Nədən hökmən bir dinimiz olmalıdır ?
BİRİCİ SUAL:Nədən hökmən bir dinimiz olmalıdır ?
Bu suala cavab olaraq ilk öncə dini şərh edib, sonra bu suala cavab verməliyik.
Din bir sıra əqidə və ibadi ,iqtisadi,ictimai ehkamdan və əxlaqiyyatdan təçkil olunur.Bunlar ilahi vəhy surətində bəşərə gəlib-çatmış və səmavi kitablarda isə açıq-aşkar göstərilmişdir.
Buna görə də din və məzhəb bir sıra ənənələri,mərasimləri,öhdəlikləri və vəzifələri ehtiva edir ki,dindarlar onlara əməli şəkildə bağlı və öhdəçi qalmalıdırlar.Ancaq dinə inam zərurəti bir çox dəlilərə görədir.Onlardan bir qisminə qısaca işarə edirik:
Birincisi :
Bəşər Allaha mayil olan fitrəti və istidlalçi əqlinin icabı üzündən Allahı tanıyaraq ideal məbud ardınca gəzir ki, Albert Eynşteyn demişkən ona pərəstiş etsin,hacətini ondan istəsin və onun qarşısında ağlayıb-sızlauaraq günahlarına görə üzr istəsin və bununlada ətraflı dincliyi və sakinliyi əldə etsin.İnsan bu zati ehtiyacı üzündən yaranışın dəlilini arayıb-axtarmağa vəzifəlidir.
Yuxarıda qeyd etdiyimiz dəlil bütün dindarlar qəbul edir.Tarixə və tarixin yazılmasına başlanmasından öncəki dövrlərə baxdıqda başa düşəbilərik ki, heç bir xalq və heç bir ümmət,heç bir qövm və qəbilə məzhəbsiz və dini əqidəsiz olmamışdır.Onlardan bir iddəsi xürafi mərasimləri və ağılın təsdiq etmədiyi ənənələri qəbul edib ,bütlərə pərəstiş edib,müxtəlif məzhəblərə itaət etsələr də,ancaq həmin dinlərin çoxsaylı olması məzhəb prinsipinin əsilliyinin göstəricisidir.Arxeoloqlar insanların pərəstiş etdikləri heykəl və bütləri aşkar etmişlər.
Və bəşərin elmi-biliyi və ağlı təkmilləşdikcə ilahə və bütlərin sayı azalıb və azalır və bütlər yerinə elmə pərstiş başlanır.Lakin ikinci dünya müharibəsi elmi də məbudluq məqamından kənarlaşdırdı və tədriclə bəşər yer və göylərin xaliqi olan Allaha yaxınlaşıb və yaxınlaşmaqdadır.Çünki elm və elmi cihazlar yüzminlərlə insanı ölümə verdi və bu zaman bəşər başa düşdu ki,elm Allahın və məbudun yerini tutabilməz.
Saxta və xürafi məbudların olması ideal və həqiqi məmudun olmasına dəlalət deir,belə ki,yaranışın ən əvvəlindən bugünə kimi yerüzündə dinsiz və bir sıra xariqüladə əqidəsi olmayan insan olmamışdır,bu isə dinə inam zəruriliyini təsdiqləyən aydın faktdır.
Günümüzdə də materializm və kommunizmin məğlubiyyətə uğrdağını müşahidə deirik.
İkincisi-Mümkün zərərlərin qarşısının alınması
Adəmdən Xatəmə (s) kimi bütün peyğəmbərlər Allahın tərəfində məbus olaraq ,hamısı müttəfiqən insanları Allahı tanımağa və dinə inama çağırmışlar.Onların sırasında dinə inanan İbn Sina,Eynşteyn,Karl,Maks Plank,Paster,Edison kimi dahilər və böyük fisoflar da olmuşdur.Bütün peyğəmbərlərin və alimlərin bir yalan üzərində razılaşmalarını iddia etmək mümkün deyil.Bu uzdən ağıllı insan deyir ki:Ehtimal ki,ilahi peyğəmbərlərin və onlara inanan alimləri dedikləri düz olsun və ölümdən sonra cənnət və cəhənnəmin olması doğru olsun,belədirsə ağıl və məntiq deyir ki,əqli ehtimalı olan zərərin qarşısını alamaq və dinə inanaraq gələcəyi hədələyən təhlükəni önləmək lazımdır.
İmam Sadiq(ə) İbn əbi əl-Ocaya və tərəfdarlarına buyurdu:”Biz qiyamətin və hesab-kitabın ortada olduğuna inanırıq,bu halad bizim sözümüz doğru çıxarsa udmuş olan tərəf biz olacağıq,çünki biz doğru yoldayıq,namaz qılır ,oruc tutur, həccə gedirik.Ancaq tutaq bunlar doğru deyil yenə də biz zərərlı çıxmayacağıq.Lakin cənnət və cəhənnəmin olması doğru çıxsa siz və digər məzhəbsizlər böyük bir zərər və təhlükəyə məruz qalıb, əbədə kimi cəhənnəmdə yanmalısınız”.Yəni biz məzhəbə etiqad etməklə böyük bir təhlükəni özümüzdən uzaqlaşdırıb və dəyərli mənfət əldə etmiş oluruq.
Üçüncüsü – Dəyişikliklərdə Dinin Bəqası
Dünyada xalqların mərasimlərinə və ənənələrinə təsir edən bir çox inqilablar baş vermişdir belə ki hazırda onlardan heç bir iz qalmamışdır.Bugün “Həmmurapi qanunu” sadəcə tarixdə qalır və vaxtilə xalqların arasında mövcud olan qanunlar və mərasilmlər artıq ölmüşdür.Lakin din və məzhəb baş vermiş olan bütün ictimai və siyasi dəyişikliklər və inqilablar qarşısında güclü və canlı olaraq həyatına davam edir.Hətta dəqiq olaraq xristianlıq və kiləsəyə qarşı baş verən elmi renesans bir müddət dinləri zəifləşdirsə də ,ancaq xristianlıq dini öz gücünü yenidən əldə etmiş ildu və günümüzdə Həzrət İsanın(ə) milad bayramında bütün dünya çırağanlıq olunur.Bu o deməkdir ki , dinin əsası məhv olunası deyil