bəhreyn şiələrinin qətliamı

Hüseyni (ə) nişanələrin bərpası və onlara ehtiram göstərilməsi

Hüseyni (ə) “şəair”lərin bərpası və möhtərəm tutulması hər bir müsəlmanın vəzifəsidir.

Qurani – Kərimdə deyilir: “və mən yuəzzim şəairəllahi fə innəha min təqvəl – qulubi”

“Kim Allahın nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur” . 

Müqəddimə üçün deyilməlidir ki, İslam dini daxili və xarici yönə malikdir. Daxili yönü etiqadlar, dinin qanun və hökmlərinə təslim olmaq, xarici yönü isə şəair (nişanələr) adlanır. “Şəair”, hər zaman Allahı xatırladan, ilahi əlamət və nişanələrə deyilir.

İlahi nişanələri əzəmətli saymaq və onlara ehtiram göstərmək Allah tərəfindən təyin edilən, yerinə yetirilməli vəzifələrdəndir.

Deyilənlərdən məlum olur ki, İmam Hüseynin (ə) və gördüklərinin xatirəsi Allahın böyük nişanələrindəndir və təqvalı insan bunlara təzim etməlidir. Təzim isə əzadarlıqların keçirməklə, o həzrətin fəzilət və üstünlüklərini bəyan, qiyamının – zülmü və zalımı məhv etmək, yaxşılıqlara dəvət, namazı bərpa etmək, kimi – səbəblərini şərh etməklə olmalıdır.

Allahın Rəsulu (s) buyurmuşdur: “Hüseyn məndən, mən də Hüseyndənəm”. Yəni, İslam dininin ibtidası, dinin başlanğıcı Allahın Peyğəmbərindəndir (s) və İslamın bəqası və onda yaranan azğınlıqların qarşısının alınması isə İmam Hüseynin (ə) qiyamı və şəhadəti ilədir. İmam Hüseyn (ə) İslamı yenidən dirçəltdi, qurumuş kökünü təzə qanla sulayaraq onu əvvəlki vəziyyətinə qaytardı.

Həqiqətdə, İslamın ibtida və bəqasını iki hicrətdə; Peyğəmbərin (s) Məkkədən Mədinəyə və şəhidlər ağası İmam Hüseynin (ə) Mədinədən Məkkəyə, sonra da Kərbəlaya hicrətində görmək lazımdır.

Müsəlmanlar diqqət etməlidirlər ki, nişanələri əzəmətli saymaq, onları yaşatmaq təkcə səs – küy salmaqla deyil. Bəlkə İmam Hüseynin (ə) yolunu getməklədir.

İlk mərhələdə əzadarlar namazın bərpasına, zülmlə mübarizəyə, başqalarına qarşı zalım olmamada və – şəri hüquqlara riayət, səxavətlilik, yaxşılıqlara dəvət, pisliklərdən çəkinmək kimi – öz ictimai vəzifələrinə əməldə diqqətli olmalı və bu sahələrdə səy göstərməlidirlər. Xülasə desək, həmin yol və süluk, İmam Hüseynin (ə) yolu, süluku və metodudur.

Mən birbaşa deyirəm, İmam Hüseynin (ə) qiyamı, o, həzrətin Yezidə beyət etməməsi, və yoldaşları ilə şəhadətə yetməsini və həmçinin ailəsinin əsirliyini, şəhər – şəhər gəzdirilib Kərbəladan Şama dolandırılmasını qəbul etməsinin dəlili, hadisədən əsrlər sonra oyaq insanların agah surətdə həzrətin əməlindən təsirlənib düzgün həyat yolunu, haqq məzhəbi seçmələridir.

İmam Hüseynin (ə) gördüyü işlər hər mümkün olan surətdə bəyan olunmalı, yaşadılmalı və hər keçən gün onların dirçəldilməsinə, əziz tutulmasına çalışılmalıdır.

Sonda, iki mövzuya toxunmağı zəruri hesab edirəm:

Birincisi, alimlər, böyüklər və din təbliğatçıları gənclərimizə mənfi təbliğatları tanıtdırmaqla yanaşı onların belə şeylərdən çəkindirməlidir ki, İmam Hüseyn (ə), atası həzrət Əli (ə) və digər imamlar kimi hidayət çırağı, və bələdçi rəhbərlərə sahib olduqları halda nəbada dində süst olalar və ya bünövrəsi, əsası olmayan digər məzhəblərə könül verir, üz döndərələr.

Aqil insan əqlani və bünövrəsi olmayan – Əfqanıstanda, İraqda, Pakistanda və s. vəhşilik törədən, əlləri dirsəyədək şiə qanına bulaşan – vəhabiyyət kimi məzhəbə meyl salarmı?! Onlar həqiqətdə, həzrət İmam Hüseynin (ə) qatillərinin qalığı, Kərbəla qatillərinin ardıcıllarıdırlar.

Aqil insan, İmam Hüseyn (ə) kimi rəhbəri olduğu halda Əbdül-Bəhai kimi – küfr dövlətlərinin dəstəyi və vəsvəsəsi sayəsində din yaradan – şəxsə doğru yönələrmi və ya öz etiqadlarında süst olarmı?

Əlbəttə, İmam Hüseyni (ə) və onun şəxsiyyətini dərk edən insanlar, heç vaxt onların gümanına uymaz, o həzrətin haqq yolundan sağa, sola sapmazlar.

İkincisi, moizəçilərə, din təbliğatçılarına din və cəmiyyətin dərdini dərk etmələrini, o sahədə söz demələrini, şübhələrə cavablandırarkən ismət və təharət sahibi Əhli – beytin (ə) maarifinə əsaslanmalarını, təkcə öncədən hazırlanmış mövzularla kifayətlənməmələrini onlara tövsiyə edirəm.

Mövlamız, həzrət Əmirəl – möminin Əli (ə) həzrət Rəsullullahi (s) tanıtdırarkən buyurur: “Təbibun dəvvarun bitibbihi qəd əhkəmə mərahiməhu və əhma məvasiməhu yəzə`u min zəlikə heysul hacəti ileyhi”.

Yəni, həzrət fərdlərin və cəmiyyətin maddi və mənəvi problemlərindən ötrü, hər kəsin halına münasib nüsxə yazar və ya yol göstərərdi.

Sonda, Mütəal Allahdan İmam Zamanın (ə.c) zühurunun tezliyini Mütəal Allahdan diləyir, bizi şəhidlər ağası İmam Hüseynin (ə) həqiqi şiələrindən qərar verməsini Ondan istəyirəm.

“Vəssalamu əleykum və rahmətullahi və bərakətuh”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
You need to agree with the terms to proceed

Menyu