fitrə zəkatını yeməkdən başqa cinsdən ayırmaq olarmı? məsələn, on mən (ölçü vahididir) buğda dəyəri olan on metr parçanı fitrə olaraq ayırmaq olarmı?
Cavab: Malın zəkatında düzgün olduğu üçün burada da, düzgündür, lakin ehtiyat budur ki, uyğun qiyməti ayırsın.