Həzrəti Məsumənin(s) əfzəlliyinin səbəbi təkmil şəkildə vilayətə tabe olması olmuşdur
Bu görüşün əvəlində Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizi iştirakçılara xoş gəldin deyərək,bəzi rivayətlərə istinad edərək Həzrəti Məsumənin(s) yüksək dərəcəsini şərh etdilər:”Həzrəti Məsumənin(s) şənində elə rivayətlər nəql olunmuşdur ki,İmam müsayi-Kazimin başqa övladları şənində deyikməyib.Bu məsələ təsadüfən deyil,bəlkə həzrətlərinin xas dərəcə və məqamına görədir və Həzrəti Məsumənin(s) əfzəlliyinin dəlili o həzrətin təkmil şəkildə vilayətə tabe olmasıdır və o isə həzrətlərinin zöhdi və pərhizkarlığına görədir”.
Çıxışının davamında İmamət və Vilayət məsələsi xüsusiyyət təşkil edərək əqidələrin toplumda zəifləşdiyinə toxunan Həzrət Ayətullahul-üzma Duzduzani əlavə edtdilər:
Şiə toplumda bir gəncin vilayətə inamının zəifləşməsini müşahidə etmək məni nigaran və narahat edir və təssüflə biz az fəaliyyət etmişik və lazımdır ki,ortaya atılan şübhələri cavablandırmaq üçün məclislər qurub,kitab və məqalələr yazıb və övladlarımızı uşağlığ çağından və məktəbə daxil olmazdan öncə İmamiyyə əqidələri ilə tanış edək və bu məsələ haqqında ciddi cəhd göstərək.
Mərasimin sonunda məddahlar ismət və təharət Əhli-Beytinin (ə) və əhli-beyt Kəriməsi, Həzrəti Məsuməni(s) fəzilətləri barədə məihələr oxudular.