DİNİ TƏBLİĞLƏRİ
Müqəddəs kitabımız Qurani-kərim fəqihlərin və dini alimlərin vəzifələrindən birini də insanları Allahın əzabından qorxudub və Allah-taalanın dinini onlara çatdırmağı bildirir.
فَلَوْلاَ نَفَرَ مِن کُلِّ فِرْقَهٍ مِّنْهُمْ طَآئِفَهٌ لِّیَتَفَقَّهُواْ فِی الدِّینِ وَلِیُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَیْهِمْ لَعَلَّهُمْ یَحْذَرُونَ
Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər![1]
Bu ayə bütün alimlərin vəzifəsini təyin edib. Bu vəzifə də insanların öhdələrində onan təkliflərini onlara öyrətməkdir.
Ayətullahül-üzma Duzduzani Təbrizi cənabları öz vəzifəsinə əməl etmək üçün tələbəliyinin ilk dövrlərindən dini təbliğ etməyə başlamışdır. Uzun illər ramazan, məhərrəm və səfər aylarında öz gözəl söhbətləri ilə Əhli-beyt (ələyhimus-səlam) aşiqlərini feyzə çatdırırdı. Hətta mərcəiyyət məqamına çatandan sonra da bu vəzifəsinə əml edir.
Qeyd etdiyimiz aylardan başqa vaxtlarda mərcəiyyət məqamına çatmazdan qabaq neçə il ardıcıl isti və soyuq havalarda, tədris və təbliğ etmək üçün müxtəlif məntəqələrə gedərdi.
[1] Tövbə surəsi, ayə122٫
İCTİMAİ VƏ DİNİ XİDMƏTLƏRİ
Ayətullahül-üzma Duzduzani Təbrizinin tədrisi və dini qanunlarının təbliği Qum, Tehran, Kərəc və Təbriz şəhərlərində olmuşdur, bundan əlavə çox faydalı dini və ictimai xidmətləri də olmuşdur onlardan bir neçəsini aşağıda qeyd edirik.
1-Tehran şəhəri Ceyhun praspektində yerləşən Cavadul-Əimmə (ə) adına məscidi tikdirmişdir.
2-Təbriz şəhərində 450 illik tarixi olan 63 sütunlu məscidi tam təmir etdirmişdir və hal-hazırda bu məscid Təbriz şəhərində möminlərin ibadət üçün toplaşdığı məscidlərindən biridir.
3-Ruhanilərin təbliğ məqsədi ilə müxtəlif məntəqələrə göndərilməsi: Ayətullahül-üzma Duzduzani Təbrizi miladi tarixi ilə 1971-1978-ci illər arasında mübəlliğləri 500-dən çox kənd və şəhərə təbliğ və tədris məqsədi ilə göndərmişdir. Mübəlliğlərə göstəriş verib ki, insanları bidət və əqidə çaşqınlığından agah etsinlər, dini hökmləri onlara tədris etsinlər, eyni zamanda mübəlliğlərlə şərt etmiş ki, şəhər və kənd əhalisindən təbliğ haqqı almasınlar. Onların bütün təbliğ haqqlarını öz öhdəsinə götürmüşdür. Bu cür təbliğlər layiqli nəticəyə səbəb olmuşdur və bu kimi təbliğ proqramları başqa şəhərlərdə də məsələn; Xürrəmabad, Həştrud və Reydə icra olunmuşdur.
4-Yolunu azmışlarla mübarizə: Diqqətinizə çatdıraq ki, insanları haqq əqidə və düşüncədən azdırmaq məqsədi ilə yayılmış qruplar məsələn: vəhabilik, sufilik, bəhaiyyət və bu kimi qruplarla mübarizə məqsədi ilə miladi tarixi ilə 1977-ci ildən eytibarən Ayətullahül-üzma Duzduzani Təbrizi, Höccətul-islam Davud İlhami, Höccətul-islam hacı şeyx Məhəmməd Mərdaninin rəhbərliyi ilə təşkil olunmuş “İslamda Qadağa Edilmiş Əqidələrlə Mübarizə” adı altında təşkilat öz fəaliyyətinə başladı. Bu təşkilatın gördüyü fəaliyyətlərdən biri bu cür əqidələrin batinini ifşa edən kitabçaları və bu kimi proşuraları nəşr edib cəmiyyət arasında paylanılması olmuşdur. Bu kimi təbliğlərlə ölkənin daxilində və xaricində insanlara təmənnasız olaraq xidmət göstərilmişdir. O kitablardan bir neçəsinin adlarını sizin diqqətinizə çatdırırıq:
1٫Sufilik pak olan İmamların (ələyhimus-səlam) nəzərində.
2٫Şiələrin arasında sufiliyin yaranması.
3٫Nemətullah və Gunabadi firqələri.
4٫Zəhəbiyyə, Uveysiyyə və Xaksariyyə firqələri.
5٫Əliyullah (Əli allahilər) fırqəsinə kiçik bir baxış.
6٫Vəhabilik əqidəsinin iki istiqaməti.
7٫Bəhaiyyət sufilikdən yaranmışdır. Həmçinin təşkilat bu istiqamətdə ehtiyac olan kitabları alıb insanların istifadəsinə vermişdir.
5-Dini mərasimlərin təşkil olunması: O həzrət təbliğ məğsədi ilə dini mərasimlər keçirdərdi və bu məclisin iştirakçıları çavan və yaşli nəsildən ibarat idi. Bu kimi mərasimlər yeni üsulla təşkil olunaraq iki hissəyə bölünərdi, birinci hissə yeniyetmələrlə və ikinci hissə isə yaşli nəsillə keçirilirdi, bu cür mərasimlərdən bir neçəsini sizin nəzərinizə çatdiririq.
1٫Miladi tarixi ilə 1974-çi ildə Təbriz şəhərində “Həzrəti Əli (ə) məktəbi” adi altinda təşkil olunmuş həftəlik mərasim, bu kimi mərasimlərdən biri idi. Amma bu mərasimlərin xüsusiyyəti bundan ibarət idi ki, mərasimlər böyük zallarda keçirilmiş və iştirakçilar əsasən universitet müəllimləri, tələbələri və ziyalı təbəqədən təşkil olunurdu.
2٫Dini təlim-tərbiyə və maarifləndirmə məqsədi ilə Təbriz şəhrinin məscidlərində səkkiz və on iki yaşli uşaqlar və yeni yetmələrdən ibarət olan həftəlik məclislər təşkil olunurdu. Bu məclislər ruhanilər, tacirlər və ziyalı təbəqəsinin təşəbbüsü nəticəsində min nəfərə yaxın yeniyetmələrin Quran dərsi, dini hökümlər, əqidə məsələləri və dini surudların öyrənilməsinə şərait yaradıldı.