Bismillahir-rəhmanir-rəhim.
Və ə`ləm innəkə məs`ulun əmma vəliyyətəhu min husnil-ədəbi
“Bilki, Allah səni vilayətində və ixtiyarında olan kəslərin gözəl ədəb sahibi olmaları barədə sual-cavab edəcəkdir”.
Bügünkü dünya informasiya və texnologiya dünyası adlandırıldı və biz elə bir əsrdə yaşayırıq ki, çanaqlı antenalar, internet kimi yeni informasiya texnologiyaları insan düşüncələrini hər an informasiya yağışına tutur. İnformasiya və texnologiya əsrində informasiya və xəbər köçürülmələrinin bir neçə saniyəyədək yüksəlmiş kəndlinin röyası reallığa çevrilmişdir.
Amma hər şeydən çox dəyən məqam, şeytani qüdrətlərin insan mənəviyyatı və imanına qarşı bu vasitələrdən faydalanmasıdır. Köhnə şübhələr yeni rəng və oyunlarla ortaya qoyulmuşdur, yeni şeytani vəsvəsələr planlaşdırılmış və sosial şəbəkələrə ötürülmüşdür.
Elmi və əxlaqi inkişafa zəmin yaradacaq alətlərdən fəsad, günah və vəsvəsələrin insanlara aşılanmasında istifadə edilir, o cümlədən şeytan sifət insanlar modernizmdən faydalanırlar! Bu qorxulu heyrətləndirici girdabda, hamıdan çox yeniyetmə və gənclər zərər görürlər. Etiqadları zəif olan əzizlərin, qorxunc şeytani təlim tufanları, şübhə, fəsad və günahlar qarşısında nə qədər tab gətirməsi məlum deyil.
Hələ qədimdən mömin və dindarlar şəhərlərdə, kəndlərdə qruplar, heyətlər təşkil edir, bununla da dini düşüncə və etiqadların tədrisinə zəmin yaradırdılar. Beləcə səhih və düzgün dini etiqadlar gələcək nəsillərə ötürülürdü. İllər öncə, İslam cəmiyyətinin fitri istedadları anti-dini mədəniyyətlərin və ateist nəzəriyyələrin xətərini hiss etdikləri zaman qrup və heyətlərdən əlavə dini mərkəz və təşkilatlar qurdular.
Belə təşkilat və mərkəzlər uşaqları, yeniyetmələri proqramlaşmış formada cəlb edir, ardıcıl onların dini tərbiyələri ilə məşğul olurdular. O cümlədən xeyriyyəçi və dindar insanlar həmkarlığı ilə təşkil edilən məclis və toplantılar Ayətullahul-üzma hacı şeyx Yədullah Duzduzani tərəfindən Təbriz şəhərində təşkil olunmuşdu ki, mindən çox uşaq və yeniyetmə orada elm və bilik öyrənirdi. Həmin toplantı və məclislər o zamanın müasir üslubu ilə təşkil olunur, yeddi yaşından yuxarı uşaqlar qəbul olunurdu.
Uşaq və yeniyetmələrin yaş və məlumat tutumuna münasib olaraq müxtəlif dini və ictimai mövzularda dərs deyilirdi. Daha çox uşağı cəlb etmək və onları tərbiyəsi ilə məşğul olmaqdan ötrü onların maraq və istəyinə uyğun xidmət göstərilirdi. Bu toplantılara oxşar məclislər “Mərkəz” adı altında müqəddəs Məşhəd şəhərində, “İslami təlimlər cəmiyyəti” adı altında isə Tehran şəhərində bəzi böyüklər tərəfindən təşkil edilirdi. Təəssüflər olsun ki, böyük İslam inqilabının zəfərindən sonra sözügedən mərkəz və məclislər azalmağa və nəticədə dağılmağa başladı. Əksər ailələr övladlarının tərbiyəsini mədrəsə, studiya və s. kimi rəsmi mərkəzlərə həvalə etdilər.
Ailələrin övlad tərbiyəsinə ciddiliyi azaldı və ya bu mühüm vəzifəsini tamamilə unutdular. Bir halda ki, inqilabın və təşkil olunmuş İslam hökümətinin müstəsna fürsətlərindən istifadə edilməli idi. Rəsmi mərkəzlərin diniləşməsini qənimət bilib dini tərbiyənin, dini mədəniyyətin güclənməsinə daha diqqət etmələri lazım olduğu halda bunu etmədilər.
Qəflətimiz –ailələrin– bir tərəfdən, xalqın islamlaşlamasını xətər sayan-düşmən hücumlarının şiddətlənməsi digər tərəfdən, əlavə olaraq bəzi şübhələr, bəzi mərkəzlərin düzgün və araşdırılmayan metodlardan istifadə etməsi bugün inqilabdan otuz il sonra belə bir cəmiyyətlə qarşılaşmağımıza səbəb oldu ki, müşahidə edirik. Günümüzdə Quran məclisləri təşkil olunursa, orada kimsə iştirak edirsə də bütün meyl və istəkləri yalnız Quranın hifzi və ya Allah kitabının xoş sədalarla tilavətidir.
Pak imamların, xüsusilə şəhidlər ağası İmam Hüseynin (ə) adına dini heyətlər təşkil olunursa, əksər vaxt, əksər iş məddahlığa, mərsiyə oxumağa ayrılır. Hərçənd hədd-hüduda riayət edilir, bunlar yaxşıdır, lakin hər şey demək deyildir. “Varis” ziyarətnaməsində şəhidlərin ağasına xitabən oxuyuruq:
(Əşhədu ənnəkə qəd əqəmtə əs-salətə və atəytə əz-zəkatə və əmərtə bil-mərufi və nəhəytə ənil-münkəri) , imam Hüseynin (ə) şəhadət və müsibəti qəbul etməkdə mühüm hədəfi Allahın dininin bərpası, müqəddəs şəriət qanunlarının yayılması və icrası üçün yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək olduğu məlum olur.
Günümüzdə İslam cəmiyyətinin mədəniyyəti “Xətər” və “Diqqət” sərhədini keçmişdir. İndiki və gələcək nəslin iman və etiqadları yoxluq astanasında qərarlaşmışdır. Dini etiqad və dəyərlərin müdafiəsi üçün çoxlu kollektiv səyə ehtiyac duyulur.
Cəmiyyətdə Ali-Məhəmmədin elminə ardıcıl müraciət və istinad edən, mərcəiyyətin nəzəri altında olan xalq hərəkatının və ümumi axınının yeri boş görünür. Bu əsasla həzrət Ayətullahul-üzma Duzduzaninin ofisi bütün elm və ədəb tələbində olanları, ziyalıları, din və məzhəbə can yandıranları, hansı geyimdə, hansı işdə olmasından asılı olmayaraq həmrəyliyə və həmkarlığa dəvət edir.
Dini heyətlərin, yeni nəslin tərbiyəsi üçün etiqad təlimləri məclislərinin şəhərlərdə, müxtəlif ərazi və məntəqələrdə – bidət və xurafatlardan uzaq – və yeniyetmə və gənclərin belə məclislərə cəzb olunması üçün üz-üzə dini təlimlərin təşkili, Allah dininə yardım etmək üçün dinə qəlb yandıran hər bir kəsin ilk addımları ola bilər ki, bu da Allah yolunda cihada bərabərdir.
Ayətullah Duzduzaninin ofisi bacardığı qədər belə fəaliyyətlərə dəstək olmağa çalışacaqdır. Dəftər, müşavirə, bacarıqlı mübəlliğlərin ezamiyyəti, münasib dini və məzhəbi kitabların köçürülməsi və maddi köməklər kimi müxtəlif xidmətlər göstərmək üçün hazır olduğunu elan edir.
Bütün elm və ədəb tələbində olanları, elm adamlarını, mübəlliğ və müəllifləri, xeyriyyəçi möminləri və bu sahədə fəaliyyət göstərmək istəyən hər kəsi həmkarlığa və yol yoldaşı olmağa çağırırıq;
Ayətullah üzma Duzduzaninin ofisi
Telefonlar:
+982537834070 , +982537733973
Əlaqə vaxtları: 9:00 – 12:00, 16:00 – 20:00 arası
Faks :
+982537738877
E-poçt:
Duzduzani1@yahoo.com
Duzduzani.tabrizi@gmail.com
İran, Qum, Müəllim prospekti, küçə 11, m 37, poçt kodu: 37157-85959