Ayətullahul-üzma Duzduzani Təbrizinin Zərdüşt haqqında fikiri
Zərdüşt haqqında Həzərt Ayətullahulüzma Duzduzaniyə verilən suala cavabda,həzrətlərini bu haqda mövqeini belə yazmışlar:
Əvəla diqqət etmək lazımdır ki,tədqiqlərə görə Zərdüşt peyğəmbər deyimiş və bəzilərinin “Məcus”un həmən Zərdüşt olmasını qələmə vermələri və bunları vahid bir şəx bildirmələri doğru deyil.Rivayət və tarixlərdə deyilir ki Məcusilərin bir peyğəmbəri olmuşdur ki, onu qətlə yetirdilər və hətta kitabını da belə yandırdılar.Sonralar Məcusun təbliğatçısı olan Zərdüşt adında bir nəfər “Avesta” adlı bir kitab yazıb,peyğəmbərlik iddiası etmişdir.Əlbəttə aydındır ki ,Zərdüştün Məcusla tətbiqində daha çox möbidlər səy etmişlər ki bu yolla Zərdüşt dini İslam baxəmından rəsmən tanınsın.
İkinci olaraq,Zərdüştün peyğəmbər olduğunu qəbul etsək də belə,konstitusiyada nəzərdə tutulduğu kimi, zərdüştilər “zimmilər” sırasından olaraq sərbəst həyat haqqına malkidirlər,lakin İslam fiqhində aydın şəkildə məlum olduğu kimi zimmilər öz dinini təbliğ etməməli və övladını da bu dini qəbul etməyə məcbur etməməlidir.Belədirsə onlar İslami təbliğlər qarşısında və əmr be məruf və nəhy əz münkər qarşısında ayaqa qalxaraq Şiə ölkəsində İslam fiqhinin xilafına olaraq müqabilə və qeyri-qanuni tədbirə təşəbbüs etməyə haqlı deyillər.Sonda İslam həqiqtlərinin aşkar edilməsi üçün İslam məarifinin genişlənməsi uğrunda qələmilə ya qədəmilə çalışanlara təşəkkür edir və Allah-Taladan İslama daha çox xidmət göstərmək tövfiqini diləyirəm.