Ayətullah üzma Duzduzaninin Azərbaycanda baş vermiş ürəkağrıdan zəlzələ ilə bağlı mesajı
“Bismillahir-rəhmanir-rəhim.
Vələnəbluvənnəkum bi şeyin minəl-xəvfi vəl-cui və nəqsin minəl-əmvali vəl-ənfusi vəs-səmərati və bəşşiris-sabirinə əlləzinə iza əsabəthum musibətən qalu inna lillahi və inna iləyhi raciun”
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.” (“Bəqərə” 155-156)
Övladlarım Azərbaycan ərazisində əzizlərimizin aradan getməsinə, xəsarətə yolaçan ürəkağrıdıcı zəlzələ hadisəsi ilə əlaqədar sizə, xüsusilə zərərçəkən həmvətənlərimizə başsağlığı verir, Mütəal Allahdan zərərçəkənlərə səbr, dözüm və xeyir diləyirəm. Bütün möminlərin, xüsusilə Azərbaycanın qeyrətli xalqının zərərçəkənlərə kömək və dəstək olmaqla onların dərd-qəmlərinin azalmasında səy göstərəcəklərinə ümid edirəm.
Vəssalamu ələykum və rahmətullahi və bərakətuh.
Yədullah Duzduzani
Ramazan ayı 1433 h.q.-
22 mordad 1391 ci il h. ş.
2012-8-12