Ayətullahul-üzma Yədullah Duzduzani Təbrizinin Bəhreyndə öldürülən şiələr və Novruz bayramı ilə bağlı bəyanatı
Həzrət Ayətullahul-üzma hacı Yədullah Duzduzani çərşənbə günü,2011٫3٫16 – cu il tarixdə, fiqhin xaric dərsində Səudiyyə Ərəbistanı və BƏƏ – nin Bəhreynin məzlum və müsəlman xalqına qarşı attıqları vəhşi addımları qınayarkən aşağıdakı mövzuları bəyan etmişdir:
İmam Sadiqdən (ə) nəql edilən bir rəvayətdə deyilir: “Şiələrimiz bizim şadlığımızla şadlanar, bizim qəmimizlə qəmli və kədərli olarlar” .
Ayətullah Duzduzani fərəhə belə açıqlama verir: Fərəhin iki mənası var; biri adi şadlıq və şənlik, digəri isə həddən artıq şadlıq deməkdir ki, “ləhv və ləib”-lə nəticələnir. İkinci məna İslam dininə görə haram və qadağandır. Şəxs ata-anasının evinə daxil olub onları sağ-salamat gördükdə şad olur. Əksinə, onları xəstə, kədərli, narahat gördükdə isə kədərlənir. Məsumların viladət və şəhadətlərində də şadlıq və kədər bu mənada, yən birinci mənada olmalıdır. Daha da açıqlamaq istəsək, o həzrətlər bizim mövlamız, ağamızdırlar və hər hansı bir nemətə və ya nemətlərə sahib olmağımız onların bərəkəti sayəsindədir.
On yeddi, on səkkiz yaşlarımda Qum şəhərinə səfər etdim. O, vaxtlar qədim bayramı təbriki ilə əlaqədar təbrik kartları mövcud idi. Mən, o kartlardan istifadə etmir və heç kimə təbrik kartı göndərmirdim. Çünki, qədim bayram nə deməkdir?! Qədim bayram İslam bayramı deyil. Bir neçə gün bayrama xatir tətil edir və həmin günlərdə şənlik keçiririk. Halbuki bu bayramın İslamla heç bir əlaqəsi, dini və məzhəbi açıqlaması yoxdur.
Şadlıq və şənliyimizi dünyaya elə çatdırmamalıyıq ki, şiənin dərdini unutduğumuz təsəvvürü yaransın. Təəssüflər olsun ki, mediyalarımız misal üçün, “vəhdət həftəsi”, “Qədir-Xum” kimi İslam bayramlarında İslam hökmlərini tapdalayaraq dəf, nağara, saz və s. musiqi alətləri ilə insanları özlərinə məşğul edirlər. Günümüzdə cəmiyyətimizdə yayılan bəzi işlərdən insan xəcalət çəkir.
Muəlli bin Xənisinin Novruz bayramı ilə bağlı nəql etdiyi hədis də sənəd baxımından zəifdir. İstinad baxımından digər hədislərlə, o cümlədən İmam Musa Kazimdən (ə) nəql edilən hədislə ziddiyyət təşkil edir. İmam (ə) buyurur:
“Əcdadımın belə bir bayram keçirdiyi haqda əlamət yoxdur”. Muəllinin nəql etdiyi hədisi müsbət yozmaq istəsək, nəhayətən deyə bilərik ki, imam “sileyi-rəhm”ə , bir-birini yoxlamağa, dua etməyə və s. İşlərə əmr etməklə bayrama dini və ibadi cəhət vermək istəmişdir.
Təəssüflər olsun ki, hər il mədəniyyət işçiləri yeni absurt işlərlə bayramı əzəmətli göstərməyə çalışırlar. Keçən il bayramı region səviyyəsində qeyd etdilər.
Türkiyədə, Orta Asiya ölkələrində külli miqdarda pul xərcləyərək müxtəlif mərasimlər keçirdilər. Niyə bu işləri görürlər? Niyə “beytül-malı” belə hədər yollara xərcləyirlər?
Deyilməli söz, deyilməlidir. Bu il də bayrama xatir vaxtlarını bir neçə təlxəyə sərf etdilər və Baba Novruz adlı təlxəyi ortaya çıxartdılar. Bu nə deməkdir?! Həqiqətən, belə işlər şiə və İslam məmləkətinin şənində (səviyyəsində) deyildir.
Qırx il öncə, sabiq hökümətin keçirdiyi bayramı, qədim Novruz və yalançı bayramlar adlandıran və rədd edən biz deyidikmi? İndi nə baş verdi ki, olanları unutduq?!
Bütün bunları keçsək, dünyanın müxtəlif yerlərində xüsusilə Bəhreyndə şiələrin qəddarlıqla öldürüldüyünü görmürükmü? Əzab, qəm-qüssə və kədərlərini müşahidə etmirikmi? Onların yaşamağa və həyat sürməyə haqqı yoxdurmu? Şiəliyin hədd-hüdudu vardırmı?!
Mədəniyyətimizdə Adəm övladları bir bədənin orqanları kimidir şüarı yoxdurmu?
“Allahummə inna nəşku iləykə fəqdə nəbiyyəna və ğeybətə vəliyyina….”
Dünyanın hər hansı nöqtəsində olan, yer kürəsində yaşayan, hər bir müsəlman qardaş və eyni dərdə malikdirlər. Bura, ora fərq qoymadan bir – birimizin kədərinə şərik olmalıyıq.
Ümidvaram Allah-təala bizə vəzifələrimizi tanıtdıracaq və şiələri başı uca edəcəkdir. Dünya şiələrinin çətinliklərinin asan olması üçün dua edin!
“Vəssalamu ələykum və rahmətullahi və bərakətuh.