Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizinin Mina hadisəsi münasibəti ilə bəyanatı
Mina hadisəsi və bu hadisədə Allah evi zəvvarından bir iddəsinin həyatını itirməsi o qədər kədərləndirici və acınacaqlı olmuşdur ki,bütün müsılmanları və İslam dünyasını əzadar etdi.
Əlbəttə ki bu hadisə və ustəgəl hacılardan bir iddəsinin həyatını itirməsi ilə sonuclanan Məscidülhəramda baş veərən hadisə Ali-Səudun tədbirsizliyi,səhlənkarlığı və ləyaqətsizliyinin göstəricisi olmuşdur.Bu sulalə son illərdə saysız zülmlər etmiş və cinayətlər törətmişdir və hazırda isə buna davam etməkdədir.
Təkfirçiliyi,Terrorizmi himayə və Yəmən kimi ölkələrdə müsəlmanları rəhmsizcəsinə qırıb-öldürmək bu azğınlıq və ləyaqətsizliyin bariz şahididir.Biz bu ili “Qəm və Kədər ” ili və “Amül-mehnə”ili adlandırsaq batil söz deməmişik. Biz bu kədərləndirici müsibətə görə Həzrəti Rəsul-i-Əkrəmə(s) Həzərt Məhdiyə(ə.f) və bütün müsəlmanlara başsağlığı veririk.
Ümid edirik ki,İslami ölkələrin rəhbərləri Həccin və Allah evi ziyarətinin idarəşiliyi haqqında düşünsünlər ki,İslam dünyası bir daha bu kimi hadisələrə şahid olmasın