1432-ci ilin məhərrəm ayının gəlişi münasibəti ilə
Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizinin müraciəti

السلام علیک یا اباعبدالله و علی الارواح التی حلّت بفنائک

Qarşıdan gələn ay məhərrəm ayıdır.Məhərrəm ayı əmr be məruf və nəhy əz münkər (yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək ayıdır.Din elmləri və məarifinin təbliğ ayı.Məhrəm ayı  Həzrəti Seyyidül Şühədanın peyğəmbərin dininin tərvici üçün qiyam etdikləri və özünün mübarək canını fəda etmək və ailəsinin əsir düşməsinə qədər İlahi dinin bərpası yolunda irəli getdikləri aydır.Həzrət özü qiyamının səbəbi haqda belə buyurmişdur:

“انالله و انا الیه الراجعون و علی الاسلام السلام اذ قد بلیت الامه براع مثل یزید”

Bu günlərdə İmam Hüseyn (ə) şücaət və qorxmamazlıq və yanlış mədəniyyətlərə qarşı mübarizəni dünya xalqlarına öyrətmiş oldu.

اشهد أنّکَ قَد أَقَمتَ الصَّلاهَ وَ آتَیتَ الزَکاهَ وَ أَمَرتَ بِالمَعروفِ وَ نَهَیتَ عَنِ مُنکَر.

Şəhadət verirəm ki,həqiqətən sən Namazı iqamə etdin və zəkat verdin və əmr be məruf və nəhy əz münkər etdin.

İmam Hüseyn it oynatmaq və şahmat oynamaq kimi yanlış mədəniyyətlərə və fəsad və fəhşaya qarşı mübarizə apardı və bu yolda hətta öz övladlarını və gənclərini də qurban verdi.Bugün təssüflə Qərbin yanlış mədəniyyəti islami toplumlara elə axın etmişdir ki, asanlıqla onun qarşısını almaq imkansızdır.

Toplumuzun gəncləri Namaza diqqətsizlik və səhənkarlığa düçar olmuşlar və toplumda qumar və s…in yayğınlaşmasını görürük.Ölkə rəsmiləri və mədəniyyət işləri üzrə yetkililər bu fikri problemlərin həlli,müalicəsi və yayğınlaşmasının qarşısının alınması üçün bir fikir qılmışlar mi?.Görənən budur ki,bu haqda bir tədbir görmüş olsalar da ehtiyac həddindən olduqca azdır.

Möhtərəm xətiblərə və təbliğçilərə tövsiyə edirəm ki,bu əyyamda həmişəkindən daha çox Həzrəti Seyyidül Şühədanın hədəflərini şərh etsinlər və o hədəfləri izləsinlər.İlk növbədə xalqa xüsusən də gənclərə Namazı tapışırsınlar və daha sonra o həzrətin digər hədəfləri açıqlansın ki,şəri vücuhatın(haqların) ödənilməsi,əmr be məruf və nəhy əz münkər etmək,qumarı tərkitmək və s.o hədəflərin başlnda durrur.

Əzadarlara isə tövsiyə olunur ki,elə məclislərdə iştirak etsinlər ki o məclislərdə İmam Hüseynin(ə) hədəfləri izlənilir və elə məclislərə getsinlər ki ,onları məarifləndirsin və Həzrət Seyyidül Şühədanın(ərvahüna ləhülfəda) hədəflərindən iz olmayan ya az olan və bəlkə  də onlarda xürafələrin təbliğ olunduğu məclislərdə iştirak etməkdəm imtina etsinlər.

Ümid edirəm ki Allah-Tala bizə bu günlərdən bəhrələnmək tövfiqini əta buyurub,əcnəbilərin şərrini onların özünə geri qaytarsın və İmam Zamanın(ə.f) zuhurunu tezləşdirsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
You need to agree with the terms to proceed

Menyu