Ayətullah üzma Duzduzaninin Peyğəmbərin (s) mövludu münasibətilə bağlı çıxışının mətni
“Bismillahir Rəhmanir Rəhim və bihi nəstəin və səlləllahu əla Muhəmmədin və Alihit – tahirin”. Məsumların viladət və şəhadətləri özü – özülüyündə İslam şüarıdır. Onlara əza məclisi saxlamaq həzrətləri xatırlamaq sayılır. Eləcə də viladətlərində və buna bənzər hadisələrdə məclislər təşkil etmək onların məqam və cəllallarını yada salmaqdır.
İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə deyilir: “Bizim fərəhimizə və qəmimizə şərik olun”. Hədisin xəbər məqamında olmasına baxmayaraq şiənin xüsusiyyətini ortaya qoyur, yəni şiələr bu xüsusiyyətə malikdir. Bir şiə imamların viladət günü olduğunu və ya buna oxşar münasibətin baş verdiyini eşitdikdə istər – istəməz şad gün olduğu üçün o da şadlanır.
Şadlığın nə olduğunu deməyə lüzum görmürəm. Şadlığın mənası onun qəlbdə olmasıdır, ya şirini paylayıb və süfrə başına toplaşmaqdır, ya da müstəhəb zikr və şeir deməklə olmasıdır, daha artıq desək, toy məclisi kimi məclis qurulmasıdır? Əsla və heç vaxt! Şadlığın mənasının bunlar olduğunu demək düzgün deyil.
Fərəhin mənasına diqqət etsək onun qəlb üçün olduğu məlum olur. Qəm – qüssə də qəlbə aiddir. Nəhayətən insan bir miqdar hisslərini biruzə verə bilər. Məsumların şəninə, məqamına, adına layiq olmayan işlərin həyata keçirilməsi, güman edirəm qeyd olunan hədisdən çıxarıla bilməz. O ki, qaldı bəzi nadanlar kimi deyək:
“Filan gün qələm götürülmüşdür!!!” Dəlilər üçün bəli!!! Körpələr üçün bəli!!! Bunlardan qələm götürülmüşdür!!! Mükəlləflər üçün təklif mövcuddur və onlar üçün bu iddianı etmək İslamla düz gəlmir. İslam dini bəşərin tərbiyəsi və təkamülə çatması üçün gəlmişdir. Həzrət Məhəmməd (s) buyurur: “Gözəl əxlaqları tamamlamaq (kamala çatdırmaq) üçün seçilmişəm”.
Deməli, bir məclisə toplaşıb Rəsuli-Əkrəmin (s) seçilməsi hədəfinin əleyhinə addım atmağımız mənasızdır. Etdiyimiz hər bir iş İslam dini çərçivəsində olmalıdır.
Nəzərdə tutduğum mövzu Peyğəmbərin (s) mövludu günü astanasında olmağımızdır. Həmin gün biz şiələrin, bəlkə bütün müsəlmanların şad günüdür. Bu günün proqramlarından biri şadlıqdan əlavə məsumlar üçün daha əhəmiyyətli sayılan, vilayətə köklənən, – rəvayətdə deyildiyi kimi, “Əhyu əmrina” Əmrimizi (sünnəmizi) dirildin! – risalətin dirçəldilməsi məsələsidir.
Təəssüflər olsun, mən demirəm yox dərəcəsindədir, bir şeylər gözə dəyir lakin xəcalət vericidir. Bu günlərdə bəzi mediya və tele kanallara baxdığınız zaman, (orada göstərilənlərə görə) hamınızın xəcalət çəkdiyinizi güman edirəm. Dəf, təbil, barabanla Peyğəmbərin (s) viladətini qarşılayırlar? Bu nə deməkdir? O həzrətin məqamından utanmırlar? Rəqs, avaz və təbil – baraban nümayiş etdirirlər? Bütün bunlar nə deməkdir? Əmrimizi (sünnəmizi) dirildindirmi? Biz hara, bunlar hara? Həzrət İsanın mövluduna diqqət etdikdə onlar ( xristianlar həmin günü) nə edirlər? Dünyanı yerindən oynadırlar, bu münasibətlə dünyaya səs salırlar. Tarixləri də İsanın viladətilə təyin olunur. Hətta bəzi İslam ölkələrində miladi tarixdən istifadə edilir.
Niyə? Bizim İranımızda da bəzi yazılarda həmin təsirlər gözə dəyir. Bu bizim zəif nöqtəmizdir. Biz, həzrət İsanı (ə) inkar etmirik, biz Peyğəmbərimiz (s) seçilməmişdən qabaqkı dönəmlərdə onun nübüvvətini (peyğəmbər olmasını) da qəbul edirik. Görün onlar nə edirlər, dünyanı titrədirlər. Hətta İran prezidenti bu münasibətlə təbrik deyir.
Bəs, bizim peyğəmbərimizin (s) mövludunu eyni formada keçirirlərmi? Biz özümüz belə bir iş görürükmü? Özümüz xalqa belə bir günün əzəmətini çatdırırıqmı? Bunu etmişikmi? Mövlud bir inqilab olmalıdır, təəssüflər olsun ki, belə deyil!
Bəli, mövlud keçirilir, lakin Peyğəmbərin (s) şənini, məqamını yüksəltmək yerinə, onun ideyalarına qarşı çıxırlar. Tar, təbil, dəflə onu qarşılayırlar. Ümumiyyətlə, bu və ya digər işlər İslam ruhu, şiə ruhu, şiə mənəviyyəti və “Mən gözəl əxlaqları kamala çatdırmaq üçün seçilmişəm” ilə ziddir.
Mənim imkanım olsaydı ən azından Qum şəhərində böyük bir məclis təşkil etmələrinə göstəriş verərdim. Məsələn, Aşura günü şam ehsanı veririk, nəticədə külli miqdarda pul xərclənir. Aşuranın mənbəyi nübüvvətdir. Peyğəmbərin mövludunda niyə bu səpkidə işlər görmürük? Niyə etməməliyik? Günümüzdə bəzi gənclərin xristianlığı qəbul etdiyinin şahidi oluruq. Halbuki, biz “yatmışıq”.
Artıq bir çoxları xristianlığı qəbul etmişdir. Tanınmış və möhtərəm şəxslərdən biri şəhərdən gəlmişdi və uzun – uzadı damadının xristian olduğundan danışdı. Nələr edirlər?! Bəzi şəhərlərdə saxta pullar düzəldib bir üzünə 1000 tümən, digər üzünə isə “məsih” yazısı çap edirlər. Nələr edirlər?! Nələr edirlər?! Biz isə “yatmışıq”. Gənclərimiz Peyğəmbərin (s) mövludunda nə baş verdiyini bilsəydilər asanlıqla İslam dinindən çıxıb xristian olmazdılar.
Biz “Kəsra eyvanı”nın aqibətinin necə olduğunu, minillik atəşgahın söndüyünü, Savə çayının quruduğunu, Səmavə vadisini – Şam və Küfə arasında bir məkan – su basdığını nə vaxt bunlara dedik? Demirəm deməmişik, bəlkə az demişik, izah və şərh verməmişik. Gənc bunu duysa artıq geriyə dönməyəcəkdir. Ümumiyyətlə demədiyimizi iddia etmirəm. Bu mövzuda yazılarımız azdır. Açıqlamalarımız acizanədir, məclis və toplantılarımız fəqiranədir. Yalnız az məzmunlu, bəzəndə xəcalətverici məzmuna sahib məddahiliklə kifayətlənirik. Günlərin birində bir nəfər məndən belə bir minbərin olmasını istədi.
Mən də belə bir məclisin olmasını istədiyimi bəyan etdim. Lakin belə bir məclisdə oturan varmı? Kim bunu qəbul edir? Təəssüflər olsun ki, Peyğəmbərimizin (s) olduğu və olmalı formada dünyaya göstərə bilməmişik. Mediyada fərvərdinin ilk günü, mən və sənin etiqad bəsləmədiyimiz qədim bayramda on dörd milyard mesaj göndərildiyini elan edir.
Bəs sabah nə edəcəyik? Telefonun dəstəyini götürüb kimisə təbrik etməliyik, ya bizi təbrik edəcəklər? Ya bunları mediya və sosial şəbəkələrdə əks etdirəcəklər? Hələlik gözləyin! İki gün sonra nə qədər mesaj olduğunu desələr, onları daha da çoxaldacaqlar. Lakin mövludu rövnəqləndirmirlər. Ümidvaram, Allahın izni ilə sizlər bu günlərdə şadlıq məclisinin qurulmasında, mövlud proqramının təşkilində, daha aktiv olacaqsınız. “Və salləllahu əla Muhəmmədin və Alihit – tahirin”.
Hicri – qəməri təqvimlə: ۱5 rəbiül-əvvəl, 1428 – ci il
Hicri – şəmsi təqvimlə: ۱5 fərvərdin, 1386 – cı i