2010-ci il, məhərrəm ayı ilə əlaqədar həzrət Ayətullahul-üzma Duzduzaninin mesajı
“Əssalamu ələykə ya əba Əbdullah və əla ərvahilləti həllət bifinaik”
Qarşıda gələn ay məhərrəm ayı, praktiki yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmə, dini təlimlərin təbliği ayıdır. Məhərrəm ayı şəhidlər ağası həzrət İmam Hüseynin (ə) dinin rövnəqlənməsi, hərəkətlənməsi üçün qiyam etdiyi və Allah dininin bərpası yolunda öz mübarək canından keçməsindən, ailəsinin əsarətinədək fədakarlıq göstərdiyi aydır. Həzrət öz qiyamını bu cür bəyan edir:
“İnna lillahi və inna iləyhi raciun və ələl İslamis-salami iz qəd buliyət əl-ummətu birai mislu Yəzid”.
Həmin günlərdə İmam Hüseyn (ə) dünyadakı batil mədəniyyətlərlə şücaət və mübarizə dərsi keçir.
“Əşhədu ənnəkə qəd əqəmtə əs-salətə və atəytə əz-zəkatə və əmərtə bil-mərufi və nəhəytə ənil-münkəri”.
İmam Hüseyn (ə) it oynatma, şahmat oynama, fəsad və pozğunluq kimi batil mədəniyyətlərlə mübarizə etdi. O, müqəddəs hədəfi yolunda hətta övlad və gənclərini də fəda etdi.
Təəssüflər olsun ki, günümüzdə batil qərb mədəniyyətləri elə bir surətdə İslam dünyasına daxil olmuşdur ki, onların qarşısını almaq artıq asanlıqla mümkün deyildir. Cəmiyyətimizin gənclərinin namaza, şəri vergi ödəmə, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək kimi dini vəzifələrə diqqətsizliyi və onlara qarşı səhlənkarlığı nəticəsində qumarın və s. fəsad işlərin cəmiyyətdə rəvac tapdığını görürük.
Cəmiyyətimizin mədəniyyəti ilə böyüyüb boya başa çatan ölkə insanları, sözügedən məsələnin çıxış yolu barədə, qərb mədəniyyətinin hamıya yoluxmaması barədə və onun qarşısının alınması barədə düşünüblərmi?
Bu zəmində iş görülübsə də lazım olan həddən çox aşağı olduğu nəzərə çarpır. Minbərdə, dini mərasimlərdə çıxış edənlərə, dini təbliğatçılara məhərrəmlikdə hər şeydən çox İmam Hüseynin (ə) hədəflərindən danışmalarını tövsiyə edirəm. Namazı ilk mərtəbədə camaata, xüsusilə gənclərə tövsiyə edilsin, sonra həzrətin digər hədəflərinə toxunulsun. Şəri vergilər, yaxşılığa dəvət, pisliklərdən çəkindirmək, qumarın tərki və s. bunların başlıca məsələlərdəndir.
Əzadarlara da İmam Hüseynin (ə) hədəflərini bilmələri üçün mərasimlərdə iştirak etmələri tövsiyə olunur. Məclislər əzadarlar üçün ibrətverici, öyrədici xarakterli olmalıdır. İmam Hüseynin (ə) hədəfləri təbliğ edilməyən az faydalı, bir çox hallarda da xurafat yayan məclislərə getməkdən isə çəkinilməlidir.
Ümidvaram, Mütəal Allah məhərrəm günlərindən faydalanmağı bizə nəsib edər, düşmənin şərrin özünə qaytarar, İmam Zamanın (ə.c) zühurunda tezləşdirər.