Allahın adı ilə.
Məbəs və Qədir-Xum bayramı bəşər aləmində iki birləşdirici və həlledici nöqtədir. Təəssüflər olsun ki, bu iki bayramın qədri və əzizliyi layiqincə qorunulmur.
Səy göstərmək lazımdır ki, peyğəmbərlərin sonuncusu həzrət Məhəmmədin (s) məbəs bayramı və Qədir-Xum bayramını təkcə müsəlmanlar arasında diqqət mərkəzində olmamalı, bəlkə dünya səviyyəsində qeyd edilməlidir.
Necə ki, həzrət İsanın miladı (Milad bayramı)-baxmayaraq ki, milad gününün təyinində xristianlar arasında ixtilaf mövcuddur-xristianlar tərəfindən dünya miqyasına çıxmışdır və hətta İslam ölkələrinin prezident və nazirləri xristianları milad münasibətilə təbrik edir və ya təbrik məktubu göndərirlər.
Belə olduqda, bizim həmin zəmində nöqsanımızın olduğu, səhlənkarlıq etdiyimiz birbaşa deyilməlidir. Hətta İranımızda da iki böyük bayram layiqincə qeyd edilmir və bu cəmiyyətimiz üçün xəsarət və nöqsandır. Şiə məmləkətində camaatın Novruz bayramını geniş və təntənəli keçirməsi, gündəlik planlarını dəyişməsi, işlərini bir neçə günlük tətil etməsi, Qədir-Xum bayramını isə bir neçə dəqiqədə xülasələşdirməsi eyib və nöqsan deyilmi?!