İslam inancları

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

أَلْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ وَالْصلاةُ وَالسلامُ عَلى خَيْرِخَلْقِهِ مُحَمدٍ وَآلِهِ الطاهرِينَ وَ لَعْنَةُ اللهِ عَلى اَعْدائهِمْ اَجْمَعينَ اِلى قيامِ يَوْمِ الدين

İSLAM DİNİNİN VƏ ŞİƏ MƏZHƏBİNİN ƏSASLARI

İSLAM DİNİNİN VƏ ŞİƏ MƏZHƏBİNİN ƏSASLARI

Müqəddəs İslam dininin üç əsas sütunu vardır:

  1. Tövhid (Allah təkdir).
  2. Nübüvvət (Peyğəmbərlik).
  3. Məad (ölümdən sonra dirilmək).

Bu üç əsli və əqidəni bütün müsəlmanlar qəbul edirlər. Bunlara üsulid-din deyilir. Amma İmamiyyə məzhəbinin bunlardan əlavə iki əsl əqidəsi də vardır.

       4. Ədl (Allah ədalətlidir).

       5. İmamət (on iki imamın imamlığı).

Deməli, dinin və şiə məzhəbinin beş əsas prinsipi (üsulid-dini) var.

BİRİNCİ ƏSAS: ALLAH TƏKDİR

Bu bəhsdə məqsəd, bütün varlıq aləminin xaliqinin Allah olması və Onun tək olub şəriki olmamasıdır. Bu mövzuda iki məsələni araşdırmaqla davam etdiririk:

Birinci məsələ: Varlıq aləminin xaliqini sübut etmək və bu varlıq dünyası təsadüfən yaranmayıb. Bütün bu məsələləri isbat etmək üçün müxtəlif dəlillər vardır. Onlardan bəzilərinə işarə edirik:

Birinci dəlil:

Varlıq aləmində olan bütün mövcudlar məhv olub aradan getməkdədir. Butün bu hadisələri özümüz də müşahidə edirik. Bunlarla da aydın olur ki, hər bir yaranmış varlıq öz varlığını başqa birisindən alır və onun vasitəsilə varlığını saxlayır. Yaranmışların heç biri özü-özlüyündə varlıq qabiliyyətinə malik deyillər. Çünki əgər onların zatən varlıq aləmində qalmaq qüdrətləri olsaydı heç vaxt məhv olmazdılar. Beləliklə, əgər hər hansı varlıq və vücud məhv olmaq və aradan getməyi qəbul edirsə onun yaradanı var və bu yaradan həmin Allah-taaladır. Allah-taala Özü isə aradan getməz və əbədidir. Fikrimizi daha aydın etmək üçün aşağıdakı misala diqqət edin:

Məsələn qarşımızda bir neçə güzgü var və onlardan ətrafa nur saçılır. Bu nur şüalarna uzaqdan tamaşa etdikdə nəhayətdə, aydın olur ki, nurların hamısı güzgünün özündən yox, bəlkə də başqa yerdəndir. Ona görə ki, güzgü özündən heç bir nur vermir. Həmin səbəbdən insan bu nurların mənşəyini güzgülərin özündə axtarmır. Nurlar güzgüdən xaricdə, günəş, ay, çıraq və ya alov kimi yerlərdə axtarılır. Çünki güzgü belə şeylərdən nur ala bilər.

Nurun özünün zatına qayıtdığı və əsl kökünə müraciət etdiyi kimi insanın varlığının və vücudunun da öz kökü və qayıdış yeri vardır. İnsan da həmin kökdən mənşələnir və oradan ayrıla bilməz. İnsanın o kökdən müstəqil şəkildə olması mümkün deyil. Həmin kök və mənşə Allah-taaladır. Allah-taala Qurani-kərimdə belə buyurur:

إِنَّ فىِ خَلْقِ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافِ الَّيْلِ وَ النهََّارِ لاََيَاتٍ لّأُِوْلىِ الْأَلْبَاب‏

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.[1]

Hər bir düşüncəli insan gözəl başa düşür ki, bu geniş dünya, dənizlər, okeyanlar ulduzlar, ay, günəş, planetlər, təəccüb doğuran heyvanlar, ağaclar, növbənöv bitkilər öz-özünə yaranmayıb və bunları yaradan vardır. Bunları yaradana Allah deyirik.

İkinci dəlil:

Allah təkdir və şəriki yoxdur. Burada iki dəlil qeyd edirik:

1- Aləmdəki nizam-intizam

Bu məsələnin dəlili: Əgər bu məsələdə (varlığın yaradılışında) bir neçə tanrı fərz olunub hər birisi digərindən ehtiyacsız təsəvvür olunsaydı sözsüz ki, onların məqsədləri və iradələri bəzi yerlərdə bir-birinin ziddinə olardı. Bununla da kainatın nizam-intizamı pozular, yer və göylərdə fitnə-fəsad olardı. Bu barədə Allah-taala Qurani-kərimdə buyurur:

لَوْكاَنَ فِيهِمَاءَالهَِةٌإِلَّا اللَّهُ لَفَسَدَتَافَسُبْحَانَ اللَّهِ رَبّ‏ِالْعَرْشِ عَمَّايَصِفُونَ

Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”.[2]

Bu dəlilin xülasəsi bundan ibarətdir: həqiqətən bu kainatın dəqiq şəkildə nizam-intizamı vardır. Kainatın bütün xırdalıqları və zərrəcikləri bir-biri ilə möhkəm bağlıdır. Bugünki müasir elm də varlıq aləminin dəqiqlik və nizam-intizamını təsdiq edir. Belə olan halda bu varlığın xaliqi də tək, alim və hikmətli olmalıdır. Ağıl qəbul etmir bu varlığın mənşəyi təsadüfü olsun. Halbuki, ağıl bütün bu zahiri sadə hadisələri və ya bir-biri ilə bağlı hadisələrin dərkindən sonra qəbul etmir ki, bir-biri ilə bağlı bütün müxtəlif hərəkətlər və hadisələr təsadüf nəticəsindədir. Bəs, ağıl belə bir şeyi qəbul etmirsə, necə təsəvvür etmək olar ki, bütün bu möhkəm və təəccüb doğuran nizam-intizamın və varlığın alim və hikmətli xaliqi olmasın və təsadüf nəticəsində yaransın?!

Allah-taala buyurur:

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ

“Tezliklə, Biz, onlara dünyada və nəfslərində Öz nişanələrimizi göstərərik ki, Onun  haqq olması onlar üçün aşkar olsun. Məgər Allahın hər şeyə şahid olması sizə kifayət deyilmi?!”[3]

2-Ən gözəl və sadə dəlil həzrət Əlinin (ələyhis-səlam) imam Həsənə (ələyhis-səlam) vəsiyyətidir. O həzrət belə buyurur:

قال علی (ع) واعلم یا بنی انه لو کان لربک شریک لأتتک رسله ولرأیت آثار ملکه وسلطانه ولعرفت افعاله وصفاته ولکنه اله واحد کما وصف نفسه

Oğlum! bil ki, Allahının şəriki olsaydı onun elçiləri sənin yanına gələrdi onun mülk və qüdrətinin əlamətlərini görərdin, feillərini və sifətlərini tanıyardın. Amma O özünü vəsf etdiyi kimi tək və şəriksiz olan Allahdır.[4]

ALLAH-TAALANIN SİFƏTLƏRİ

Allah-taalanın sifətləri iki hissədən ibarətdir:

1-Subutiyyə sifətləri (Sifati subutiyyə);

2-Səlbiyyə sifətləri (Sifati səlbiyyə);

Subutiyyə sifətləri (Sifati subutiyyə) də öz növbəsində iki hissəyə bölünür:

1-Zati sifətlər;

2-Feli sifətlər;

Zati sifətlər; Allah-taala bu sifətlərlə vəsf olunur və bu sifətlər Allah-taalanın zatının özüdür və onun vücudundan ayrılmırlar. Onların hamısının mənşəyi beş sifətdir:

Qüdrət;

Elm;

Həyat;

Əzəli olması;

Əbədi olması;

SUBUTİYYƏ SİFƏTLƏRİ

1-Qüdrət; Allah-taala qüdrət sahibidir. Hər işi məsləhət bilsə yerinə yetirir və heç bir işin müqabilində aciz deyil. Hər hansı bir işi etməyə də məcbur deyil.

2-Elm; Allah-taala alimdir. Kainatda olan bütün mövcudlara elmi vardır, heç bir şey də ondan gizli deyil. Hətta bəndələrinin fikir və niyyətlərini də bilir.

لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فىِ السَّمَاوَاتِ وَ لَا فىِ الْأَرْضِ

Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz.[5]

3-Həyat; Allah-taala diridir. Yoxluq onun zatına yol tapa bilməz. Çünki diri olmayan varlıq yaranışın mənşəyi ola bilməz. O həyatı varlığa bəxş edib, gərək özü də diri olsun.

4 və 5-Əzəli və Əbədi olması; yəni Allah-taala həmişə olub elə bir zaman təsəvvür etmək olmaz ki, o vaxt O olmasın. Həmişə olacaq və yoxluq Onun vücuduna yol tapa bilməz. Bu iki sifət vücudun vacib laziməsindəndir.

Amma Allah eşidəndir; yəni eşidilə bilən hər şeyə agahdır. Allah görəndir; yəni görünə bilən hər şeyə agahdır. Gərək bunu diqqətinizə çatdıraq ki, bu iki sifət müstəqil sifət deyil bunlar elm sifətinə söykənirlər.

Sübutiyyə sifətlərinin ikinci bölməsi feliyyə sifətləridir. Allah-taala bu sifətlərlə vəsflənir amma onlar Allah-taalanın zatından deyil. Bu sifətlər Allah-taalanın feillərinin vəsfidir. Onlardan bir neçəsini qeyd edirik:

1-Murid; yəni işlərini iradə üzündən edir. Məsələn: od yandırmaqda iradəsizdir.

2-Mutəkəllim; yəni həqiqətləri və məqsədini digərlərinə çatdıra bilir.

3-Raziq; yəni Allah-taala varlığın ruzilərini onlara öz qüdrəti ilə çatdırır.

4-Xaliq; yəni Allah-taala göyləri və yeri və onlarda olan varlıqları xəlq edib.

Allah-taalanın bundan başqa da sifətləri vardır və onları feliyyə sifətlərindən hesab etmək olar. Amma onların hamısını bu kiçik kitabçada qeyd etmək mümkün deyil. Allah-taalanın bu sifətlərə malik olması üçün dəlil və sübut budur ki, bunlar kəmali sifətlərdir və Allah-taala da bütün kəmali sifətlərə malikdir.

SƏLBİYYƏ SİFƏTLƏRİ

Səlbiyyə sifətləri dedikdə Allah-taalaya layiq olmayan sifətlər nəzərdə tutulur. Gərək Allah-taalanın zatının o sifətlərdən uzaq olduğunu biləsən. Onlar aşağıdakılardan ibarətdir:

1-Mürəkkəb deyil; çünki hər bir mürəkkəb, üzvlərə ehtiyac duyur, ehtiyacı olan vacibul-vucud ola bilməz.

2-Cisim və ərəz [6] deyil; çünki hər bir cisim və ərəzin məkana ehtiyacı var onsuz da vücuda gəlmir. Allah-taala məkanları yaratdığına görə onlara ehtiyacı yoxdur.

3-Görünəsi deyil; çünki yalnız cisim görünə bilər, Allah cisim deyil, deməli (dünya və axirətdə) görünəsi deyil.

4-Dəyişiləsi deyil; cavanlıq, qocalıq, xəstəlik, sağalmaq, gücləşmək və zəifləmək Onun zatına yol tapa bilməz. Çünki bu cür şeylər cismə aiddir. Allah isə cisim deyil, deməli belə şeylər Allahda vücuda gələ bilməz.

5-Şərik və köməkçisi yoxdur; şəriklik ehtiyacın olmasına və ya gücsüzlüyə görədir. Bunların heç biri Onun zatına yol tapa bilməz.

6-Ehtiyaclı deyil; varlıq və kainatı idarə etməkdə yaratdıqlarına ehtiyacı yoxdur.


[1]Ali İmran surəsi, ayə 190.

[2]Ənbiya surəsi, ayə 22.

[3]Fussilət surəsi, ayə 53.

[4]Nəhcul-bəlağə, 31-ci məktub.

[5]Səba surəsi, ayə 3.

[6]Mövcudluğunda digərinə ehtiyacı yoxdur.

İKİNCİ ƏSAS: PEYĞƏMBƏRLİK

Həqiqətən bu dünya insanı axirətə aparan körpü qərar verilmişdir. Həmin cəhətdən insanın bu dünyadakı öz hərəkət və davranışlarına görə axirət dünyasında mükafat və cəzası vardır. O səbəbdən Allah-taala insana düzgün yolu göstərmiş və xeyir işləri ona tanıtdırmışdır. Bütün bu hidayət yolları insanlar arasında saleh və bu ağır İlahi vəzifənin ümmətlər arasında məsuliyyətini öhdələrinə ala bilən şəxslər vasitəsilə insanlara çatdırılmışdır. Belə şəxslər peyğəmbər adlanırlar.

Allah-taala insanı və kainatı əbəs yerə xəlq etməmişdir. Qurani-kərimdə də Allah-taala bu məsələyə təkid etmişdir:

وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

“Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq! Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (insanların) əksəriyyəti (bunu) bilməz!”[1].

Peyğəmbər, ümmətlər arasında İlahi risalət və təlimləri öz öhdəsinə alan şəxsdir. Allah-taala insanlara peyğəmbərlər göndərmişdir. Hədislərdən belə başa düşülür ki, Allah-taala insanları hidayət etmək üçün yüz iyirmi dörd min peyğəmbər göndərmişdir. Onların birincisi həzrət Adəm (ə) sonuncusu isə həzrət Məhəmməd ibn Abdullahdir (səlləllahu ələyhi və alihi və səlləm). Onların arasında beş nəfər ulul-əzm peyğəmbərdir. Allah-taala Qurani-kərimdə bunu zikr edir.

فَاصْبِرْ كَما صَبَرَ أُولُوا الْعَزْمِ مِنَ الرُّسُلِ

(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et.[2] Ulul-əzm peyğəmbərlərin adları aşağıdakılardan ibarətdir:

 Həzrət Nuh (ələyhis-səlam), İbrahim (ələyhis-səlam) Musa ibn İmran (ələyhis-səlam), İsa (ələyhis-səlam) və nəhayət böyük İslam dinini yaymış və bütün insanlara Quranı gətirmiş həzrət Məhəmməd ibn Abdullah ibn Əbdul-Müttəllibdir (səlləllahu ələyhi və alihi və səlləm). Məhəmməd peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) sonuncu peyğəmbər olduğuna görə O həzrətdən sonra heç bir peyğəmbər gəlməyəcəkdir. O həzrət bütün İlahi elçilərin sonuncusu olduğuna görə Ondan sonra iddia olunmuş bütün hər hansı peyğəmbərlik iddiası yersiz və bu iddianı edən yalançı sayılır. Qurani-kərim bu barədə buyurur:

مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيماً

“Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir.(Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!”[3].

Onun sonuncu peyğəmbər olması dinin zəruri məsələlərindəndir. Onun peyğəmbərliyini sübut edən dəlillər çoxdur amma kitabın həcmini nəzərə alıb biz birini burada qeyd edirik.

Peyğəmbərin ən böyük möcüzəsi Qurani-kərimdir. Həzrət peyğəmbər dərs oxumamışdı və heç kimdən yazmaq və oxumaq öyrənməmişdi O, bir kitab gətirdi heç kim onun mislini gətirə bilməmişdir. Allah-taala dəfələrlə Qurani-kərimdə bəşəriyyəti Quranın misli və oxşarını gətirməyə dəvət edibdir, amma bəşər onun mislini gətirməyə acizdir.

وَ إِن كُنتُمْ فىِ رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلىَ‏ عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَ ادْعُواْ شُهَدَاءَكُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ فَإِن لَّمْ تَفْعَلُواْ وَ لَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتىِ وَقُودُهَا النَّاسُ وَ الحِْجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِين‏

Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin![4]

أَمْ يَقُولُونَ افْتَراهُ قُلْ فَأْتُوا بِسُورَةٍ مِثْلِهِ وَ ادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صادِقينَ

Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” -deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!”[5]

أَمْ يَقُولُونَ افْتَراهُ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِثْلِهِ مُفْتَرَياتٍ وَ ادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صادِقينَ

Yoxsa (müşriklər): “Onu (Quranı) özündən uydurdu!-deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın. [6]

Həzrət peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) çoxlu möcüzəsi olub və o möcüzələr tarix və hədis kitablarında qeyd olunmuşdur. Biz burada Qurani-kərimə işarə etməklə kifayətlənirik.


[1]Duxan surəsi, ayə 38-39.

[2]Əhqaf surəsi, ayə35.

[3]Əhzab surəsi, ayə 40.

[4]Bəqərə surəsi, ayə 23-24.

[5]Yunis surəsi, ayə 38.

[6]Hud surəsi, ayə 13.

ÜÇÜNCİ ƏSAS: MƏAD

Məadın mənası budur ki, Allah-taala bütün insanları həyatda yaşayıb öldüklərindən sonra yenidən dirildəcək və onların əməllərinin hesab-kitabı olacaqdır. Hər kəs özü mükafatını alacaq. Bir dəstə Cənnətdə olub nemətlərdən bəhrələnər, bir dəstə isə əməllərinin üzündən Cəhənnəmə düşüb əzaba düçar olarlar. Bütün İlahi Peyğəmbərlər xəbər veriblər ki, insanın həyatı ölümü ilə sona çatmır. Bu dünyadan sonra digər bir dünya da mövcuddur. İnsan orada əməllərinin nəticəsini görəcəkdir. Ölümdən sonra digər bir dünyanın və məadın olması bütün səmavi dinlərin zəruri etiqadlarındandır.

Məad bölməsində gərək bir neçə şeyə etiqad bəslənilsin.

1-Ölümdən sonra yaxşı insanların ruhu bərzəx cənnətində olub nemətlərdən bəhrələnər və pis əməllərinin sahibıəri isə bərzəx cəhənnəminə düşüb qiyamətə qədər əzaba düçar olarlar.

2-Ölümdən sonra dirilmənin cismani olmasına etiqadı olmalıdır. Qurani-kərimdə çoxlu ayələr məadın cismani olmasına işarə edir.

أَ يحَْسَبُ الْانسَانُ أَلَّن نجَّْمَعَ عِظَامَهُ بَلىَ‏ قَادِرِينَ عَلىَ أَن نُّسَوِّىَ بَنَانَهُ

Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! [1]

وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاء اللَّهُ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَى فَإِذَا هُم قِيَامٌ يَنظُرُونَ

Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra birdaha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar[2]

İnsanların ölümdən sonra yenidən dirilməsində şəkk-şübhə yoxdur. Allah-taala Quranda bu barədə təkəbbürlü kafirlərə işarə etmişdir, necə ki, əvvəldə Allah-taala heçnədən insanı yaratdı öldükdən sonra da təzədən dirildəcək. Quran buyurur:

وَضَرَبَ لَنَا مَثَلاً وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır![3]

Hər bir müsəlmana vacibdir ki, öz həyatında xeyir əməllərdən bəhrələnsin və Allahın itaətində olub günahdan çəkinsin. Bununla da Allah-taalanın razılığını və mərhəmətini əldə etsin.

رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِياً يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ

“Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz! Öz peəmbərlərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”[4]

3-Cənnət və onun nemətlərinin cəhənnəm və onun çətinliklərinin ədalət üzündən olmasına etiqad olmalıdır.


[1]Qiyamət surəsi, ayə 3-4.

[2]Zümər surəsi, ayə 68.

[3]Yasin surəsi, ayə 78-79.

[4]Ali-İmran surəsi, ayə 194-195.

DÖRDÜNCÜ ƏSAS: ALLAH ADİLDİR

Məna budur ki, Allahın kiməsə zülm etməsi qeyri-mümkündür. Çünki adillik və ədalət sifəti xeyir sifətlərindəndir. Amma zülm, şərr xüsusiyyətlərindəndir. Zülmə ədaləti icra edə bilməyən zəif və şərr adamlardan başqa birisi əl atmaz. Halbuki, Allah-taala bütün xeyirlərin mənşəyi və məxluqatın hamısına feyz verən və onların hamısından ehtiyacsızdır. Allahın zülm etməyə heç bir ehtiyacı yoxdur. Necə ki, bu məsələyə Quran işarə edir:

یا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)”[1]

Başqa ayədə buyurur:

 إِنَّ اللَّهَ لا يَظْلِمُ مِثْقالَ ذَرَّةٍ وَ إِنْ تَكُ حَسَنَةً يُضاعِفْها وَ يُؤْتِ مِنْ لَدُنْهُ أَجْراً عَظيماً

“Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!”[2]

 إِنَّ اللَّهَ لا يَظْلِمُ النَّاسَ شَيْئاً وَ لكِنَّ النَّاسَ أَنْفُسَهُمْ يَظْلِمُونَ

Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər![3]

Allah-taala Peyğəmbərlərinin vasitəsi ilə insanları zülm etməkdən çəkindirir və bu işin pis və xoşa gəlməz olduğunu deyir. Deməli Allah-taala özü heç vaxt xoşa gəlməz və pis iş etməz.


[1]Fatir surəsi,  ayə 15.

[2]Nisa surəsi, ayə 40.

[3]Yunis surəsi, ayə 44.

BEŞİNCİ ƏSAS: İMAMƏT

Allah-taala bəşəriyyəti hidayət edib zülm və cəhalətdən nicat vermək üçün peyğəmbərlər göndərdi. Şəriət və qanunları qoruyub saxlamaq üçün isə imamları göndərdi. İmamların olmağı şiələrin nəzərinə əsasən dinin sütunu və əsasıdır. İmamətin bir neçə şərti vardır:

1-İmamət İlahi bir məqam və mənsəbdir, Allah bu məqam və mənsəbi istədiyi kimsəyə verər.

2-Peyğəmbəri Allah təyin etdiyi kimi, İmamı da Allah təyin edir. İmamət, Allah elçisinin İslam ümməti üzərində dini və dünyəvi xilafəti deməkdir. İmam, Allahın izni ilə İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) tərəfindən təyin olunmalıdır. Ona görə ki, belə bir məsuliyyəti qəbul edəni Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) daha yaxşı tanıyır. Deməli imamı insanlar təyin edə bilməz.

3- İmam gərək məsum olsun və bütün böyük və kiçik günahlardan uzaq olsun.

4-Məsum imam peyğəmbərin (peyğəmbərlik məqamından başqa) bütün fəzilətlərini özündə toplayır və imamın vəzifəsi budur ki, peyğəmbərin gətirdiyi şəriəti qoruyub saxlasın. Həmçinin insanları hidayət edib onların dini və dünyəvi işlərini islah etsin.

Həmçinin İslam Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) peyğəmbərliyə seçiləndə Allah-taala tərəfindən öz canişinlərini də təkidlə elan etməsi məlum olur. Başqa yerdə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) öz canişinlərinin adlarını da deməsi tarixdə məlumdır. Onlar, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Əhli-beyti (ələyhimus-səlam) və on iki nəfərdən ibarətdirlər. Birincisi imam Əli ibn Əbi Talib (ələyhis-səlam) və sonuncusu imam Məhdidir (Allah zühurunu tezləşdirsin).

İmamiyyə məzhəbinin nəzəri budur ki, Allah-taala Peyğəmbərə göstəriş vermişdir ki, həzrət Əlini (ələyhis-səlam) öz canişini seçib və bunu aşkar şəkildə camaata elan etsin. Bu haqda Qurani-kərimdə deyilir:

يَأَيهَُّا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يهَْدِى الْقَوْمَ الْكَافِرِين‏

Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! [1]

Həzrət Peyğəmbər sonuncu həcdən qayıdanda Qədir Xum adlı yerdə Allah-taala Peyğəmbərə göstəriş verdi həzrət Əlini (ələyhis-səlam) öz canişini və imam seçib və bunu aşkar şəkildə camaata elan etsin.

Şiə və əhli sünnə məzhəblərinin mənbələrinə əsasən müqəddəs İslam dininin İmamları on iki nəfərdən ibarətdir. Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) onların adlarını qeyd etmişdir. Onların adları aşağıdakılardan ibarətdir.


BİRİNCİ İMAM

::

ƏLİ İBN ƏBİ TALİB (ələyhis-səlam)

Atası: Əbu Talibdir.

Anası: Fatimə Əsəd qızıdır.

Həzrət Əli (ələyhis-səlam) «Amul-fil»-in[2] otuzuncu ili rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.

İKİNCİ İMAM

HƏSƏN İBN ƏLİ İBN ƏBİ TALİB

(ələyhis-səlam)

Atası: İmam Əlidir (ələyhis-səlam).

Anası: İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qızı və qadınların üstünü Fatimədir (səlamullahi ələyha).

Hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlib. Hicrətin 50-ci ilində səfər ayının iyirmi səkkizi Əbu Süfyanın oğlu Müaviyənin hiyləsi və Əşəsin qızı Cudənin əli ilə zəhərlənib şəhid olur. Mədinədə Bəqi qəbiristanlığında dəfn olunub.

ÜÇÜNCÜ İMAM

HÜSEYN İBN ƏLİ İBN ƏBİ TALİB

(ələyhissəlam)

Atası: İmam Əlidir (ələyhis-səlam).

Anası: İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qızı və qadınların üstünü Fatimədir (səlamullahi ələyha).

O həzrət hicrətin dördüncü ilində şəban ayının üçü Mədinədə doğulmuşdur. Hicrətin 61-ci ilində 72 nəfər əshabı, Əhli-beyti (ələyhis-səlam) ilə məhərrəm ayının onuncu (aşura) günü Kərbəla səhrasında şəhid olub və Kərbəlada dəfn olunub.

DÖRDÜNCÜ İMAM

ƏLİ İBN HÜSEYN ZEYNUL-ABİDİN

(ələyhissəlam)

Atası: Həzrət Hüseyn ibn Əlidir (ələyhis-səlam).

Anası: Şəhrəbanudur.

O həzrətin məşhur ləqəbi Zeynul-abidin və Səccaddır. İmam Səccad (ələyhis-səlam) hicrətin otuz səkkizinci ili şəban ayının beşində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əlinin (ələyhis-səlam) hakimiyyət illərini görmüş, ondan sonra isə on il əmisi həzrət Həsənin (ələyhis-səlam) İmamət dövrünü yaşamışdır. İmam Həsən (ələyhis-səlam) bu on ilin yalnız altı ayını hakimiyyət başında olmuşdur. Hicrətin əllinci ili İmam Həsənin (ələyhis-səlam) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ələyhis-səlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altmış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət, hicrətin doxsan beşinci ili məhərrəm ayının iyirmi beşi şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ələyhis-səlam) qəbrinin kənarında dəfn olunmuşdur.

BEŞİNCİ İMAM

MƏHƏMMƏD İBN ƏLİ ƏLBAQİR

(ələyhis-səlam)

Atası: İmam Zeynul-Abidindir (ələyhis-səlam).

Anası: İmam Həsənin (ələyhis-səlam) qızı Fatimə olmuşdur.

İmam Baqir (ələyhis-səlam) hicrətin əlli yeddinci ilində rəcəb ayının biri Mədinə şəhərində dünyaya gəlmişdir. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirul-ulum olmuşdur. İmam Baqir (ələyhis-səlam) həm ata, həm də ana tərəfdən həzrət Əli (ələyhis-səlam) və xanım Zəhranın (səlamullahi ələyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ələyhis-səlam) hicrətin yüz on dördüncü ilində zil-hiccə ayının yeddisində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur.

ALTINCI İMAM

CƏFƏR İBN MƏHƏMMƏD

(ələyhissəlam)

Atası: İmam Baqirdir(ələyhis-səlam).

Anası: Ümmü-Fərvə olmuşdur.

Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir. İmam Sadiq (ələyhis-səlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin yüz qırx səkkizinci ili şəvval ayının iyirmi beşi altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.

YEDDİNCİ İMAM

MUSA İBN CƏFƏR ƏLKAZİM

(ələyhis-səlam)

Atası: Həzrət Sadiqdir(ələyhis-səlam).

Anası: Həmidə adlı çox fəzilətli bir qadın olmuşdur. O həzrətin adı Musa, ləqəbi Kazimdir. İmam Kazim (ələyhis-səlam) hicrətin yüz iyirmi səkkizinci ilində səfər ayının yeddisində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü ili rəcəb ayının iyirmi beşində şəhid olmuşdur.

SƏKKİZİNCİ İMAM

ƏLİ İBN MUSA ƏR-RİZA

(ələyhis-səlam)

Atası: İmam Kazimdir (ələyhissəlam).

Anası: Nəcimə (Ummulbənin) adlı fəzilətli bir qadın olmuşdur.

İmam Əli ibn Musa hicrətin yüz qırx səkkizinci ili zil-qədə ayının on birində anadan olmuşdur. İmam Əli ibn Musanın (ələyhis-səlam) künyəsi Əbülhəsən, ləqəbi Riza olmuşdur. İmam Riza (ələyhis-səlam) iki yüz üçüncü ildə səfər ayının axırı vəfat etmişdir.

DOQQUZUNCU İMAM

MƏHƏMMƏD İBN ƏLİ ƏLCAVAD

(ələyhis-səlam)

Atası: İmam Rizadır (ələyhis-səlam).

Anası: Səbikə və ya Xeyzərandır.

Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində rəcəb ayının onunda Mədinə şəhərində anadan olmuşdur. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Riza (ələyhis-səlam) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi. İmam Cavad (ələyhis-səlam) hicrətin iki yüz iyirminci ili zil-qədə ayının sonu iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbiristanlığında babası İmam Kazimin (ələyhis-səlam) məzarının yanında dəfn olunmuşdur.

ONUNCU İMAM

ƏLİ İBN MƏHƏMMƏD ƏL-HADİ

(ələyhissəlam)

Atası: İmam Cavaddır (ələyhis-səlam).

Anası: Səmanə xanım olmuşdur.

Şiələrin onuncu İmamı, İmam Əliyyən-Nəqi (ələyhis-səlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O, hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayının üçündə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır.

ON BİRİNCİ İMAM

İMAM HƏSƏN ƏL-ƏSGƏRİ

(ələyhis-səlam)

Atası: İmam Əliyyən-Nəqidir (ələyhis-səlam).

Anası: Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.

Şiələrin on birinci imamı həzrət Həsən Əskəri (ələyhis-səlam) hicrətin iki yüz otuz ikinci ili rəbius-sani ayının səkkizində anadan olmuşdur.

O Həzrətin məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. Hicrətin iki yüz altmışıncı ili rəbiul-əvvəl ayının səkkizində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.

ON İKİNCİ İMAM

MƏHDİ İBN ƏL-HƏSƏN

(ələyhis-səlam)

Atası: On birinci İmam həzrət Həsən Əskəridir (ələyhissəlam).

Anası: Nərcis xanım olmuşdur.

On ikinci məsum İmam, həzrət Məhdi ibn Həsən Əskəri (ələyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.

Onun adı İslam Peyğəmbərinin adından, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbulqasimdir. Məsum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Höccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.

Allah-taala imam Məhdini (ələyhis-səlam) Öz hikməti ilə qeybə çəkib cahanda müəyyən şərait yaranan kimi Allah-taalanın hökmlərini hər yerdə icra etməkdən ötrü zühur edəcək. İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) çoxlu rəvayətlərdə nəql olunur ki, həzrət zəmanət verir ki, imamın zühuru axır-zamanda baş verəcək. Bu rəvayətlərin heç birində deyilmir ki, axır-zamanda doğulacaq. Bu da şiələrin etiqadı ilə tamamilə uyğun gəlir ki, İmam (ələyhis-səlam) uzun qeybdən sonra zühur edəcək.[3]

İmam Zamanın (ələyhis-səlam) qeybə çəkilməsinin iki mərhələsi var:

Birinci mərhələ: Qeybəti-suğra (kiçik qeyb) adlanır. Bu dövran hicrətin 329-cu ilinə qədər davam edir. Bu vaxta qədər İmamın (ələyhis-səlam) müsəlmanlar arasında xüsusi nümayəndələri var idi. İmamın (ələyhis-səlam) müsəlmanlar arasında olan nümayəndələri dörd nəfər idilər. Onlar Bağdadda müsəlmanlar arasında yaşamış, orda dəfn olunmuş və orada da qəbirləri məşhurdur. Onlar bunlardır:

Birinci: Osman ibn Səid. İmam Zamanın (ələyhis-səlam) və imam Həsən Əsgərinin (ələyhis-səlam) xüsusi və ən etimadlı vəkillərindən olmuşdur. Hicrətin 280-cı ilində vəfat etmişdir.

İkinci: Məhəmməd ibn Osman ibn Səid. Hicrətin 304 və ya 305-ci ilində vəfat edib.

Üçüncü: Həsən ibn Ruh Nubəxti. Hicrətin 326-ci ilində vəfat edib.

Dördüncü: Əli ibn Məhəmməd Səmuri. Hicrətin 329-cu ildə vəfat edib.

Səmurinin vəfatı ilə İmamın (ələyhis-səlam) müsəlmanlarla xüsusi səfirləri qurtarır. Bununla da “qeybəti-suğra” vaxtı sona yetir və “qeybəti-kubra” başlanır. Bu da Allah-taalanın İmamın (ələyhis-səlam) zühurunu məsləhət bildiyi vaxta qədər davam edəcək. Ona görə də bu dövrdə hər kim iddia etsə ki, İmamın (ələyhis-səlam) vəkili və səfiriyəm, yalançı sayılır.

Həsən ibn Əhməd Mükəttəbdən hədis nəql olunur ki: Bağdadda idim. O il İmamın (ələyhis-səlam) sonuncu səfiri Səmuri (r.h) vəfat etmişdi. Mən o səfirin ölməsindən bir neçə gün əvvəl oraya yetişdim. Bir gün müsəlmanları başına yığıb İmam Zamandan (ələyhis-səlam) müsəlmanlara müraciət olaraq belə bir məktub oxudu:

Bismillahir-rəhmanir-rəhim! Ya Məhəmməd ibn Səmuri! Allah sənə müsəlmanlar arasında xüsusi mükafat versin! Sən altı gün içində dünyadan gedəcəksən. İşlərini cəm et! Sənin ölümündən sonra heç kimi mənimlə müsəlmanlar arasında xüsusi səfir vəsiyyət etmə. Bununla da tam qeybət yetişdi. Allahtaala izn verməyənə qədər zühurdan xəbər yoxdur. Bu zühur uzun müddətdən, qəlblərin kin bağlamasından və yer üzünün zülmlə dolmasından sonra olar. Şiələrimdən bir dəstəsi iddia edər ki, məni görür. Onlar yalançıdırlar. Böyük və uca Allahın güc və qüdrətindən başqa heç bir gücqüdrət yoxdur!”.

Bu məktubu hamı yadında saxladı. Biz ondan ayrıldıq. Altıncı günü yenə onun yanına getdik, canüstə idi. Ondan soruşuldu ki, səndən sonra İmamla (ələyhis-səlam) kim danışacaq? Cavab verdi: “Bu Allaha aid olan işdir. İmamla rabitə kəsildi. Allah özü hökm edəndir.” Bu söz ondan eşidilən sonuncu söz idi. Allah ondan razı olsun![4]

İmam Zamanın (ələyhis-səlam) uzun müddətli qeybi dövründə müsəlmanların vəzifəsidir ki, şəriət məsələlərində böyük və savadlı alimlər sayılan adil müctəhidlərə müraciət etsinlər. Bu sifarişidə İmam Zaman (ələyhis-səlam) özü sifariş etmişdir. Hədislərdən birində İmam (ələyhis-səlam) buyurur:

Məndən sonra müsəlmanlar şəriət məsələlərində bizdən düzgün hədis nəql edənlərə (adil alimlərə) müraciət etsinlər. Onlar mənim sizə olan höccətlərim və mən də hamıya Allah tərəfindən höccətəm.!”[5]


[1]Maidə surəsi, ayə 67.

[2]Fil ili.

[3]Əhli-Sünnə alimləri də İmamın (ə) zühurnu qəbul edir amma bu fərqlə ki, O hələ dünyaya gəlməyib.

[4]Biharul-Ənvar, 51-cicild, səh-367.

[5]Vəsailüş-Şiyə, 18-cicild, səh-101.

Ayətullahul-üzma Duzduzani Təbrizinin “Qədir-Xum” bayramı ilə bağlı təbriki

Bismillahir-rəhmanir-rəhim

Əlhəmdulillahilləzi cə`ləna minəl-mütəməssikinə bi vilayəti Əli bin Əbi Talib Əmirül-möminin və əvladihil-məsumin ələyhimus-salam

Sizlərə və bütün möminlərə salam, müvəffəqiyyət arzuladıqdan sonra diqqətinizi bir neçə mövzuya cəlb etmək istərdim:

  1. Məbəs və Qədir-Xum bayramları bəşəriyyətdə iki dönüş nöqtəsi olmasına baxmayaraq, təəssüflər olsun ki, bu iki bayram layiqincə əziz tutulmur. Peyğəmbərin (s) Məbəs və Qədir-Xum bayramlarının yalnız müsəlmanlar arasında deyil, bəlkə dünya miqyasında keçirilməsinə səy göstərməliyik. Sözügedən bayramlar dünya çapında yayılmalıdır. Necə ki, Milad bayramı baxmayaraq ki, milad gününün təyinində xristianlar arasında ixtilaf mövcuddur xristianlar tərəfindən dünya miqyasına çıxdı və hətta İslam ölkələrinin prezident və nazirləri xristianları milad münasibətilə təbrik edir və ya təbrik məktubu göndərirlər. Belə olduqda, bizim həmin zəmində nöqsanımızın olduğu, səhlənkarlıq etdiyimiz birbaşa deyilməlidir. Hətta İranımızda da iki böyük bayram layiqincə qeyd edilmir və bu cəmiyyətimiz üçün xəsarət və nöqsandır. Şiə məmləkətində camaatın Novruz bayramını geniş və təntənəli keçirməsi, gündəlik planlarını dəyişməsi, işlərini bir neçə günlük tətil etməsi, Qədir-xum bayramını isə bir neçə dəqiqədə xülasələşdirməsi eyib və nöqsan deyilmi?!
  2. Dinləyici və mövcud şəxslərin mərifət dəryasından su içib sirab olmaları üçün bu münasibətlə təşkil edilən məclis və toplantılara, həzrət Əlinin tarix, sünnə və maarifi ilə yaxından tanış olan etimadlı təbliğçilər dəvət edilməlidir.
  3. Bu və ya digər münasibətlə təşkil olunan məclislərdə mədh və şeirdən və s. çox maarif və həqiqətlərin bəyanına və dinlənilməsinə daha çox vaxt ayırmanızı sizə təkidlə tövsiyə edirəm. Hörmətli məddah və şairlər də o həzrətin həyat və maarifini düzgün bəyan edən şeirlərdən istifadə etsinlər. Ona görə ki, öz dəyərli vaxtlarını ixtiyarımızda qoyan şəxslərin vaxtı anbəan bizdən soruşulacaqdır. Ümid edirəm, sizin, bütün şiələrin və Əmirəl-möminin Əlinin (ə) dostlarının sonsuz səyi nəticəsində böyük bayram daha əzəmətli şəkildə qeyd ediləcək və daha artıq diqqət mərkəzində olacaqdır.

Qədir-Xum xütbəsi

Peyğəmbər (s) zöhr namazını yüz iyirmi mindən çox adamla qıldı. Əsr namazından sonra (iki namazı bir yerdə qıldı) orada olanların qarşısında uca bir yer hazırlandı. Peyğəmbər (s) oraya çıxıb uzaqlı-yaxınlı, hamının müşahidə edəcəyi tərzdə və hamının eşidəcəyi səslə xütbəyə belə başladı:

Qədir-Xum xütbəsinin tərcüməsi

Bağışlayan və mehriban Allahın adı ilə. Həmd-səna, təkliyində uca, yeganəliyi ilə mövcudata yaxın səltənətində yenilməz və qüdrət rüknləri əzəmətli olan Allah üçündür. Hərəkət etmədən və yer dəyişmədən onun elmi bütün şeyləri əhatə etmişdir. Qüdrət və burhanı ilə bütün yaranmışlara qalibdir.

Böyüklüyü daimi, həmd və sitayişi həmişəlikidir. Yer səthini genişləndirən, hündürlükləri yaradan və yerin-göyün sultanıdır. Hər növ eybdən çox pak, mələk və ruhları yaradandır. Yaratdığına və icad etdiyinə yetirən və artırandır. O, gözləri görür, gözlər isə onu görmür. Kəramətli və səbrlidir, qullarına möhlət vermiş, onlarla yaxşı davranır. Geniş rəhməti hər şeyi əhatə etmiş və hər şeyə bol nemətlər ehsan etmişdir. (Boyun qaçıranlardan) İntiqam almağa tələsmir. Əzaba layiq olan tapıldıqda onun əzabını sürətləndirmir.

Gizlin mətləbləri bilir, batində olanlara elmi vardır. Gizlinlər ona məxfi deyil və məxfilər onun səhhətinə səbəb olmur. O, hər şeyi əhatə etmiş və qalibdir. Bacarıq və qüdrəti hər şeyə yetərdi. Onun bənzəri yoxdur. Şeylərə mövcud olmadıqları zaman varlıq verəndir.

Qisti (ədaləti) bərpa edən əbədi varlıq, əziz və həkim olan Allahdan başqa məbud yoxdur. Gözə görünməkdən daha alidir, amma o, gözləri görür. O, lətif agahdır. Heç kəs onu görməklə vəsfedə bilməz və heç kəs onun gizlin və aşkarının necəliyini tapa bilməz. Yalnız özünün tanış etdiyi dəlillər və tanışlıqdan başqa heç kəs onun necəliyini bilə bilməz.

Şəhadət verirəm ki, müqəddəsliyi və paklığı aləmi bürümüş Allah odur. Nuru əbədiyyəti bürümüş Allah odur. Onun əmrləri məşvərətsiz olaraq yetərlidir. İşlərin təqdir və ölçü götürülməsində şəriki yoxdur və tədbirlərində heç bir ixtilaf və fərq yoxdur.

Yeni varlıqları analoqu olmadan, qabaqcadan təsvir etmiş, yaratdıqlarını heç kəsdən kömək almadan, zəhmətə düşmədən və heç bir çarə axtarmadan yaratmışdır.

Yaratdı sonra mövcudat var oldu. İcad etdi, sonra aləm zahir oldu. Deməli odur o Allah ki, ondan başqa məbud yoxdur. Yaratdığı dəyərli və gözəldir.

Ədalətlidir, zülm etməz. Kərim bir zatdır ki, aləmin bütün işləri ona qayıdır. Şəhadət verirəm o, o Allahdır ki, hər şey onun qüdrəti qarşısında təvazökarlıqla baş əyir və əzəməti qarşısında çox kiçikdir.

Mülklərin sahibi, fələklərin dolandırandır. Məlum zamanadək öz hərəkətinə davam edən günəş və ayın göstəriş verənidir. Bir-birini tez-tez əvəz edən gecə və gündüzü bu örtüyə bürüyən qüdrət sahibidir.

Hər bir zalimi sındıran və hər bir boyun qaçıran şeytanı məhv edən odur. Onun ziddi, bənzəri və şəriki yoxdur. Hamının məqsədi və ehtiyaclıların pənahı olan yeganə varlıqdır. Doğmur və həm də doğulmamışdır. Heç kəs onun yoldaşı və oxşarı ola bilməz.

İstədiyini həyata keçirən, iradəsinə uyğun hökm edən ali məqamlı yeganə Allah odur. Hər şeyi bilir və hesablayır, öldürür və dirilidir, yoxsul və varlı edir, güldürür və ağladır, bəxşişini geri alır və verir, səltənət və hökm vermək onundur, sitayiş ona məxsusdur. Yaxşılıqlar hamı onun əlindədir və qüdrət sahibidir. Gecəni gündüzə, gündüzü isə gecəyə çevirir. Ondan başqa bağışlayan məbud yoxdur. Duanı qəbul edən, bəxşiş verən, nəfəsləri sayan, cin və insanların bəsləyənidir.

Ona çətin olan bir iş yoxdur. Dərdlilərin fəryadı onu dilxor, israr edənlərin təkidi onu pərişan etmir və yormur.

Layiqləri xəta və azmaqdan qoruyandır. Düzgünləri müvəffəq edən, mömünlərin ixtiyar sahibi və aləmin bəsləyənidir. Belə bir Allahın haqqı vardır ki, bütün yaranmışlar ona şükr etsinlər. Şadlıq, qəmlilik, çətinlik, rahatlıq hallarında ona həmd etsinlər.

Ona, onun kitablarına və rəsullarına inanıram. Əmrinə qulaq asıb itaət edirəm. Onun razılığı olan işi tez yerinə yetirirəm. Hökmünə boyun qoyub təslim oluram. Çünki itaətinə meylim var və əzabından qorxuram. O, elə bir Allahdır ki, nə bir nəfər onun qəfil əzabından amandadır, nə də onun zülmündən qorxusu vardır.

Onun qarşısında bəndəliyimlə şəhadər verirəm ki, mənə vəhy olunanları yerinə yetirəcəyəm. Çünki qorxuram ki, əgər yerinə yetirməsəm mənə bir məhv edici əzab nazil olsun. Onu isə məndən, heç kəsin dəf etmək qüdrəti olmaz. Allahdan başqa bunun çarəsi yoxdur. İndi o mənə elan etdi ki, mənə nazil olanı çatdırsam Onun peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş oluram. Allah-təala zəmanət verir ki, məni qoruyacaqdır. Onun qorumağı mənə kifayətdir. Mənə belə bir vəhy göndərmişdir:

Bağışlayan və mehriban Allahın adı ilə.

Ey Peyğəmbər! Öz Rəbinin tərəfindən sənə nazil olmuşu tamamilə (camaata) çatdır, çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah, səni insanların (şərrindən) qoruyacaqdır. (Maidə surəsi, аyə 67).

Camaat! Allahın mənə göndərdiyini çatdırmqaqla səhlənkarlıq etməmişəm. İndi bu ayənin nazil olma səbəbini sizə aydınlaşdıraram:

Cəbrail üç dəfə nazil olub Alahımın salamını (ki, o özü salamdır) mənə çatdırdı. Göstəriş verdi ki, bu cəmiyyətin hüzurunda hamının qarşısında ayağa durub bütün ağlı-qaralı insanların hamısına elan etdim ki, məndən sonra Əli ibn Əbi Talib mənim qardaşım, vəsim, canişinim və həm də imamdır. Onun mənə olan nisbəti Harunun Musaya olan məqamı kimidir. Yalnız bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.

O, Allah və peyğəmbərdən sonra sizin başçınız və rəhbərinizdir. Allah-təala bu barədə bir ayə nazil etdi: Sizin əsil vəliniz (sahibiniz) Allah, onun peyğəmbəri və iman gətirənlərdir: o kəslər ki, namaz qılır və rüku halında ikən zəkat verir.

 (Maidə surəsi ayə 55)

Əli (ə) yeganə kişidir ki, namaz qılarkən zəkat verdi. Onun  Allahdan başqa məqsəd və hədəfi yoxdur. Mən Cəbraildən istədim ki, bu əmri elan etməkdə və çatdırmaqda məni üzürlü saysın. Çünki, müttəqilərin azlıq, münafiqlərin çoxluğu, günahkarların hiylələri və islama məsxərə edənlərin yalançılığından agah idim. Onların vəsfi barəsində Allah-təala Quranda buyurur:

(O sözləri) bir-birinizin dilinizdən alırdınız və bilmədiyiniz bir şeyi ağızdan-ağıza deyirdiniz və bu işin Allahın yanında böyük olduğuna baxmayaraq kiçik hesab edirdiniz. (Nur surəsi, ayə15).

 Onlar bir dəfə deyil, dəfələrlə məni incitmiş və hətta məni “Uzun” (qulaq yəni hər şeyə inanan) adlandırmışlar. Əlinin (ə) mənimlə yoldaşlığına və mənim ona olan diqqətimdən belə hesab edirlər ki, beləyəm. Nəhayət Allah-təala bu barədə ayə nazil etdi: Bu müsəlmanlardan elələri də var ki, Peyğəmbəri incidib deyirlər: O, tez inanandır (Ya Muhəmməd!) de: (onun) tez inanmağı sizə xeyirlidir. (Tövbə surəsi, ayə 61).

Əgər istəsəydim belə söz deyənləri aşkar edər və bir-bir adlarını çəkər və tanıtdırardım. Amma Allaha and olsun ki, onlar barəsində böyüklük edir və adlarını çəkmirəm. Əgər Allah-təalanın nazil etdiyini çatdırmasam Allah məndən bütün bunları qəbul etməz və məndən razı qalmaz. Sonra bu ayəni tilavət etdi: Ey Peyğəmbər! Öz Rəbinin tərəfindən sənə nazil olmuşu tamamilə (camaata) çatdır, çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah, səni insanların (şərrindən) qoruyacaqdır. (Maidə surəsi, ayə 67).

Camaat! Agah olun ki, Allah-təala Əlini (ə) sizə rəhbər təyin etmişdir. Onu sizə imam və öndər qərar vermişdir ki, onun sözünə baxmaq, ondan itaət etmək mühacir, ənsar, tabiin, köçəri, şəhərli, ərəb, qeyri-ərəb, azad, qul, kiçik, böyük, ağ və qaralara vacibdir və əmri icra olunmalı, sözünə baxılmalıdır.

Kim onunla müxalifət edərsə lənət olunmuşdur. Onun dalınca gedən Allahın rəhmətinə doğru gedir. Onu təsdiq edən mömindir, onun sözünə baxmaq, ona itaət etmək Allahın bağışlamasına səbəbdir.

Camaat! Burada sizin qarşısında axırıncı dəfə çıxış edirəm. Sözümü dinləyib qəbul edin. Allahınızın fərmanına itaət edin ki, sizin ixtiyarınız onun əlindədir və məbudunuz odur. Ondan sonra Mühəmməd (s) sizin peyğəmbəriniz və rəhbərinizdir. O Peyğəmbər  (s) ki, hüzurunuzda dayanıb söz deyir, məndən sonra isə Allahın əmri ilə Əli (ə) sizin başçınız və imamınızdır. Ondan sonra isə başçılıq və imamlıq, qiyamətdə Allah və Rəsulu  (s) ilə görüşənədək, onun uşaqlarından olan övladlarım olacaqdır.

Allahın halal və haramından başqa halal və haram yoxdur. Allah halal-haramı mənə tanıtdı və mən də Allahın mənə öyrətdiklərini, Quranın həqiqətlərini, halal-haramı Əliyə (ə) həvalə etdim.

Camaat! Elə bir elm yoxdur ki, Allah mənə öyrətməmiş olsun. Mən də bütün bildiklərimi təqvalıların öndəri Əlinin (ə) ixtiyarına qoydum. Elə bir elm yoxdur ki, Əliyə (ə) öyrətməmiş olam. O da bir imamdır ki, onları sizə çatdıracaq. Camaat! Əlidən (ə) ayrı düşməyin və onun barəsində yolunuzu azmayın.

Onun vilayəti və imamlığı önündə özünüzü böyük görüb təkəbbür etməyin. O haqla rəhbərlik edən və haqqa əməl edən batili məhkum edib ondan nəhy edəndir. Onu Allah yolunda heç bir məzəmmət edənin tənəsi saxlaya bilməz.

Bundan başqa, Əli (ə) Allaha və onun Rəsuluna (s) iman gətirən ilk adamdır. O, özünü Rəsulullaha (s) fəda etdi. O, heç kəsin Rəsulullahla (s) Allaha ibadət etmədiyi zaman onunla yoldaşlıq edir və onunla birlikdə idi.

Camaat! Əli (ə) Allah tərəfindən seçilən imamdır. Allah-təala onun vilayətini inkar edənin tövbəsini əsla qəbul etməz və Allahın bağışlaması ona şamil olmaz. Allah onun fərmanı ilə müxalif olanlarla belə rəftar etməli və onları həmişə və əbədi əzabla cəzalandırmalıdır.

Allahla müxalifətdən qorxun, çünki elə bir oda düçar olarsınız ki, onun yanacağı camaat və kafirlər üçün hazırlanmış od püskürən daşdır.

Camaat! Allaha and olsun ki, əvvəlki peyğəmbər və rəsullar, mənim sonuncu peyğəmbər olmağımı hamıya müjdə vermişlər. Həm də mən yerin göyün yaradılmışlarına höccətəm. Bu barədə şəkk edən kəs cahiliyyət dövrünün kafirləri kimi kafirdir. Mənim bu sözümdən bir şeyə şübhə ilə yanaşan adam sanki, tamam peyğəmbərliyimə şübhə etmişdir. Hər kəs bu mətləbə şübhə ilə yanaşarsa, yandırıcı od onun üçündür.

Camaat! Bu Allah tərəfindən mənə bir fəzilətdir, boynuma qoyulmuş bir minnət, mənə olunan bir ehsandır. Ondan başqa məbud yoxdur. Mənim əbədi sitayiş və şükrüm həmişəlik olaraq ona məxsusdur.

Camaat! Əlini (ə) özünüzdən ütün tutun. Çünki o məndən sonra qadınlı-kişili insanların hamısından layiqlisidir. Bizim vasitəmizlə Allah ruzi göndərir və xalqı qoruyur. Məlundur, məlundur, qəzəblənilmişdir, qəzəblənimişdir, o adam ki, mənim bu sözümü rədd edib onunla müvafiq olmasın.

Camaat, diqqət edin! Cəbrail Allahın tərəfindən məni bu işdən agah etdi ki, Əli (ə) ilə düşmən olan və onun vilayətini qəbul etməyənə mənim qəzəbim və lənətim olsun. Hər kəs gələcəyi üçün qabaqcadan nə göndərdiyinə baxsın.

(Həşr surəsi ayə 18).

Allahın əmrilə müxalifət etməkdən çəkinin. Çox möhkəm ayaqlar sonradan əsməyə başlamış və xətaya tərəf getmişdir. Allah sizin etdiklərinizdən xəbərdardır.

Camaat! Əli (ə), Allahın öz kitabında qeyd etdiyi جنب الله  (cənbullah)-dır.  Allah-təala buyurur: (Elə edin ki, sonra) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma!- deməsin. (Zumər surəsi, ayə56).

Camaat! Quranda dərindən düşünün, ayələrini anlayın, möhkəmatına yaxşı baxın, mütəşabihinə uymayın.

Allaha and olsun ki, sizin üçün Quranın haram və nəhy etdiklərini, ayələrinin təfsirini indi mən əlindən tutub özümə tərəf qaldırdığım şəxsdən başqa heç kəs aydınlaşdırmaz. Budur mən elan edirəm: Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əlidə (ə) onun mövlası və ixtiyar sahibidir. O, Əli (ə) Əbitalib oğludur və mənim vəsimdir. Onu seçmək tövsiyəsi Allah tərəfindən mənə çatdırılımışdır.

Camaat! Əli (ə) və övladlarımın pakları kiçik qiymətli ağırlıqdır və Quran böyük qiymətli ağırlıqdır. Bunlardan hər biri digərini vəcf edir və bir-biri ilə müvafiqdirlər. Bu ikisi bir-birindən kövsər hovuzunda mənim yanıma daxil olanadək ayrılmazlar. Bunlar camaatın arasında Allahın əmanətdarları və yer üzndə hakimləridirlər. Agah olun! Allahın əmrini çatdırdım. Bilin ki, vəzifəmi yerinə yetirdim. Ayıq olun mənə əmr olanı sizə eşitdirdim. Diqqət edin, ilahi əmri açıqladım. Bilin ki, Allah-təala dedi və mən də onun tərəfindən deyirəm:

Diqqət! Mömünlərə, bu qardaşım və bu şəxsdən başqa, heç kəs əmir deyildir. Məndən sonra mömünlərə imamlıq və əmirlik etmək ondan başqa heç kəsə halal və rəva deyildir.

Sonra buyurdu:

Camaat! Kim sizin özünüzdən sizə daha ucadır? Dedilər: Allah və onun rəsulu, dedi: Mən hər kimin mövlasıyamsa Əlidə onun mövlasıdır. Ey Rəbbim! Hər kəs Əlini rəhbər dost bilərsə onu dost bil və hər kəs Əliylə düşmənçilik edərsə onunla düşmən ol.  Hər kim ona kömək etsə sən də ona kömək et. Hər kim onu xar etsə səndə onu xar et.

Camaat! Bu Əli (ə) mənim qardaşım, vəsim və bilik xəzinəmdir. Ümmətə rəhbərlik və Allahın kitabının təfsirində mənim canişinimdir.

Bu Əli (ə) xalqı Allaha tərəf çağırar və onun razılığı ilə əməl edər. onun düşməni ilə döyüşər. Allahın itaətində köməkçi, ona günah etməkdən çəkindirəndir. Rəsulullahın (s) canişini, mömünlərin əmiri və yolgöstərən rəhbərdir. O, əhdini sındıranları, zalimləri və dindən çıxanları öldürəndir. Allahın əmri ilə deyirəm və sözlərimdə pərakəndəlik yoxdur. Çünki Allahın göstərişi ilə deyirəm: İlahi! Əlini (ə) sevəni sev, onunla ədavət edənə düşmən ol. Onu inkar edənə lənət et. Onun haqqı barəsində özünü görməməzliyə vurana qəzəb et! İlahi! Mənə nazil etmisən ki, özündən sonra imamlıq və rəhbərlik sənin vəlin Əliyyə (ə) məxsusdur. Mən bu hökmü bunlar üçün dedim və Əlini (ə) bu məqama, bəndələrinin dinini kamil etdiyin və onlara nemətini tamamladığın məqama təyin etdim. Onların dininin islam olmasını xoşladım və dedim: Hər kəs islamdan başqa bir din seçərsə, ondan qəbul olunmaz və o axirətdə ziyankarlardandır. (Ali İmran surəsi, ayə 85). İlahi! Səni şahid tuturam ki, sənin əmrini təbliğ edib bəndələrinə çatdırdım.

Camaat! O ulu Allah, onun imamlığı ilə sizin dininizi kamil etdi. Onun imaməti qarşısında itaət etməyən, onun nəslindən olan övladlarımın, qiyamətə və Allah dərgahına yetişənədək, imamətini qəbul etməyən adamın əməlləri zay olar və o əbədi chənnəmdə qalar. Belə adamların əzabları azalmaz və onlara rəhmət nəzəri olmaz. (Bəqərə surəsi, ayə 167).

Camaat! Bu Əli (ə) mənə sizin hamınızdan çox kömək etmişdir. Mənə sizin ən yaxınınızdır. Əli mənim yanımda sizin hamınızdan şərəfli olmuş, mən və Allah ondan razıyıq. Əli (ə) barəsində nazil olan ayələrdən başqa heç bir ayədə Allah xoşlanmamışdır. Hər yerdə ki, Quran mömünləriAllahın xitab etdiyi tərəf kimi götürür, birinci xitab olunan odur. Quranda ondan başqa heç kəsin barəsində mədh gəlməmişdir. هل اتى على الأنسان   “Həl əta” surəsində cənnətə getmək barəsində Allahın verdiyi şəhadət ona məxsusdur. O surəni ondan başqa heç kəs barəsində nazil etməmiş və orada ondan başqa heç kəs təriflənməmişdir.

Camaat! Əli (ə) Allahın dininin köməkçisi və Peyğəmbərin (s) ehtiramının müdafiəçisidir. O, pak təqva və yolgöstərənlə yol tapmışdır. Sizin Peyğəmbəriniz ən yaxşı peyğəmbər, vəsiniz ən yaxşı vəsi, oğlanları isə ən yaxşı canişinlərdir.

Camaat! Bütün peyğəmbərlərin övladları onun öz belindəndir, mənim övladlarım isə Əlinin nəslindəndir.

Camaat! İblis Adəmi həsədlə cənnətdən çıxardı. Ona həsəd aparmayın ki, əməlləriniz zay olmasın və ayaqlarınız titrəməsin. Adəm Allahın seçdiyi olmasına baxmayaraq bir xəta ilə yer aləminə düşdü. Sizin halınız necə olacaqdır? Halbuki siz adi adamlarsınız və biriniz Allahın düşmənidir. Bilin Əli ilə yalnız bəxti dönmüş düşmənçilik edər, Əliyə yalnız təqvalılar və iffətlilər məhəbbət bəsləyər və ona yalnız xalis mömün iman gətirər. “Əsr” surəsi Əlinin (ə) şənində nazil olmuşdur: And olsun zamana (və ya ikindi çağına) Həqiqətən insan ziyan içindədir. Təkcə iman gətirib saleh əməllər edənlər, bir-birlərinə haqqı və səbri tapşıranlar müstəsnadır.

Camaat! Allahı şahid tuturam ki, risalətimi çatdırdım. “Rəsulun öhdəsinə düşən, açıq-aşkar təbliğ etməkdən qeyri bir şey deyildir” (Nur surəsi, ayə 54) .

Camaat! Ey iman gətirənlər! Allahdan necə qorxmaq lazımdırsa, elə də qorxun! (Və səy edin ki) ancaq müsəlman olduğunuz halda öləsiniz. (Ali İmran surəsi, ayə 102 ).

Camaat! Bəzi üzləri tanınmaz hala salıb, burub arxalarına çevirməyimizdən əvvəl. (Nisa surəsi, ayə 47). Allaha və onun Peyğəmbərinə və onunla göndərilmiş nura (Qurana) iman gətirin (Əraf surəsi, ayə 157).

Camaat! Allahın göndərdiyi və məndə olan nur, məndən sonra Əlidə mövcuddur, sonra isə qiyamı ilə Allahın və bizim hüququmuzu qaytaran Mehdiyədək onun nəslində olacaqdır. Bilin ki, Allah bizi dünyanın bütün təqsirkarlarına düşmənlərə, müxaliflərə, xəyanətkarlarına, günahkarlarına, sitənkarlarına və qəsbkarlarına höccət vermişdir.

Camaat! Sizi xəbərdar edir və qaorxuduram ki, mən Allahın göndərdiyiyəm. Məndən öncə də Allahın göndərdikləri olmuşlar. Onlar hamısı vəfat etmişlər. (Bu təbii qaydaya uyğun olaraq) əgər mən də onlar kimi ölsəm və ya öldürülsəm siz geri qayıdacaqsınızmı? Küfr və cahiliyyət dövrünə qayıdanlar Allaha heç bir ziyan yetirməzlər. Tezliklə Allah-təala şükr edənlərin mükafatını verər.

Bilin ki, Əli, səbr və şükrlə vəsf olunan şəxsdir. Ondan sonra isə onun nəslindən (belindən) olan balalarım belə olacaqdırlar.

Camaat! İslamı qəbul etməyinizlə Allaha minnət qoymayın. Qoy sizə qəzəblənməsin. Çünki onun əzabına düçar olarsınız ki, sizin rəftarlarınızı izləyər.

Camaat! Tezliklə mənədn sonra başçılar peyda olar ki, sizi cəhənnəmə çağırarlar. Onlara qiyamət günü kömək olunmaz.

Camaat! Yəqin bilin ki, Allah və mən onlara nifrət edir, onlardan bizarıq.

Camaat! Bu başçılar, onlar cəhənnəmin ən aşağı təbəqəsindədirlər. Doğrudan da təkəbbürlülərin yeri yaman pisdir. Ayıq olun bunlar Əshabi səhifədirlər. Siz fikrləşməli və düşünməlisiniz ki, “Əshabi səhifə” kimlərdən ibarətdir.

Camaat! Mən xilafəti irs aparmaq və imamət formasında, qiyamətədək övladlarıma tapşırıram. Bilin ki, mənə əmr olunanı çatdırdım ki, bütün burada olan və olmayanlara, doğulan və hələ dünyaya gəlməyənlərə dəlil və höccət tamamlansın. Deməli bütün burada olanlara lazımdır ki, bu xəbəri burada olmayanlara çatdırsın. Eyni zamanda, qiyamətədək hər bir ata öz oğluna çatdırsın. Tezliklə məndən sonra bu xilafət məqamımı bir qrup adam padşahlıq və qəsbkarlığa döndərəcəkdir. Ayıq olun! Allahın lənəti qəsbkarlara və onların hökumətinin boyunduruğu altına girənlərə olsun. Ey insanlar və cinlər! Tezliklə sizin işlərinizin hesabatına başlayacağıq. (Əgər küfr və tüğyan etsəniz) Allah sizin üstünüzə tüstüsüz alov və əridilmiş mis yağdıracaqdır ki, heç bir – birinizə kömək edə bilməyəcəksiniz. (Ər-rəhman surəsi, ayə 31-35).

Camaat! Allah pisi pakdan ayırd etmədən, möminləri sizin indi olduğunuz vəziyyətdə saxlayan deyildir. Allah sizə qeybi də bildirən deyildir.

Camaat! Allah-təala onun ayətlərini təkzib etməyənədək heç bir məntəqəni məhv etməmişdir. Allahın həmişəlik sünnəsi budur ki, zalım cəmiyyəti məvh edir. Necə ki, Allah bunu öz kitabında buyurur. (İsra surəsi, ayə 58, Ənam surəsi, ayə 131, və Hud surəsi, ayə 117 kimi ayələrə işarədir).

Bu Əli sizin imamınız və ixtiyar sahibinizdir. O Allahın vədələrindən biridir. Allah vədə verdiyinə əməl edir.

Camaat! Sizdən öncə çoxlu adamlar yollarını azmışlar. Allah da onları aradan apardı. Elə həmin o Allah, gələcəkdə yolunu azanları da həlak edəcəkdir. Məgər qabaqkıları məhv etmədik? Sonra daldan gələnləri də onlara qatarıq. Günahkarlarla belə rəftar edərik. O gün, təkzib edənlərin vay halına! (Mürsəlat surəsi, ayə 16-19).

Camaat! Allah mənə əmr və nəhy buyurdu, mən də Əliyə əmr və nəhy etdim. Beləliklə, Əli Allahının əmr və nəhylərinə agah oldu. İndi onun fərmanını eşidin ki, hidayət tapasınız. Nəhyinə tabe olun ki, düz yolu tapasınız. Onun istədiyi tərəfə və onun məqsədinə tərəf yönəlin ki, başqa yollar sizi onun yolundan döndərməsin.

Camaat! Mən sizin getməli olduğunuz Allahın siratəl müstəqimiyəm (doğru yol). Məndən sonra isə bu yol Əlidir. Ondan sonra ondan olan övladlarımdırlar. Onlar haqqa hidayət edən və (azğınları) haqqa tərəf yönəldənlərdirlər. Sonra həzrət, həmd surəsini qiraət etdi:

Rəhman və mehriban Allahın adı ilə.

Həmd, aləmlərin rəbbi Allaha məxsusdur. (O) rəhman və mehribandır. Cəza (qiyamət) gününün sahibidir. (Pərvərdigara!) ancaq sənə ibadət edirik və ancaq səndən yardım diləyirik. Bizi doğru yola hidayət et. Nemət verdiyin kimsələrin yoluna ki, onlar qəzəbinə düçar olmamışlar, azğın da deyillər.

Bu sürə mənim və məndən sonrakı imamların şəninə nazil olmuş, onları əhatə edir və onlara məxsusdur.

Bunlar Allahın övliyalarıdırlar ki, onlar üçün heç bir qorxu yoxdur və onlar qəmlənməzlər. Ayıq olun! Allah qoşunu həmin qalib gələndir. Bilin ki, Əlinin düşmənləri, həmin təfriqə salanlar, münafiqlər və dava axtaranlardır, onlar haqqın düşmənləri və şeytanın qardaşlarıdırlar ki, onlardan bəziləri bəzisinə, aldatmaq üçün aldadıcı sözlər təlqin edərlər.

Ayıq olun! Əli və onun övladlarının dostları o mömün dəstəsidir ki, Allah-təala onları Quranda yad edərək barələrində buyurur: (Ya Mуhəmməd!) Allaha və axirət gününə iman gətirən qövmün, Allaha və onun Peyğəmbərinə müxalif çıxanlarla-öz ataları, oğulları, qardaşları və yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, (Allah) onların qəlblərinə iman yazmışdır və öz dərgahından olan bir ruh ilə onları qüvvətləndirmişdir. (Onları) altından arxlar axan və içində əbədi olaraq qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Allahın dəstəsi bunlardır. Agah olun ki, həqiqətən, əsl nicat tapanlar da Allahın dəstəsidir. (Mücadilə surəsi, ayə 22). Diqqətli olun, onların dostlarını Allah-təala Quranda bu cür vəsf edir. İman gətirib imanlarını zülm (şirk) ilə qarışdırmayan şəxslərə (gəldikdə isə), onlar əmin-amanlıqdadırlar və hidayət olunmuşlar da onlardır. (Ənam surəsi, ayə 82). Bilin ki, onların dostları Allahın vəsf etdiyi kəslərdir ki, buyurur: O kəslər ki, əmin-amanlıqla və aram şəkildə cənnətə daxil olarlar və mələklər onların pişvazına çıxıb deyərlər: Salam olsun sizə! Pak oldunuz, əbədi olaraq ora daxil olun. (Zümər surəsi, ayə 73). Onların dostları o kəslərdir ki, onların barəsində Allah-təala buyurur: Hesabsız olaraq cənnətə daxil olarlar. Bilin ki, onların düşmənləri şölənənən cəhənnəm oduna daxil olarlar. Onların düşmənləri o kəslərdir ki, Oraya (cəhənnəmə) atıldıqları zaman onun qaynar halda olan nəriltisini eşidərlər. (Mülk surəsi, ayə 7), Hər tayfa oda daxil olduqca öz yoldaşına lənət edər. (Əraf surəsi, ayə 38).

Bilin ki, bu ailənin düşmənləri o kəslərdir ki, Allah-təala onların barəsində buyurur:  Hər hansı bir dəstə oraya atıldıqda, onun gözətçiləri onlardan soruşar: Məgər sizə bir xəbərdarlıq edən gəlməmişdi? Deyərlər: Bəli! Həqiqətən, bizə bizə bir xəbərdarlıq edən gəlmişdi, biz isə (onu) təkzib etdik və: Allah heç bir şey nazil etməyib, siz ancaq böyük bir zəlalət içindəsiniz – dedik. Və deyərlər: Əgər qulaq assaydıq və ya ağlımız başımızda olsaydı, cəhənnəm əhlinin cərgəsində olmazdıq. Beləliklə günahlarını etiraf edərlər. Lənət olsun cəhənnəm əhlinə! (Mülk surəsi, ayə 8-11).

Ayıq olun! Bu ailənin dostları onlardırlar ki, Allahlarından gizlində qorxarlar (zahirdə nifaq etmək deyil, batində Allahdan qorxarlar). Onlar üçün bağışlamaq və böyük mükafat (əbədi cənnət) olacaqdır.

Camaat! Cəhənnəmlə (əzabverici və yandırıcı) cənnət (naz və nemətli) arasında nə çox fərq vardır? Bizim düşmənimiz, Allahın pislədiyi və lənətlədiyi, dostumuz isə Allahın təriflədiyi və sevdiyi kəslərdir. Camaat! Bilin, mən qorxudanam, Əli isə hidayət edən və bələdçidir.

Camaat! Mən peyğəmbərəm, Əli isə mənim vəsim və canişinimdir. Bilin ki, bizdən olan axırıncı imam qiyam edən və Mehdidir (hidayət olunmuş). Ayılın! O bütün dinlərə qalibdir və zalimlərdən intiqam alandır. Agah olun, o qalalar fatehi və onları bir-birinə vurandır. O müşriklərin bütün tayfalarını öldürən və Allah övliyalarının qanını alandır. Allahın dininə kömək edən odur. Peyğəmbərliyin dərin elm Dəryasından içən odur. Hər fəzilətlinin fəzilət və hər cahilin cəhalət nişanını vuran odur.

Agah olun ki, o, Allahın yaratdıqlarının ən yaxşısı və onun seçdiyidir. Bilin, o, bütün elmi (Rəsulullahdan (s) irs aparmış və onlara elmi əhatəsi vardır. O, Allahından xəbər verən və imamına agahlıq gətirəndir. (Allah tərəfindən məxluqun işləri) ona tapşırılmış və o, dəqiq yolu tapandır: O, bir şəxsdir ki, hətta keçmiş peyğəmbərlər və onunla üzbəüz olan (yəni Rəsulullah (s) hamısı onun (ümumdünya) qiyamını müjdələmişlər. O, əbədi bir höccətdir ki, ondan sonra höccət yoxdur. Ondan ayrı haqq, ondan ayrı nur yoxdur. Heç kəs ona qalib gəlməyəcək, onun ziddinə olana kömək olunmayacaqdır. O yer üzündə Allahın vəlisi, xalqa fərmanı, gizln və aşkar işlərdə onun əminidir. Camaat! Mən deyilməli olanları sizin üçün açıq-aydın deyib, sizə anlatdım. Məndən sonra anlatmaq bu Əlinin öhdəsindədir. Sizi, xütbəm tamamlanandan sonra, Əli ilə peyman və(imamət və vilayətinin) təsdiqinə görə əlinizi mənə verib sonrada (bu peymanla) onun əlini sıxmağa dəvət edirəm. Həqiqətən mən Allaha beyət etmiş, Əli isə mənə beyət etmişdir. Mən də Allah tərəfindən sizdən Əli üçün beyət alıram.  Hər kəs əhdini pozsa, əslində öz əleyhinə pozmuş olur.

Camaat! Həqiqətən, səfa və mərvə Allahın əlamətlərindəndir. Demək Allahın beytinin (Kəbənin) həccini və ya ömrəsini yerinə yetirmək məqsədində olan şəxs üçün hər ikisini təvaf etməyində heç bir günah (maneçilik) yoxdur.

Camaat! Allahın evinə gedin. Çünki ora gedən hər bir adam ehtiyacız, ondan üz döndərən adam isə fəqir olar.

Camaat! Elə bir mömün yoxdur ki, vüquf yerlərində dayansın. Amma Allah onun günahlarını bağışlamasın və həcci tamamladıqdan sonra onun üçün yeni bir əməl kitabçası açılmasın.

Camaat! Həcc edənlər Allah tərəfindən kömək olunmuş, onların bu yoldakı büdcələri yenidən öz yerlərinə qayıtmış olur. Allah yaxşı işlə məşğul olanların mükafatını zay etməz.

Camaat! Həcci kamil din, bəsirət və anlayaraq yerinə yetirin. Bu mərasimdən tövbə etmədən və günahlardan təmizlənməmiş qayıtmayın.

Camaat! Allahın əmri olduğuna görə namaz qılın, zəkat və öz maliyyə vergilərinizi ödəyin. Əgər vaxtı keçməklə (şəri təkliflərinizi yerinə yetirməkdə ) səhlənkarlıq etsəniz, yaxud (hökmünü) unutsanız onda Əli sizin vəliniz və (hökmləri) sizin üçün tənzimləyəndir. Elə buna görə də Allah onu mənədn sonra canişin təyin etmişdir və mən də Allah tərəfindənəm.

Əli sizin suallarınıza cavab verər və bilmədiklərinizi sizin üçün açıqlayar və bilmədiklərinizi sizin üçün açıqlayar. Bilin ki, Allahın halal-haramı (burada) sadalaya, açıqlaya bilmədiyiniz qədər çoxdur. Mən ümumi olaraq və təmamilə halala əmr və harama nəhy olunmuşam. Sonra isə mənə əmr olundu ki, Allah tərəfindən gətirdiyimin qəbulu barəsində sizdən əhd və ondan sonra qiyamətədək olan imamlar barəsindədir. Onlar onun nəslindən olan mənim övladlarımdırlar. Bunlar ümmətimin qiyam edənləridirlər. Haqla hökm edəcək Məhdi də onlardandır.

Camaat! Sizə bütün halal və rəva işlər barəsində dəlalət etdim, bütün haram işlərdən çəkindirdim. Mən, əsla əmr və nəhyimdən dönmərəm və sözlərimi dəyişmərəm.

Diqqətli olun ki, bu mətləbi qulağınızda sırğa edin və bir-birinizə tapşırın, sözlərimi dəyişdirməyin və onu korlamayın.

Diqqət edin! Sözlərimi bir daha təkrar edirəm: Agah olun! Namazı bərpa edin, (yoxsulların haqqı olan) zəkatı verin, yaxşılığa dəvət edib pislikdən çəkindirin. Amma bilin ki, əmr be məruf və nəhy əz münkərin əsası budur ki, bu günkü sözlərimə sonadək sadiq qalasınız və burada olanlar onu burada olmayanlara çatdırıb onu qəbul etməyə əmr etsinlər, onunla müxalifət etməkdən və boyun qaçırmaqdan nəhy etsinlər. Çünki bu, Allah və mənim tərfimdən olan bir mərdir. Əmr be məruf və nəhy əz münkərin məsum imama itaət etmədən əmələ gəlməsi mümkün deyildir.

Camaat! Quran sizi Əlidən sonrakı imamlarla (öndərlərlə) tanış edir. Mən də onları tanıtdım ki, onlar mənim və Əlinin nəslindəndirlər. Allah-təala öz kitabında buyurur: Tövhidi onun övladları arasında baqi qalan kəlmə qərar verdi (Zuxruf surəsi, ayə 28). Mən də (onları tanıtmaq üçün) deydim. Əgər Qurana və itaətimə əl atsanız əsla azmazsınız.

 Camaat! Təqvanı, təqvanı sizə tapşırıram. Qiyamətin gəlişindən qorxun. Allah-təala bu barədə buyurur: Bilin ki, Qiyamətin zəlzələsi böyük və çətin bir hadisədir. Ölümü, hesabı, mizanı aləmlərin Rəbbi əzəmətli Allahın qarşısında əməllərin hesablanmasını, mükafat və cəzaları yadınıza salın. Hər kəs yaxşı iş görübsə, mükafat, bəyənilməyən iş görən isə cəza alacaqdır.

Camaat! Sizin sayınız bir-bir gəlib mənə eyni zamanda beyət etmək qədərindən çoxdur. Allah-təala mənə fərman verdi ki, sizdən dillə əhd-peyman götürüm. Bu əhd-peyman Əlinin və ondan sonra gələn imamların barəsinədir. Bu imamlar sizə elan etdiyim kimi mənim və onun övladlarıdır. Yəni mənim övladlarım ki, onun nəslindəndirlər (belindəndirlər).

İndi isə hamınız bir səslə deyin: Allah-təalanın Əli və onun övladlarının (ki, gələcəyin imamlarıdırlar) barəsində bizə təbliğ etməyini eşitdik, əməl edəcəyik, razıyıq və boyun qoyuruq.

Ürəklərimiz, canlarımız, dillərimiz və əllərimizlə bu mühüm işdə sənə beyət edirik: (bu peymanla) yaşayacaq, onunla öləcəyik və onunla qiyamətə gələcəyik.

Bu mühüm işdə heç bir dəyişiklik etməyəcəyik. Bu işdə iki ürəkli olmayacaq, tərəddüd etməyəcəyik. Bu peymanımızdan dönməyəcək və əhdimizi sındırmayacayıq. Allahım, sənin, Əli və onun övladlarının itaətini də qəbul edirik. Onun belindən olan sənin Həsən və Hüseyndən sonra olan övladlarını da qəbul edirik.

Bu iki nəfərin Allahın və mənim yanımda olan rütbəsini sizə tanıtdırdım və bu mətləbi sizə çatdırdım. Doğrudan da bu ikisi cənnət cavanlarının ağasıdırlar. Onların hər ikisi ataları Əlidən sonra imamdırlar. Mən isə Əlidən əvvəl onların atasıyam.

Yenə də deyin: Allaha, sənə, Əliyə, Həsənə, Hüseynə və dediyim imamlara itaət edir, Əmir əl-möminin üçün qəlblə, canla, dillə aldığın əhd-peymana sadiq qalır. O iki imamı görənlər əl və dillə beyət edir və bundan başqa heç nə istəmir, eyni zamanda bu peymandan dönməyimizi təsvvürümüzə belə gətirmirdik.

Allahı bu peymanda şahid tuturuq və Allahın şahidliyi kifayətdir. Ya Rəsulullah (s), sən də bu işdə şahidsən.

Allah gizlin, ya aşkar itaət edənləri, onun mələklərini, ordusunu və bəndələrinin hamısını bu işdə şahid tutruq. Allah-təala hər bir şahiddən yaxşıdır.

Camaat! Dediklərinizə diqqət edin. Allah səsləri və qəlblərinizdə gizlətdiklərinizi yaxşı bilir. Beyət edən adam, həqiqətdə Allaha beyət etmişdir və Allahın əli onların əlinin üstündədir.

Camaat! Allahın qəzəbindən çəkinin, Əmir əl-möminin Əli və ondan sonra imam olan övladlarına beyət edin. Allah, xəyanət edib, peyman sındıranları həlak edəcəkdir. Peymanına sadiq qalanlara rəhmət edəcəkdir. Hər kəs əhdini pozsa, əslində öz əleyhinə pozmuş olur.

Camaat! Sizə dediklərimi deyin. Əlini Əmir əl-möminin ünvanı ilə salamlayın və deyin: Eşitdik və itaət etdik, pərvərdigara sənin bağışlamağını (istəyirik)! Qayıdacaq sənə tərəfdir. Bizi buraya hidayət edən Allaha həmd olsun! Əgər Allah bizi (Əlinin vilayət və imamətinə) hidayət etməsəydi, biz özümüz hidayət tapa bilməzdik.

Camaat! Həqiqətdə, Əlinin fəzilətləri və ləyaqəti barəsində Allahın Quranda buyurduqları o qədər çoxdur ki, bir söhbətdə və bir xütbədə onu sadalayıb qurtarmaq olmaz. Onda onun fəzilətlərini sizin üçün sadalayıb tanıdıram, təsdiq edin!

Camaat! Hər kəs Allaha, onun Rəsuluna, Əliyə və dediyim imamlara itaət etsə, böyük bir doğruçuluğa nail olmuşdur.

Camaat! Əliyə beyət etməkdə, onu sevməkdə və ona Əmir əl-möminin ünvanı ilə salamlamaqda öndə gedənlər doğruçuluğa çıxanlar və qaliblərdir. Onlar üçün cənnət bağlarında xüsusi yerlər vardır.

Camaat! Allahın xoşuna gələnləri dilinizə gətirin. Əgər siz və yer üzündəkilər hamı kafir olsanız Allaha heç bir ziyan dəyməz.

İlahi! Mömünləri bağışla və həqiqətləri gizlədən kafirlərə qarşı qəzəblən.

Əlhəmdu lillahi rəbbil aləmin.