Ayətullah Duzduzani Təbrizinin son hadisələrlə bağlı təəssüf etməsi və İmam Zamana müraciəti
Həzrət Ayətullah Duzduzani Təbrizi 21 oktyabr 2023-ci il Qum şəhərində fiqh dərsinin əvvəlində İslam dünyasında baş verən son hadisələrlə bağlı dedi:
Son iki həftədə baş verən hadisələr qəlbimzdə qəm-qüssə yaradıb, bu hadisələr hər bir insanın, xüsusən də hər bir müsəlmanın və möminin qəlbini yandırır.
Bizi narahat edən hadisələrdən biri Əfqanıstanda baş verən zəlzələdır. Əfqanıstan da, hər cəhətdən zəif bir ölkədir, bu zəlzələlərdə minlərlə insan həlak olub. Digər hadisə Əfqanıstanın məzlum şiələrinin məscidlərində ard-arda törədilən partlayışlardır ki, bu son partlayışlarda təəssüf ki, onlarla insan həlak olub.
İlahi, Peyğəmbərimiz vəfat etməsindən və vəlimizin qeybdə olmasından biz sənə şikayət edirik.
Allah dünyanın İmam Zamanın (ə) sülh bayrağı altında olacağı günü nəsib etsin və biz də o zaman olaq, əlbəttə bilmirəm o zamanı görəcəyik ya yox?!
Bu görkəmli fəqih sözünü belə davam etdi:
Üçüncü məsələ Qəzza və Fələstin məsələsidir. İnsan uşaqların, qadınların, kişilərin vəziyyətini, bu ölümləri görəndə çaş-baş qalır. Dünyanın müxtəlif yerlərindən toplanan quduz itlər məscidlərə, kilsələrə, xəstəxanalara və digər yerlərə raketlər və bombalar atırlar! Bəşəriyyətin bu vəziyyətinə 21-ci əsrdə təəssüflənməmək olarmı?! Onlardan insanlıq nəsə görünürmü?! İnsanlığın mahiyyətini başa düşürlərmi?
Yəhudilər Quranda xatırlanır:
لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودَ
Görəcəksən ki, iman gətirənlərə ən çox düşmən olan insanlar, yəhudilərdir. Bu gün də özlərini göstərirlər, bu kədər və qəmlə başqa söz demək mümkün deyil.
Biz bu gün İmam Zamanı (ə) çağırmalıyıq. Ey zamanın İmamı, öz lütfünlə, ümumi müsəlmanlara və xüsusi ilə şiələrə nəzər sal.