Mərcəiyyətə ihanət etmək fitnədir

Allahın adı ilə. Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizi öz xaric dərsində İmam Səccaddan (ə) nəql edilən hədisi bəyan edərkən son zamanlar İranda prezident seçkilərindən sonra baş verən hadisələrə münasibət bildirmişdir:

Allahın adı ilə. Səcdə edənlərin ağası, ariflərin rəhbəri, abidlərin zinəti İmam Səccad (ə) buyurmuşdur: “Allahummə ummirni ma kanə umri bizillətin fi taətikə fə iza kanə umri mərtəən lişşeytani fəqbizni iləykə”.

“İlahi, ömrüm sənin itaətində keçirsə, ömrümü artır. Ömrüm şeytanın otlağına çevrildiyi an canımı al”.

“Mərtə`ə” sözünü azad otlaq sahəsi kimi mənalandırırlar. “Fərsil mə`na ğədən yərtə` və yəl`əb. Yərtə` azad şəkildə fəaliyyət göstərmək (yemək, içmək, gəzmək, oynamaq və s.) mənasındadır. Sanki, İmam (ə), şeytan istədiyi qapıdan girdiyi, məni öz ixtiyarına keçirib istədiyi günahı varid edə bildiyi an, canımı al demək istəyib. Həqiqətən, İmamın (ə) məqsədi budurmu?

İmamın məqsədinin bu olmadığı nəzərə çarpır. Bəlkə hədisin mənası, “şeytan hətta bir daimi yolla məndən istifadə etsə”-dir.

Bu gün, diqqət etsək, cəmiyyətimizdə şeytanın insanlara nisbətdə otlağı cəmiyyətdəki ixtilaflardır. Dəfələrlə, iki dindarın bir məsələ ixtilaflı olduqlarının şahidi olmuşuq. Həmin ixtilaflar həllini tapmır, əksinə qəzavətə məhkum olmamaq üçün bir-birilərinə qarşı hər bir vasitədən yararlanır, xoşa gəlməz ifadələr istifadə edirlər.

Dərs əsnasında dəfələrlə demişəm ki, şeytan təkcə İblis deyil, bəlkə şər qüvvələr mənasındadır. Bir neçə ay ərzində cəmiyyətimizdə çoxalan ixtilafların təsiri nəticəsində cəmiyyətimiz şeytanın otlağına çevrilmişdir. Günümüzdə daxili şeytanların öz yeri var. Dünya mənim və sizin sorağınıza gəlir. Əlbəttə, fitnəkarlıq şeytan və şeytansifət insanların köhnə adətlərindəndir.

İnsan şeytanlarının xarici nümunəsi olan vəhabiyyət, bir neçə əsrdir ki, heç bir sərhəd və hədd-hüdud tanımadan İslam şüarlarına hücum edirlər.

Onlar bizim dahi şəxsiyyətlərimizi, böyüklərimizi hədəfə alıblar. Bir gün, Kərbəla və İmam Hüseynin məqbərəsinə, digər bir gün Nəcəf-Əşrəf şəhərinə, bir gün də Bəqi qəbiristanlığına və s.

hücum edirlər. Son qarşıdurmalar isə şiələrə qarşı cəsarət etmələrinə bais olmuşdur. Bu fitnə yaradan ixtilaf onların yanlış əməllərini daha da şiddətləndirmişdir. Son aylarda səudiyyəlilərin Qətif, Əhsa və Dəmamda şiə məscidlərini bağlayır, xar edir və ya dağıdırlar. Bütün bunlar heçdə təsadüf deyildir. İxtilafları həlli üçün müdaxilə etdiyimiz zaman onların da böyükləri məsələyə müdaxilə edirlər və nəticədə işlər daha məcrasından çıxır və böyüyür.

Hətta Yəmən şiələri ilə qarşıdurmaya qədər gəlib çıxır. Mövcud ixtilafların miqyası o qədər genişlənir ki, şiə aləminin mərcə müctehidinə ihanət edirlər. Əlbəttə, bütün bunlar bizim səhv işlərimizin nəticəsidir. Niyə bizim bir qrup mediyalar tərəfindən ona “İrad mərcəsi” deyilməlidir? İslamımızda heç bir sərhəd mövcud deyil. Gördüyümüz sərhəd Küveyt adlanan bir kiçik parça, Bəhreyn adlanan bir kiçik parça, filan şeyx yaşayan bir kiçik parça olmuşdur.

İslamı parçalamaq ingilislərin siyasi fəaliyyətlərindəndir. Biz isə hələ də “mürgüləyirik”. Bugün də belədir. Biz müsəlmanlar qəflət yuxusunda olduğumuz halda onlar, bizim üçün planlar cızırlar. Ayətullahul-üzma Sistaniyə ihanət edilən zaman, mən tələbənin səsi ucalmır, hövzənin səsi çıxmır, əksül-əməl nümayiş etdirmirlər….

Sabah planlarını daha geniş miqyasda həyata keçirəcəklər. Deyilməlidir ki, bu gün, hamımız, istər böyüklər və liderlər, istərsə də digərləri şeytana tabe olmuş, onun otlağına çevrilmişik.

İxtilaflar bizi kiçildir, dilləri isə uzadır. Bununla, vəhhabilər özlərində cürət və qüdrət hiss edir, nəticədə hücuma keçirlər, həmlə edirlər. Özü də necə həmlələr!!! Kiminsə onlara cavab verdiyini görmürük, dünyanın da nə vaxtsa həlledici cavab verəcəyi həqiqətdən uzaqdır. Ümidvaram, Allah vəzifələrimizin icrasında bizə kömək olacaq!

Vəssalamu ələykum və rahmətullahi və bərakətuh.

2010-1-13

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
You need to agree with the terms to proceed

Menyu