Qərbi Azərbayacan və Pakdəştdən olan tələbə bacı və qardaşların
Ayətullahul-uzma Duzduzani ilə görüşü
Dünən bir dəstə qərbi Azərbaycandan olan qız tələbələr Ayətullahul-uzma Duzduzani Təbrizi cənabları ilə görüşmüşlər. O, öz sözlərinə bu hədis ilə başladı. İmam Sadiq (ə) buyurur:
Hər şəxs Allah üçün öyrənsə, Allah üçün əməl etsə və Allah üçün öyrətsə göylərdə böyük sayılar. Hədisin izahında qeyd etdi bəşəriyyətin səadəti Quranın və Əhli-beytin dediyinə əsasən dinin göstərişlərinə əməl etməkdə və ona iman bəsləməkdədir, bunun üçündə bütün əməllər Allah üçün olmalıdır. Sözünün davamında qeyd etdi əməl etmək elmdən üstündür. Elm əməl etmək üçündür. Digər sözlə desək elm öyrənmək əməl etməyin müqəddiməsidir.
Alimin vəzifəsi digərlərinə öyrətmək, digərlərinin əlindən tutmaq və dini təbliğ etməkdir. O sözlərinin sonunda hicablı xanımları cəmiyyətdə insanları yaxşı işlərə dəvət edib və fis işlərdən çəkindirməyə tövsiyə etdi. Dinin vacib əməllərindən biri də hicabdır həm hır bir qadın gərək hicabına kamil şəkildə riayət edib və digər xanımlarıda bu işə dəvət etsinlər. Çünki bu günlər cəmiyytdə hicaba az əhəmiyyət verildiyini görürük. Hicab ruhun qidasıdır.
Pakdəşt şəhərindən olan tələbələrin görüşü
Pakdəşt şəhərindən olan tələbələrin görüşləri Ayətullahul-uzma Duzduzani Təbrizi cənabları ilə O cənabın dəftərxanasında oldu. O, həzrət Peyğəmbərdən (s) olan bir hədsə istinad edərək buyurdu: Hər bir şəxsin dünya və axirətinin xeyirli olması üç şeydədir.
۱-İslam dininin hökmlərini tanımaq. 2-Təqvalı olub dünyaya əhəmiyyət verməmək. 3-Öz eyiblərini düzəlmək və digərlərində eyb axtarmamaq. Ayətullahul-uzma Duzduzani Təbrizi cənabları təqvalı olmaq haqda dedi təqvalı olmaq ac qalmaq bəzi işlər görmək demək deyil. Təqvalı olmaq yəni hər bir işi Allah üçün görməkdir.