Türkiydən olan Ərbeyin zəvvarı ilə görüşdə
Son vaxtlarda Türkiydən olan Hüseyn (ə) Ərbeyini zəvvarından bir qrupu Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizinin qəbulunda olublar.
Aliməqam mərcəi təqlid bu görüşdə yenicə Ərbeyin ziyarətindən dönmüş türkiyəli möminlərə xoşgəldin deyib,buyurdular:Bugün Ərbeyin ziyarəti Şiənin ən mühüm şuarı olmuşdur və şiələr diqqət etməlidirlər ki,bu şuar zəiflənməsin və böyük Ərbeyin qəhrəmanlığı zərbəyə məruz qalmasın.
Həzrətləri çıxışının davamınd belə dedilər:Şuur(idrak) olmadan şuarın səmərəsi olmaz və şuar əməl və təfəkkürlə birgə olmalıdır və bu şuar əmələ müqəddimədir.
Çıxışın sonunda Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizi Türkiyədə yaşayan şiələrin ağır vəzifələrinə işarə edərək onların tövfiqini arzu etdilər.
Mərasimin sonunda Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizinin imamətilə zöhr və əsr namazı qılındı







