Həzərt Ayətullahulüzma Duzduzaninin tərəfindən Şərqi Azərbaycanda zəlzələdən
zərər çəkənlərə 50 ev təhvil olundu.

Həzərt Ayətullahulüzma Duzduzaninin bürosunun ümumi əlaqələr bölümünün verdiyi məlumata görə son günlərdə həzrətlərinin tərəfindən ezam olunan nümayəndə heyəti şərqi Azərbaycanda zəlzələdən zərər çəkənlərə 50 mənzil təhvil vermişdir.

Şərqi Azərbaycanda acınacaqlı zəlzələ faciəsinin baş verməsi və onun nəticəsində neçə kəndin viran olmasının ardınca,ölkədə müxtəlif orqanlar və şəxsiyyətlər zəlzələyə məruz qalan məntəqələrə yardım etməyə təşəbbüs etdilər.Həzrət Ayətullahulüzma Duzduzani isə bir bank hesabı açıb,xeyirxah insanlara viran edilmiş evlərin yenidən qurulmasında iştiraka çağırış edərək ,təqribən 4 ay keçdikdən sonra, təkmil şəkildə viran qaldıqdan sonra yenidən bərpa edilmiş 50 evi yiyələrinə təhvil verəbilmişlər.

Bundan əlavə həmin zəlzələnin ardınca Həzərt Ayətullahulüzma Duzduzaninin göstərişi ilə və xeyirxah insanların iştiraki ilə ilk yardımları,geyim və ərzaqı daşıyan 200 yükmaşını zəlzələdən zərəçəkən məntəqələrə ezam olundu.

Həzərt Ayətullahulüzma Duzduzaninin tərəfindən ezam olunan heyət  bərpaedilmiş 50 evi yiyələrinə təhvil verdikdən sonra zərər çəkmiş məntəqələrə də baş çəkib,nağd və qeyri-nağd yardılarını ehtiyacı olanların ixtiyarına vermişdir.Xeyirxah insanların iştirakı və həmkarlığı ilə insan sevər yardımlar davam edir və o məntqə gənclərinin evlənmələri məsələsində də lazımı yardımların göstərilməsi barədə də müvafiq qərar verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
You need to agree with the terms to proceed

Menyu