Bismillahir-rəhmanir-rəhim
Qalə Əliyyun (ə): “La təqsiru ovladəkum əla adabikum fə innəhum məxluqunə liğəyri zəmanikum”.
Həzrət Əli (ə) buyurur: “Övladlarınızı öz adət – ənənələrinizlə məhdudlaşdırmayın. Çünki onlar sizin zamanınızdan başqa zamanda yaradılmışlar”.
Uzun illər boyu cəmiyyətimiz anti dini və anti əxlaqi mədəniyyətlərin hücumuna məruz qalmış və bu batil təfəkkür və əqidələrin ağırlığını, təziqini hələ də cəmiyyət öz üzərində hiss etməkdədir. Əcnəbi anti dini mədəniyyət təbliğatçıları və aparıcıları bütün yaş dövrlərini və bütün ictimai təbəqələri əhatə edən hərtərəfli planlar həyata keçirirlər. Hətta azyaşlı uşaqlar bu fikri hücumlardan amanda olmayıb, olmayacaqlar.
Bütün bu problemlərlə, hücumlarla yanaşı səhnənin fikir müharibəsi aparacaq, dini və insanı dəyərləri müdafiə edəcək, bəzən də qeyri dini ocaqlara hücum edəcək elm və təqva ilə silahlanmış mübariz insanlardan boş görünməsi və ya belə insanların səhnədə çox az olması təəccüb doğuran haldır.
Bu zamanda az yaşlı uşağı evdə saxlamaq, zehnini idarə etmək çox çətindir. Bununla yanaşı nə vaxtsa evdən çıxıb cəmiyyətə daxil olacaqdır. Sosial şəbəkələrlə tanış olub, tam azad informasiyalarla çox sürətlə ötürülən, heç bir ciddi nəzarəti mümkün olmayan başqa bir dünyaya daxil olacaqdır.
İnqilablardan sonra hakimiyyətə gələn dövlətlər bəzən dörd yol ayrıcında nə etməliyik, keçiddə nə etməliyik, hicab barədə bu işi görməliyik, hicabsızlıqla və s. bu cür rəftar etməliyik kimi mövzularda ictimai fəsadlarla mübarizə və s. məzmunlu elanlar verirlər. Bütün bunlarla yanaşı xüsusi iş gördükləri müşahidə olunmur.
Hər hansı bir iş gördükləri zaman da ya həmin iş nəticəsiz qalır, ya da cüzi nəticəsi olur, əksər hallarda da mənfi nəticə verir. Belə işlərin səbəbini tapmaq əvəzinə nəticə axtarmağa başlayırıq. Nə qədər ki, səbəb mövcuddur, övladlarımız düzgün dini tərbiyə görməyiblər və ya qeyri-dini əxlaq metodu ilə tərbiyələniblər.
Elə bir formada ki, məsum övladlar ölkə sərhədləri daxilində düzgün tərbiyə almadıqları üçün, hətta din və məzhəb adından qaçmağa başlayırlar.
Zor, təziq və təhdid nəticə verəcəkmi? Düşmən Rza şah dövründə onun vasitəsilə qadınların başından hicabı zorla açmağa çalışırdılar, lakin bu çox az nəticə verdi.
Hətta bəzi qadınlar hicablarının hifzi üçün illərlə evdən çölə çıxmadılar. Niyə? Çünki, düşmən səbəbi aradan qaldıra bilməmişdi. Ona görə də növbəti mərhələdə mədəni yolu tutdular və tədrici formada yeni mədrəsələr təsis edib, məktəbləri isə bağladılar. Həmin mədrəsələrdə uşaqları istədikləri kimi tərbiyə etməyə başladılar. İslam mədəniyyətinin əvəzində Qərb mədəniyyətini yaymağa başladılar. İnqilabdan sonra da mühüm bir iş görə bilmədik.
Hazırki nəsli uşaq vaxtı tərbiyə edə bilmədik. Olmadı, etmədik və etmədilər… Bugün, mədrəsələrdə tərbiyə alan uşağın təklif həddinə və ya daha çox yaşa dolduqda dini mədəniyyətdən çox uzaq olduğunu görürük. İndi şallaqla insanları hicaba riaayət etməsinə çalışırıq!!! Övladlarımız uşaqlıq dövründə tərbiyə olsaydılar, qərb mədəniyyətindən heç vaxt təsirlənməzdilər.
Nəzərə gəlir ki, dini mədəniyyətin yayılması və etiqadların müdafiəsi üçün ilkin və son yolu ibtidai mədrəsələrdə və məktəbə qədər kurslarda fəaliyyət göstərməkdir. Yəni, düşmənin hədəfə aldığı nöqtədən başlamaq lazımdır. Hətta bağçaları da nəzarətdə saxlamaq lazımdır.
Ölkənin hər bir nöqtəsində hörmətli ruhanilər səfərbər olaraq, dərs günlərində həftədə bir dəfə mədrəsələrə gedib, uşaqlara və yeniyetmələrə din və etiqaddan dərs deməlidirlər. Həmçinin yay tətilində yaranan fürsət, uşaqların, yeniyetmələrin və gənclərin hər şeydən əvvəl dini təlimləri öyrənməsi, düşmənin fikri və etiqadi hücumlarına qarşı gəlməsi üçün onları məscidlərdə, hüseyniyyələrdə, dini məkanlarda toplamaq üçün gözəl zəmin yaradır.
Belə fəaliyyətlərin gözə çarpacaq dərəcədə təsirləri olacağı aydındır. İşin ən ümdə tərəfi mərkəz və mədrəsə böyüklərin öhdəsinə düşür. Lakin, başqaları əli – əlin üzərinə qoyub oturmamalıdırlar.
Hər kəs imkanı çərçivəsində bu yolda addım atmalıdır. Çünki, sözügedən mühüm iş, birgə və ümumi əzmin sayəsində bəhrə verəcəkdir. Biz də keçən dəvətimizdə qeyd etdiyimiz kimi, bu yolda səy göstərənlərin və addım atmaq istəyənlərin yardımına hazırıq.
“Vəssalamu ələykum və rahmatullahi və bərakətuh”.
Həzrət Ayətullah üzma Duzduzaninin ofisi
Telefonlar:
+982537834070 , +982537733973
Əlaqə vaxtları: 9:00 – 12:00, 16:00 – 20:00 arası
Faks :
+982537738877
E-poçt:
Duzduzani1@yahoo.com
Duzduzani.tabrizi@gmail.com
İran, Qum, Müəllim prospekti, küçə 11, m 37, poçt kodu: 37157-85959