Azərbaycan tələbələrinin Ayətullahul-üzma Duzduzani Təbrizi ilə görüşü

Qəmli və kədərli məhərrəm ayının yaxınlaşması ilə əlaqədar Azərbaycan tələbələri Ayətullahul-uzma hacı Yadulla Duzduzani Təbrizi ilə görüş keçiriblər və o böyük şəxsiyyətin dəyərli nəsihətlərini dinləyiblər.

 Ayətullahul-uzma hacı Yadulla Duzduzani Təbrizi cənabları tələbələri salamladıqdan sonra o diyarın keçmiş alim, ruhani, tələbə və möminlərinin din yolunda zəhmətlərini qiymətləndirdi. Sözünün davamında qeyd etdi tələbələr ixtilaflı və parçalanma yaradan bütün işlərdən uzaq olsunlar və hamını birliyə dəvət etsinlər.

Ayətullahul-uzma hacı Yadulla Duzduzani Təbrizi cənabları həzrət Əlinin (ə) həzrət Peyğmbər haqda dediyi bir kəlamına istinad etməklə sözünə belə davam etdi.

(Həzrət Peyğəmbər (s) ) Öz tibbi və müalicəsilə (ölüm saçan xəstəliklərə və cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə gəzən (ruhani) bir təbibdir. (Nəhcül-bəlağə, ۱۰۸-ci xütbə).

Həkim hər xəstəyə uyğun dərman verdiyi kimi həzrət Peyğəmbər (s) hər yerə gedərdisə oraya uyğun söhbət edərdi. Tələbələr gərək həzrət Peyğəmbər və onun vəsilərindən(ə) nümunə götürsün bir həkim kimi həməşə xəstələrə uyğun dərmanlar yanında gəzdirdiyi kimi tələbələrdə insanların mənəviyyətinə uyğun moizə və söhbətlər etsinlər.

Görüşün əvvəlində Azərbaycan tələbələrindən biri Ayətullahul-uzma hacı Yadulla Duzduzani Təbrizi cənablarına öz dəyərli vaxtın tələbələrin ixtiyarında qoyduğu üçün bütün tələbələrin adından öz təşəkkür və minnətdarlığını bildirdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
You need to agree with the terms to proceed

Menyu